02-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Bakı Nəqliyyat Agentliyi hiyləgərliyin yolunu da tapıb…” – Millət vəkili

18 May 2019, 22:57
Gündəm
A A
“Bakı Nəqliyyat Agentliyi hiyləgərliyin yolunu da tapıb…” –  Millət vəkili

Mən şəxsən millət vəkili olaraq yolu hansı qurumun rəngləməli olduğunu hələ də aydınlaşdıra bilməmişəm. O qədər böyük intellekt sahibi olmalısan ki, həmin qurumu tapıb piyadaların həyatını xilas edəsən. Axar.az xəbər verir ki, bu sözləri piyada keçidləri ilə bağlı problemdən danışan millət vəkili Fazil Mustafa qeyd edib. O bildirib ki, Bakıda piyada keçidlərində rəngi pozulmuş zolaqlar yenidən ağ boya ilə rənglənmir:

“Piyada keçidlərində rəngi pozulmuş zolaqların rənglənməsini əvvəllər Dövlət Yol Polisi yerinə yetirirdi. Nə zaman müraciət edirdin, dərhal gəlib həmin pozulmuş zolaqları yenidən rəngləyirdilər. İndi bu funksiya Bakı Nəqliyyat Agentliyinə verilib, artıq bu səlahiyyət dəyişikliyi olan gündən nə dayanacaqları yuyurlar, nə də bir neçə aydır rəngi solmuş zolaqları yenidən rəngləyirlər. Bir neçə dəfə yazdım, Milli Məclisdə çıxışımda ittiham etdim, bu qurumun operativ telefon nömrələrinə zəng etdirdim, adamlar boyunlarından atdılar ki, rəsmi olaraq bizə həvalə olunsa da, qeyri-rəsmi bu işə “Azəryol”un xüsusi servis qurumu baxır. Ötən həftə Zabratda məhz bu keçiddə zolaq görünmədiyinə görə dərsdən çıxan bir uşağı nənəsi ilə birlikdə avtomobil vurdu. Allah üzlərinə baxdı ki, ölüm olmadı, ancaq hər ikisi də ağır dərəcəli sınıqla hələ də xəstəxanada yatırlar. BNA hiyləgərliyin yolunu da tapıb, yüksək dövlət məmurlarının daim hərəkət etdiyi yollarda bu funksiyanı layiqincə yerinə yetirirlər. Lakin mərkəzi yoldan uzaq yerləri yalnız özəl iri obyektlərdən vəsait aldıqları zaman onların qarşısındakı zolaqları rəngləyirlər”.

Millət vəkili boyanın keyfiyyəti məsələsinə də toxunub:“Əslində, ağ boyanın keyfiyyəti ayrıca müzakirə mövzusudur. İnkişaf etmiş ölkələrdə boyanın tərkibinə hansısa “zibili” qatmadıqlarına görə uzun müddət yeniləməyə də ehtiyac duyulmur. Bizdə isə yeni rənglənən yer bir neçə həftədən sonra asfaltın rəngindən seçilmir. Burada iki məqam ola bilər: ya bu boyaları qara bazarda satırlar və sənəd üzərində istifadə olunduğunu qeyd edərək böyük vəsait mənimsəyirlər, ya da həqiqətən də səlahiyyət bölgüsündə ənənəvi xaos hökm sürür. O halda Bakı Nəqliyyat Agentliyi bir qurum olaraq niyə yaradılıb? Gözləyirlər ki, hər həftə piyada keçidlərində beş-on adam ölsün, sonra bu sadə vəzifə borcunu yerinə yetirsinlər?”

Millət vəkili təklifini də irəli sürüb:“Aydındır ki, bizdə yol mədəniyyəti də çox aşağı səviyyədədir. Avtomobil sürücülərinin mütləq əksəriyyəti “Keçid” yazılan yerdə dayanmağa vicdan məsələsi kimi baxmır. O halda hər bir piyada bütün şəhərin küçələrində əlində ağ bayraqla gəzməlidir. Nə fərqi var, rəng eynidir, yerdə olmasın, göydə olsun. Vətəndaşlar bayrağı yelləməklə avtomobilləri dayanmağa məcbur etsinlər. Burada həm də bir təslimiyyətçilik işarəsi nəzərdə tutulur. Yəni vətəndaş qanunsuzluğun qarşısında, məmur etinasızlığının qarşısında, üstəlik də həyatına qəsd edə biləcək dəmir avtomobilin qarşısında aciz olduğunu etiraf edərək təslimiyyətini bu yolla ifadə etmiş olacaqdır”.

