bp-nin vitse-prezidenti Zaur Paşayev özünü koronavirusdan qorumaq üçün “nəzakətli” üsullardan istifadə edir.
Reportyor.info-nun təqdim edəcəyi video kadrlardan şahid olacaqsınız ki, dünyanın nəhəng neft şirkətinin Bakıdakı vitse-prezidenti virusa yoluxmamaq üçün liftin qapısını necə təpiklə açır. Bu, nə Brus Li, nə Ceki Canın ağlına gəlib.
Z.Paşayev isə elə bir fənd göstərib ki, ayaqları ilə liftin qapları üzünə açılıb. Amma Britaniya şirkətinin, bilikli ingilislərin Azərbaycandakı nümayəndəsinin ağlına gəlməyib ki, şəhərinin toz-torpağı onun ayaqqablarınn altındadır və ayaqla lift açmaqla, əlini həmin liftin düyməsinə vuran neçə-neçə insan üçün infeksiya mənbəyi yaradıb.
Üstəlik, liftin qapısını ayaqla açmamışdan əvvəl əllərini spirtlə dezinfeksiya edir. Nə deyəsən, halal olsun, həmin görüntüləri təqdim edirik:
https://www.youtube.com/watch?v=XyMx9nZ4al4&feature=share&fbclid=IwAR11vigVgZyQy8J87DCC64jBY3P7GlPFv8FU36mjZkhE30XnKnUBwDz_iZg