11-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bakıda evlərin qiyməti kəllə-çarxa qalxıb

06 Mart 2021, 14:42
Sosial
A A
Bakıda evlərin qiyməti kəllə-çarxa qalxıb

Bir ildən çoxdur davam edən pandemiya dünyada ciddi iqtisadi geriləmələrə gətirib çıxardı, Azərbaycan da daxil olmaqla əksər dünya ölkələrində ÜDM hasilatı azaldı, iş yerləri bağlandı, əhalinin gəlirləri də aşağı düşdü. Bu amillər daşınmaz əmlak bazarına da təsirsiz ötüşmədi və dünyanın bir çox ölkələrində daşınmaz əmlakın ciddi ölçülərdə ucuzlaşması haqda xəbərlər eşidirik. Lakin belə görünür ki, Azərbaycanda vəziyyət tərsinədir-iqtisadi tənəzzülə və pandemiyaya baxmayaraq daşınmaz əmlakın, xüsusən də ikinci əl mənzillərin qiymətində kəskin artım müşahidə olunur.

Virtualaz.org xəbər verir ki, mənzil bazarındakı hazırkı vəziyyəti öyrənib. Bəlli olub ki, bu ilin əvvəlindən daşınmaz əmlak bazarında az da olsa canlanma var. Xüsusilə dəyəri 200 min manatdan aşağı olan evlərə təlabat artır. Qiymətlər isə tələbatın azalmasına baxmayaraq yüksəlib.

 

“Qiymət enməkdənsə, yüksəlir…”

İllərdir mənzil alqı-satqısı ilə məşğul olan Müşfiq Məmmədov deyir  ki, yanvarın ikinci ongünlüyündən bazar yavaş-yavaş dirçəlməyə başlayıb: “Ötən ilin mayından demək olar ki, alqı-satqı zəiflədi. Məsələn, mən yaydan bu yana cəmi  6 ev sata bilmişəm. Ofisin qapısına qıfıl vurub onlayn işlədim ki, heç olmasa yer pulu ödəməyim. Bazarda alıcı azdır, amma qiymət enməkdənsə yüksəlir. Kirayə mənzil bazarında da bahalaşma var. Hələ tələbələr, rayondan gəlib işləyənlər yoxdur. Mərkəzə yaxın ərazilərdə 350-400  manatdan aşağı kirayə ev yoxdur. Alıcı isə ucuz ev axtarır”.

M.Məmmədovun sözlərinə görə, son 1 ildə Səbail, Nəsimi, Nərimanov, Xətai rayonlarında həm yeni, həm də köhnə tikililərdə mənzillər bahalaşıb. Məsələn, Səbail rayonunda köhnə tikililərdə belə kvadratı 1500 manatdan aşağı mənzil tapmaq müşkül məsələdir. Halbuki pandemiyadan əvvəl, məsələn,  Badamdar qəsəbəsinə gedən yolun üstündə  yenitikililərdə kvadratı 1400-1450 manatdan olan mənzillər satışda olub.

 

 

1 və 2  otaqlı evlərə təlabat var

Metronun “Əhmədli” stansiyasının yaxınlığında yerləşən ev-alqı ofisindən isə bildiriblər ki,  daha çox 1 və 2 otaqlı evlərə təlabat var. “Əhmədlidə, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yeni tikililərdə sahəsi 50-55 kvadrat olan 80-85 minə təmirli 1-2 otaqlı evlər var. Hansı ki, həmin mənzilləri məsələn, metronun “İnşaatçılar” stansiyasının yanında 120 mindən, Nərimanovda 130 mindən aşağı vermirlər. Kimsə borca-xərcə düşüb ucuz ev sata bilər, amma onu da  gərək gözləyəsən”,- ev alverçilərindən biri deyib. Əlavə edib ki, son 10-15 gündə Əhmədlidə, mikrorayonlarda ev sata bilib, çünki bu ərazilərdə qiymətlər nisbətən münasibdir. “Metronun “Xətai” stansiyasında 250 mindən aşağı mənzilim yoxdur, son 2-3 ildə ən çox bu ərazidə bahalaşma var. Həyət evlərinə gəldikdə, Masazır, Sulutəpə, Biləcəri, Xırdalan, Hövsanda qiymətlər sabitdi, yəni nə ucuzlaşma, nə də ciddi bahalaşma yoxdur”.

