06-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Bakıda məşhur mağazadan üzük aldım, daşı saxta çıxdı ” – Foto

19 Noyabr 2025, 18:13
Şikayət, Cəmiyyət, Seçmə
A A
“Bakıda məşhur mağazadan üzük aldım, daşı saxta çıxdı ” – Foto

“Şəhərin mərkəzində yerləşən və bahalı zinət əşyaları satılan “Faro” mağazasından üzük aldım. Üzərində ametist daşı olan 330 AZN-lik gümüş üzüyün daşı saxta çıxdı”.

Bu şikayətlə “Qafqazinfo”ya əslən azərbaycanlı olan Türkiyə vətəndaşı Yeganə Özcan müraciət edib.

O, 10 ildən sonra Bakıya gəldiyini və bu zaman aldadıldığını iddia edib: “32 ildir xaricdə yaşayıram. Bundan 3 gün əvvəl, noyabrın 16-sı – 10 ildən sonra Bakıya gəldim. Şəhərin mərkəzində olan “Faro” adlı zərgərlik mağazasına getdim. Orada bizi gözəl qarşıladılar, bəzi seçimlər göstərdilər. Üzüklə yanaşı digər şeylər də bəyəndim, amma yaxşı ki almadım. 330 manata gümüş üzük aldım. Oradakı satış üzrə mütəxəssis bildirdi ki, bu, dünyanın ən təbii ametist daşıdır. Hətta üzüyün ətrafındakı, guya təbii olan digər daşın da adını dedi. Mən isə dəqiqləşdirmək üçün 2-3 dəfə daşın təbii olub-olmadığını soruşdum. Bu zaman dedilər ki, 18 ildir bu işlə məşğuldurlar, gümüş üzərindəki təbii daşlardır, İtaliyadan gəlir və sertifikatları da var. Hətta mənə qızıl məhsullar da göstərdilər”.

Şikayətçinin sözlərinə əsasən, aldığı üzük barmağına balaca olduğu üçün genişləndirmək lazım olub, lakin “Faro” buna görə əlavə ödəniş tələb edib: “Mağazadan bildirdilər ki, üzüyü öz zərgərlərinə göstərəcəklər, amma bunun üçün əlavə ödəniş edilməlidir. Soruşdum ki, üzük böyüdüləndə daşlarının düşmə ehtimalı varmı? Dedilər “yox, zərgərimiz bu işi bilir”. Lakin mən üzüyü uzun illərdir tanıdığımız zərgərin yanına apardım. Ölçünü götürdü, üzüyə çəkiclə vuran kimi üzərindəki ametist dedikləri daş düşdü. Ona üzüyün çox bahalı olduğunu deyəndə güldü. O, lupanın altında daşa baxdı, söylədi ki, bu, təbii ametist yox, rənglənmiş şüşədir. Şok keçirdim. Zərgər yenidən baxdı, hətta gedib digər zərgər dostunu da çağırdı. O da təsdiqlədi ki, saxtadır”.

Y.Özcan mağazadakı digər təbii daşlardan ibarət zinət əşyalarına baxanda şübhələndiyini qeyd edib: “Faro”da təbii koral daşından olan üzüklər də var idi. Həmin daşın olduğu bir başqa üzük özümdə də var. Təbii daşları sevirəm və bu barədə anlayışım olduğu üçün də mağazadakı digər təbii daşla olan zinət əşyalarına baxanda nədənsə şübhələndim. Xaricdən gələn şəxslər və Azərbaycan vətəndaşları buradan çox baha qiymətə satılan zinət əşyalarını alırlar. Amma belə mağazada saxta məhsulların satılması çox ayıbdır və günahdır. Əvvəlcə düşündüm ki, bu, problem deyil, təbii ametist alıb üzüyümün daşını dəyişdirərəm. Amma sonra mağazaya zəng etdim, dedilər istəyirsinizsə, gətirib qaytarın. Onlara üzüyə ölçüylə bağlı müdaxilə etdiyimi bildirdiyim üçün qəbul etmədilər. Qeyd etdilər ki, məsələni rəhbərliklə danışacaqlar. Bu günə qədər nə zəng edən, nə də üzrxahlıq edən var”.

Məsələ ilə bağlı sözügedən mağaza ilə əlaqə saxladıq. Bildirildi ki, “Faro”dan alınmış üzüyün daşı saxta deyil: “Müştəri üzüyü alanda dedi ki, barmağına balacadır. Biz də söylədik ki, zərgərlərimiz gümüş zinət əşyaları ilə, ümumiyyətlə, işləmirlər. Onlar öz zərgərlərinə müraciət etdilər, daha sonra həmin zərgər üzüyün daşının saxta olduğunu deyib. Amma bu, sadəcə zərgərin fikridir. Xanım daha sonra bizə müraciət etdi ki, üzüyün ölçüsünü böyütdükləri zaman ona zərər gəlib və daşı düşüb. Bildirmək istəyirik ki, Azərbaycanda gemologiya ilə məşğul olan universitet yoxdur ki, həmin daşı laboratoriyaya verib onun təbii daş və ya rənglənmiş şüşə olduğu barədə dəqiq məlumat verilsin. Kim rəsmi sənədlə təqdim edə bilər ki, o, saxta daşdır? Bizdə heç kim müştərini aldatmır, aldatmaq fikrində də olmayıb. Mağazada 800 manata da ametist var, 300-ə də. Hamısı daşın keyfiyyətindən, üzüyün modelindən asılıdır. “Faro” hansısa ticarət mərkəzində bijüteriya satan mağaza deyil, illərdir bizdən alış-veriş edən daimi müştərilərimiz var. Həmin xanım öz zərgərinə güvənir, biz də öz zərgərimizə. Bizim zərgərimiz həmin daşın sintetik ametist olduğunu deyə bilər”.

Mədinə Useynova

 


Əvvəlki yazı

Ərdoğanla Zelenskinin görüşü başladı

Sonrakı yazı

Fərhad Məmmədov: Almaniya yaşıl enerji layihəsinin genişləndirilməsinə böyük maraq göstərir – VİDEO

Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11
Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

05 Fevral 2026, 15:10
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

05 Fevral 2026, 14:21
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

05 Fevral 2026, 14:19
TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

05 Fevral 2026, 14:18
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

05 Fevral 2026, 13:48
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.