07-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bakıda səkiləri zəbt edən avtomobillər – VİDEOREPORTAJ

07 May 2018, 17:29
Cəmiyyət, Sosial
A A
Bakıda səkiləri zəbt edən avtomobillər – VİDEOREPORTAJ

Bakı. 7 may. REPORT.AZ/ Bakı şəhərində avtomobillərin piyada səkilərini zəbt etməsi adi hala çevrilib.

“Report”un əməkdaşının paytaxtın müxtəlif yerlərində apardığı müşahidələr bu problemin hələ də həll olunmadığını göstərir.

Bakının Səbail və Nəsimi rayonlarında piyada səkilərində avtomobillərin saxlanılmasına daha çox rast gəlinir.

Şəhərin mərkəzində yerləşən Tolstoy küçəsinə daxil olmaq kifayətdir ki, bu mənzərənin şahidi olasan. Əjdər İbrahimov küçəsində isə piyada səkiləri tamamilə avtomobillər tərəfindən tutulur.

Gecə saatlarında xüsusən restoranlara gələnlər nəzarətin olmamasından istifadə edərək Nizami küçəsində və Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının qarşısında piyadalar üçün nəzərdə tutulan səkilərdə avtomobillərini park edirlər.

Gündüz saatlarında həmin ərazilərdə parklanmaya cavabdeh olan şəxslər isə səkilərin zəbt olunmasını qəribə səbəblə izah edirlər. Onlar bunu avtomobillərin çox olması və şəhərdə, xüsusilə mərkəzdə parklanma yerlərinin olmaması ilə əlaqələndirirlər.

Piyadalar isə bu vəziyyətdən ciddi əziyyət çəkirlər və narazılıq bildirirlər. Onların fikrincə, piyada səkilərində avtomobil saxlayan sürücülərə qarşı ciddi ictimai qınaq olmalıdı.

Avropadan Azərbaycana gələn turistlər də piyada yollarında avtomobil saxlanmasına təəccübləndiklərini deyiblər. Onların sözlərinə görə, Avropada avtomobilini səkilərdə park edən sürücülər sərt formada cəzalandırılır. Turistlər Avropa ölkələrində bu cür halların baş vermədiyini bildirirlər.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov “Report”a açıqlamasında bildirib ki, avtomobillərin səkiləri zəbt etməsi problemini daim diqqətdə  saxlayırlar: “Etiraf etmək lazımdır ki, bu gün şəhərin mərkəzində dayanma, durma və ya saxlanma tələblərini pozma suni sıxılığın və tıxacların yaranmasına səbəb olur. Təbii ki, tərəfimizdən təsirli tədbirlər görülür və gələcəkdə də görüləcək. Əgər bu istiqamətdə tədbirlər görməsək, çox gümüna ki, Bakıda hərəkət dayanar. Bunu etiraf etmək lazımdır”.

O deyib ki, sürücülər özləri parklanma, dayanma-durma qaydalarına əməl etməlidirlər: “Sürücülər yol polisinin müdaxiləsi olmadan da qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri yerinə yetirməlidirlər. Bu gün piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilərdə, yolların kəsişmə nöqtəsinə yaxın yerlərdə, zebra xətti üzərlərində, ümumiyytlə, qadağan edilmiş ərazidə avtomobillərin park edilməsi yolun daralmasına səbəb olur. Bu da həmin ərazidən keçən digər avtomobillərin hərəkətinə mane yaradır. Qanunvericilikdə dayanma-durma ilə bağlı konkret tələblər və cərimələr var. Avtobus duracaqlarının tutulması ilə bağlı inzibati tənbeh tədbiri keçirilərəkən 40 manat məbləğində cərimə yazılır. Avtomobilini qadağan edilmiş ərazilərdə saxlayan sürücülər isə 20 manat cərimə olunurlar”.

V.Əsədovun sözlərinə görə, hazırda Bakıdakı ən ciddi problemlərdən bir də avtobus dayanacaqlarının qeyri-qanuni zəbt edilməsidir: “Həmin dayanacaqların taksi sürücüləri tərəfindən tutulması da bizi böyük problemlərlə üzləşdirir. Çünki bu avtobusların dayanacaqda düzgün dayanmasına mane yaradır. Bunu edən sürücü isə cərimələnir. Həmçinin sərnişinlərin düşüb-minməsinə də mane yaradır və yol da daralır. Son illər dayanma-durma ilə bağlı məsələlər öz həllini tapıb. Yəni paytaxtın mərkəzində 70-dən artıq küçə və prospektlər üzrə 300-dən artıq parklanma yeri var. Bundan başqa, Bakı şəhəri ərazisində 7-dən artıq yeraltı avtomobil duracağı var ki, bu da on minlərlə avtomobilin park edilməsinə şərait yaradır”.

Əvvəlki yazı

Masaj salonu adı altında əxlaqsızlıq? (FOTO/VİDEO)

Sonrakı yazı

“Bank BTB”Mehmandarovun nəticəsinin başına oyun açdı (FOTOLAR)

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.