Bakı şəhəri üzrə koronavirusa ən çox yoluxma halları olan rayonların siyahısı açıqlanıb.
Reportyor.info nın məlumatına görə, Bakı üzrə ən ən çox yoluxma Binəqədi rayonundadır, 15 faiz.
Paytaxt üzrə yoluxanların 10,8 faizi Sabunçu, 12,1 faizi Yasamal rayonunun payına düşür.
Yoluxma hallarının 13,1 faizi Xətai, 8,2 faizi Nəsimi, 8,2 faizi Nərimanov, 8,2 faizi isə Suraxanı rayonunda qeydə alınıb. Yoluxmaların 7 faizi Nizami, 5,2 faizi Qaradağ, 6,9 faizi Xəzər, 5.1 faizi Səbail rayonlarındadır.