12-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bakıda klinika və ticarət obyektləri tikdirənlər kimlərdi? – TANIŞ ADLAR

31 May 2020, 10:34
Seçmə
A A
Bakıda klinika və ticarət obyektləri tikdirənlər kimlərdi? – TANIŞ ADLAR
Son aylar ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müxtəlif təyinatlı qeyri-yaşayış sahələrinin tikintisinə icazə verilib.
Tikinti obyektlərini sifarişçiləri arasında dissertant, həkim, fəlsəfə doktoru olan və adları ictimaiyyətə tanış olan şəxslər də var…
Reportyor.info  yeniavaz.com-a istinadən xəbər verir ki, bu ilin mart ayında Şəhərsalma və Arxitektura Komitəsi Yadigarova Aytən Ağamirzə qızına Bakı şəhəri, Yeni Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçəsi, 4T ünvanında klinika binası tikmək üçün icazə verib.
Ümumi sahəsi 2 748,9 kvadrat metr olan klinika 4 mərtəbəli olacaq.
Yadigarova Aytən Ağamirzə qızı qeyd olunan ünvanda 2 mərtəbədən ibarət daha bir obyekt inşa edəcək. Əczaçılıq qablaşdırma və topdan satış müəssisəsi üçün nəzərdə tutulan binanın ümumi sahəsi 3 842,5 kvadrat metr nəzərdə tutulub.
Bakıda 2 böyük obyektin tikintisinə icazə alan Yadigarova Aytən Ağamirzə qızının ad, soyad və ata adı ilə eynilik təşkil edən şəxs həm də “Novator Tədris Mərkəzi”nin qanuni təmsilçisidir. Maraqlıdır ki, “Novator Tədris Mərkəzi” Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi 40 ünvanında 3 ildir fəaliyyət göstərsə də, MMC kimi yalnız bu ilin yanvar ayında dövlət qeydiyyatından keçib. “Novator Tədris Mərkəzi”nin dövlət qeydiyyatına alınmazdan əvvəl hansı statusla fəaliyyət göstərdiyi məlum deyil.
Yadigarova Aytən Ağamirzə qızının adı eyni zamanda Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası (ARETƏŞ) Filologiya Problemləri üzrə Elmi Şurasının 2018-ci ilin sentyabr ayında baş tutan iclasında keçir. Elmi Şuranın sədri Rafael Hüseynovun sədrliyi ilə baş tutan iclasda Azərbaycan Dillər Universitetinin dissertantı Yadigarova Aytən Ağamirzə qızına “İ.Əliyev və Azərbaycan dilçiliyinin inkişaf konsepsiyası” mövzusunun adını və plan prospektini seçilmiş mövzunun sanbalına layiq bir səviyyədə yenidən formalaşdırmaq təklif edilib.
Bundan başqa Yadigarova Aytən Ağamirzə qızının adı bir-neçə məhkəmə çəkisməsində cavabdeh şəxs kimi keçir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhərində tikintisinə icazə verilən daha bir obyektin sifarişçisi İskəndərova Tərifə Cəbrayıl qızıdır. Tərifə İskəndərova Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsi, Binəqədi şosesinin sağ tərəfində ümumi sahəsi 829,1 kvadrat metr olan 3 mərtəbəli obyekt tikdirir.
Qeyd edək ki, İskəndərova Tərifə Cəbrayıl qızının ad, soyad və ata adı ilə eynilik təşkil edən şəxsin adı Binəqədi rayonu 9 saylı qadın məsləhətxanasına baş həkimi olarak keçir. 1993-cü ildən 9 saylı qadın məsləhətxanasının baş həkimi işləyən İskəndərova Tərifə Cəbrayıl qızı eyni zamanda YAP Binqədəi rayon təşkilatının üzvüdür. İskəndərova Tərifə Cəbrayıl qızı “Əməkdar həkim” fəxri adına da layiq görülüb.
Dissertant və həkimlə bərabər Şəhərsalma və Arxitektura Komitəsi fəlsəfə doktoruna da Bakı şəhərində obyekt tikmək üçün icazə verib. Bu şəxsin adı Qaraşov Fərhad Arif oğludur. Qaraşov Fərhad Arif oğlunun ad, soyad və ata adı ilə eynilik təşkil edən şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun oğludur.
Fərhad Qaraşov Bakı şəhəri, Nərimanov rayonu, Çernyavevcki küçəsi, 1A ünvanında 2 mərtəbəli qeyri-yaşayış sahəsi tikdirir. Obyektin ümumi sahəsi 595,4 kvadrat metr nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, Fərhad Qaraşov 2017-ci ildən Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədridir.
Eyni zamanda Fərhad Qaraşov “XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” nin Müşahidə Şurasının və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın sədridir.
Fərhad Qaraşov həm də Azərbaycan Dövlət Aqrar Univesitetində “Aqrar sahədə innovativ və dayanıqlı sahibkarlıq mühitinin formalaşdırılmasının prioritetləri” mövzusunda müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 18 ünvanında tikintisinə icazə verilən 2 mərtəbəli, ümumi sahəsi 194,33 kvadrat metr olan obyektin sifarişçisi isə Həsənova Afət Əbil qızıdır. Həsənova Afət Əbil qızının ad, soyad və ata adı ilə eynilik təşkil edən şəxs Suraxanı rayon İcra Hakimiyyətinin başçısının sabiq muavinidir.
Afət Həsənova sonuncu paralament seçkilərində 32 saylı Suraxanı üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi olub. Həsənova Afət Əbil qızının eyni zamanda sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun xalası qızıdır.
Əvvəlki yazı

Ayıya görə nazirlik Şəkiyə mütəxəssislər göndərdi

Sonrakı yazı

“Tarqovı”dakı dünənki fləşmobun təşkilatçısına cinayət işi açıldı

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.