Bakıda da
Bakının Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən ticarət obyektində yanğın baş verib.
“Reportyor.info” FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
***
Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində üçmərtəbəli obyektdə baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
TƏBİB-dən bildirilib ki, hadisə yerinə 7 təcili tibbi yardım briqadası cəlb olunub.
***
DİN-in mətbuat xidmətindən bildirilib ki, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində obyektdə yanğınla əlaqəli polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülür. Əraziyə əlavə canlı qüvvə cəlb edilib. Obyektdə olan şəxslər oradan tam təxliyyə ediliblər. Xilasetmədə iştirak edən bir polis əməkdaşı xəsarət alıb. Hazırda tədbirlər davam etdirilir.