Bakıda qaldırıcı kran aşdığı əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.
Reportyor.info xəbər verir ki, bunu nazirliyin mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva deyib.
O bildirib ki, ilkin məlumata görə, binaya və bir neçə avtomobilə ziyan dəyib.
Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində kranın aşması ilə əlaqədar Həsən Əliyev küçəsindən Azadlıq prospektinə giriş (şəhər istiqamətində) bağlanıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.
Onun sözlərinə görə, hazırda avtomobillər eləcə də, müntəzəm və ekspres xətlər üzrə avtobuslar alternativ yollardan keçməklə hərəkət edirlər: “Sürücülərdən zərurət olmadığı halda bu istiqamətdə hərəkətdən çəkinmələrini xahiş edirik”.
Bakıda kranın yaşayış binasının üstünə aşması nəticəsində bir nəfər ölüb.
Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
Məlumata görə, Mövsüm Sənani 29 ünvanında kranın aşması barədə məlumat təcili yardıma saat 14.04 də daxil olub. Bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb.
https://www.youtube.com/watch?v=NRe07xXhsfg&feature=emb_title