Bakıda oteldə oğurluq hadisəsi baş verib.
“Report”un xəbərinə görə, hadisə fevralın 29-dan 1 mart tarixinə kimi, paytaxtın Yasamal rayon ərazisində yerləşən “Pullman” otelində qeydə alınıb.
Belə ki, Hindistan vətəndaşı, 1985-ci il təvəllüdlü Mahalinqam Govrishankar Azərbaycana turist kimi gəlib, oteldə qalan zaman naməlum şəxs onun otağından 2 400 ABŞ dolları dəyərində qızıl boyunbağısını oğurlayıb.
Turist bununla bağlı Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib.