“Bakı şəhərində qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan şəxslərin inzibati məsuliyyətə cəlb olunması mexanizmi hələlik dəqiq deyil”.
Reportyor.info-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
Sədr qeyd edib ki, bu sahədə qanunvericiliyə dəyişikliklər hazırlanır:
“Bilirsiniz inzibati məsuliyyətə cəlb olunma dəqiq bilinməlidir. Məsələn, Türkiyədə icazəsiz taksi fəaliyyətinə dair cərimə 5000-6000 TL-dir. Biz xarici təcrübəni də nəzərdən keçiririk. Çalışacağıq ki, qısa zamanda hökümətə təklifləri göndərək”.