Hazırda Bakının ən böyük prospekt və yolları bağlanıb, nəqliyyatın hərəkəti iflic olub.
Reportyor.info xəbər verir ki, şəhərin Qara Qarayev prospektindən Ziya Bünyadov prospektinə və Babək prospektindən Yusif Səfərov küçəsinə və Heydər Əliyev prospektinə çıxış məhdudlaşdırılıb. Nəticədə Q.Qarayev və Babək prospektlərində böyük tixac müşahidə olunur.