14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bakıda həyətləri zəbt edən, ağacları kəsdirən və heç kimə məhəl qoymayan Fədai İmanov

30 İyul 2018, 18:33
Cəmiyyət
A A
Bakıda həyətləri zəbt edən, ağacları kəsdirən və heç kimə məhəl qoymayan Fədai İmanov

Bakının Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində 30-35 il əvvəl tikilmiş kooperativ binaların həyətində  yaşıllıq sahəsini məhv edərək 15 mərtəbəli bina tikirlər. Aprel ayının ortalarından “Yeni ev -19” tikinti şirkəti tərəfindən başlanan inşaat işləri üçün həyətdə vaxtilə sakinlər tərəfindən əkilən 50-yə yaxın çoxillik meyvə və digər ağaclar kəsilib, 149 saylı Mənzil Tikinti Kooperativinin ərazisi zəbt olunub.

Bu barədə virtualaz.org-a H. Seyidzadə küçəsi, 5 ünvanında yerləşən 9 mərtəbəli binanın sakinləri bildiriblər. Onların sözlərinə görə, tikinti aparılan onlara məxsus tikinti kooperativinin ərazisi olsa da, aylardır ki, öz pozulmuş haqlarını bərpa edə bilmirlər.

“Bu bina tamamilə qeyri-qanuni tikilir. 1985-ci ildə bizim yaşadığımız bu binanın xəritəsi tərtib olunanda həmin ərazi də 149 saylı MTK-nın ərazisi kimi göstərilib. Hazırda tikinti gedən ərazidə 50-yə yaxın ağac var idi, hamısını qırıblar. Həm də Şəhərsalma və Tikinti Məcəlləsinin qaydaları pozulub, çünki binaların arasındakı məsafə azı 30 metr olmalıdır.  Amma bu ərazi ilə bizim bina arasında məsafə heç 15 metr yoxdur.  Ümumiyyətlə, bura bina yeri deyil. İndi tətildir, o qədər hiss olunmur, məktəb başlananda bu yoldan avtomobillərin əlindən keçmək olmur. Siz təsəvvür eləyin ki, burada 15 mərtəbəli bina tikilsə vəziyyət necə olar…”, – deyə sakin Rabil Sadıxov bildirir.

Sakinlər deyirlər ki, binalarına bitişik inşa olunan yeni bina onların rahatlığını pozur, həyətdə oynayan uşaqlara təhlükə yaradır. Digər tərəfdən isə, bina əsasən gecə saatlarında və keyfiyyətsiz tikildiyindən hər an başlarına uçma təhlükəsi ilə yaşayırlar.

Şikayətçilərin sözlərinə görə, bir neçə gün əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Prezident Aparatına 89 nəfərin imzası ilə yazılı müraciət olunub. Əgər müraciətə cavab verilməsə və bu tikinti dayandırılmasa  117 mənzildə yaşayan 400-dək insanın həyatı təhlükə altında qala bilər.

Şikayəti araşdırmaq üçün binada tikinti işləri görən şəxslərə yaxınlaşsaq da, suallarımıza cavab vermək istəmədilər.

“Yeni ev–19”  şirkətinin  ünvanı, ofisi və əlaqə nömrələri barədə internet mənbələrində məlumat yoxdur. Bununla belə KİV-lərdə, bir sıra internet portallarında bu şirkətin və daha bir neçə adda MMC-nin sahibi Fədai İmanovun əməlləri barədə bəhs edilir, şikayətlər əksini tapır.

◀▶

 

Fədai İmanov “Yeni ev-19” MTK-dan başqa, o “EFEM-2016” MTK, “Daim” MTK adlı şirkətlər təsis edərək Nəsimi rayonu ərazisində əsasən yaşayış binalarının həyətlərinin zəbt edilməsi yolu ilə  çoxmərtəbəli yaşayış binaları inşa edib. Virtualaz.org ötən il Nəsimi rayonu, Əlisgəndər İsgəndərov küçəsində Fədai İmanova bağlı şirkət tərəfindən binaların həyətində ağacları qıraraq qanunsuz bina tikintisi ilə bağlı şikayəti araşdırmışdı. (http://virtualaz.org/cemiyyet/79258) O vaxt sakinlərin çoxsaylı şikayətlərinə, etirazlarına baxmayaraq bina tikildi və mənzillər satıldı.

Sakinlərin şikayətlərini araşdırsaq da, həmin bina tikildi də, mənzillər satıldı da. Bundan başqa, eyni küçədə daha bir yaşıllıq sahəsinin məhvi də bu şəxsin adı ilə bağlıdır. O, yaşıllıqları məhv edərək  tikinti aparmaq istəsə də, sakinlər etirazlara başladı və mətbuatda, o cümlədən, virtualaz.org saytında ağacların problem işıqlandırılandan sonra tikinti müvəqqəti dayandırıldı. (Bax: http://virtualaz.org/olke/93047,  http://virtualaz.org/olke/111151.)

◀▶

 

Ərazinin tikintidən əvvəlki vəziyyəti

Mətbuatda həmçinin Fədai İmanov barəsində dəfələrlə Ekologiya və Təbii Sərvətlər nazirliyinin, Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Departamentinin, Dövlət Əmək Müfəttişliyi Xidmətinin və digər qurumların xəbərdarlıqları ilə qarşılaşdığı haqda xəbərlər yer alır. Amma “gözəgörünməz” tikinti baronu İmanovu heç kim və heç nə, o cümlədən prezident İlham Əliyevin bu günlərdə Nazirlər Kabinetinin iclasında Bakıda binaların həyətlərini zəbt edib heç bir şəhərsalma normalarına əməl edilmədən binalar tikənlərə ünvanlanmış qəzəbli mesajları dayandıra bilmir. Deyilənlərə görə İmanov Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Arif Əsgərova yaxın adamdır və onun himayəsinə arxalandığı üçün heç kimi saymır. İmanovun özü ilə əlaqə saxlamaq mümkün olmadığından ona ünvanlanmış suallar da cavabsız qalıb…

Gülnar Əliyeva

Virtualaz.org

 

Əvvəlki yazı

İKİ SABİQ XANIM DEPUTAT “ATIŞDI” – Qarşılıqlı ittihamlar

Sonrakı yazı

Zülfüqarlı qardaşlarının zavodunda daha bir ölüm faktı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.