 

Şəhərin ən bahalı mənzilləri əsasən Nizami küçəsində, “Elmlər Akademiyası”, “28 May” metro stansiyasının ətrafındadır. Bu ərazilərdə “Xruşov” layihəli, 1 otaqlı mənzillərin qiyməti 100 min manatdan başlayır. Qiymətlər mənzillərin yerləşdiyi küçəyə, təmirinə, mərtəbəsinə görə təyin olunur.

“Əvvəl Rusiyadan gəlib Bakıda ev alanlar olurdu”

Əlaqə saxladığımız ev dəllallarından biri isə deyib ki, pandemiyadan əvvəl alıcılar arasında əcnəbilərin də sayı çox olub, amma son bir neçə ayda müraciət edib maraqlanan olsa da, real alıcı yoxdur: “Həmçinin Rusiyadan gəlib Bakıda ev alanlar da olurdu. İndi pulu olanlar gözləyirlər ki, vəziyyət tam düzəlsin. Yəqin ki, getdikcə bazarda aktivlik yaranacaq”.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə deyib ki, hazırki dövrdə əmlak bazarında canlanma müşahidə edilir, ancaq ucuzlaşma baş verməyib.

“Pandemiya dövründə bəzi bazar iştirakçılarının fəaliyyətinin məhdudlaşdırılması, pul axınının azalması daşınmaz əmlak bazarına ciddi təsir göstərdi. Amma bu qısa müddətli dövrü əhatə etdi. Bu ilin əvvəlindən bazarda yenidən aktivlik müşahidə olunur. Bazara müraciət edənlərin, mənzil alanların sayında, həmçinin ipoteka kreditlərin həcmində artım var. Yəni demək olar ki, bütün göstəricilər üzrə artım dinamikası müşahidə edilir”, -R.Osmanlı əlavə edib.

Müsahibimizin sözlərinə görə, dəyəri 200-250 min manatdan aşağı olan mənzillərin qiymətində də artım müşahidə olunmaqdadır: “Demək olar ki, qiymətlər sabitdir, hətta mənzil bazarında nisbi bahalaşma var. Amma qeyri-yaşayış təyinatlı obyektlərdə ötən ilin yanvar-fevral ayı ilə müqayisədə ucuzlaşma qeydə alınır ki, bu ucuzlaşma da orta qiymətə təsir edəcək səviyyədə deyil”.

“Torpaq sahələrinin məhdudlaşması qiymətlərə təsir edib, bahalaşma var”

Ekspert bildirib ki, Bakının mərkəzində köhnə binalarda qiymətlər kvadratına görə minimum 2500 manatdan başlayır və  qiymət 3500 manata qədər yüksəlir. Yeni binalarda bu qiymət 2 – 5 min arasında dəyişir. Mərkəzdən kənarlaşdıqda qiymətlərin azalması müşahidə olunur.

“Bir neçə il əvvəl metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında, Əhmədli və ya Yasamal ərazisində kvadrat sahəsi  450-500 manatdan başlayan mənzil tapmaq mümkün idisə, indi  800-850 manatdan aşağı mənzil yoxdur. Ancaq müşahidələr göstərir ki, daha çox ucuz mənzillər alınır. Kommersiya obyektlərinə təlabatın artdığı da müşahidə edilir. Eləcə də torpaq sahələrinin məhdudlaşması qiymətlərə təsir edib, bahalaşma var”,-həmsöhbətimiz deyir.

Bir çox ekspertlər hesab edirlər ki, əmlak bazarında durğunluğun tək səbəbi pandemiya deyil, həm də süni qiymət artımıdır. Belə ki, ölkə daxilində iri kapital sahibləri pulları xaricə çıxarmaqdansa ölkə daxilində likvidliyi yüksək olan aktivlərə-daşınmaz əmlaka yatırırlar  və bu da qiymətlərə təsir edir.

Əvvəlki yazı

İlham Əliyevdən yeni fərman

Sonrakı yazı

Minanın rəqsinə tənqidlər yağdı

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.