Əvvəlki yazı

Səhiyyə Nazirliyinin qarşısında paltarsız aksiya – Anası onkoloji xəstə olan jurnalistin çarəsizliyi (FOTO)

Sonrakı yazı

Bakıda ticarət mərkəzində güclü yanğın- Xəsarət alanlar var

Bu kinoşünaslara 4000 manat pul veriləcək (SİYAHI)

Bu kinoşünaslara 4000 manat pul veriləcək (SİYAHI)

01 Sentyabr 2025, 15:56
İki uşaq anasının müəmmalı ölümü – İntihar, yoxsa qətl?

İki uşaq anasının müəmmalı ölümü – İntihar, yoxsa qətl?

01 Sentyabr 2025, 15:55
Birinci kurs tələbələri təhsil haqqını necə ödəyəcək?

Birinci kurs tələbələri təhsil haqqını necə ödəyəcək?

01 Sentyabr 2025, 15:45
“Çin Azərbaycan-Ermənistan münasibətlərində özünü ciddi oyunçu kimi aparır” – Deputat

“Çin Azərbaycan-Ermənistan münasibətlərində özünü ciddi oyunçu kimi aparır” – Deputat

01 Sentyabr 2025, 15:24
ATƏT-in Minsk qrupu rəsmən LƏĞV OLUNDU

ATƏT-in Minsk qrupu rəsmən LƏĞV OLUNDU

01 Sentyabr 2025, 15:22
Təhsildə gizli ticarət: Müəllimlər kitab satır?

Təhsildə gizli ticarət: Müəllimlər kitab satır?

01 Sentyabr 2025, 15:19
İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış etdi

İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış etdi

01 Sentyabr 2025, 14:27
Dərslər Formula 1-ə görə sentyabrın 21-i başlayacaq? – Açıqlama

Dərslər Formula 1-ə görə sentyabrın 21-i başlayacaq? – Açıqlama

01 Sentyabr 2025, 14:24

Klub prezidenti kafedə başından güllələndi

01 Sentyabr 2025, 14:13
Abşeronun milyonluq bərbad yolları – Daha 1,4 milyon xərclənəcək

Abşeronun milyonluq bərbad yolları – Daha 1,4 milyon xərclənəcək

01 Sentyabr 2025, 14:04
“Kriti Vüsal Masallinski” həbs olundu – BMCMİ -dən əməliyyat

“Kriti Vüsal Masallinski” həbs olundu – BMCMİ -dən əməliyyat

01 Sentyabr 2025, 13:45
İctimai nəqliyyatda gedişhaqqı artırılıb? (RƏSMİ)

İctimai nəqliyyatda gedişhaqqı artırılıb? (RƏSMİ)

01 Sentyabr 2025, 13:40
Prezident Paşinyanla görüşdü – Video

Prezident Paşinyanla görüşdü – Video

01 Sentyabr 2025, 13:38
Nuri israilli müğənniləri məhkəməyə verir (VİDEO)

Nuri israilli müğənniləri məhkəməyə verir (VİDEO)

01 Sentyabr 2025, 13:37
Arzu Əliyeva anası ilə Çindən fotolarını paylaşdı

Arzu Əliyeva anası ilə Çindən fotolarını paylaşdı

01 Sentyabr 2025, 13:31
Bu ərazilərdə torpaqların icarəyə verilməsi üzrə investisiya müsabiqəsi elan edilir

Bu ərazilərdə torpaqların icarəyə verilməsi üzrə investisiya müsabiqəsi elan edilir

01 Sentyabr 2025, 13:30
Xüsusi təhsil məktəblərinin müəllimləri etiraza qalxdı – Ev təhsili ləğv edilir? – VİDEO

Xüsusi təhsil məktəblərinin müəllimləri etiraza qalxdı – Ev təhsili ləğv edilir? – VİDEO

29 Avqust 2025, 14:31
Maqsudovdan 400 min tələb edirlər – Həkim bu qədərinə razıdır

Maqsudovdan 400 min tələb edirlər – Həkim bu qədərinə razıdır

28 Avqust 2025, 15:51
Göyüşovun Amerika səfirliyində – Yarım milyonluq yeyintisi…

Göyüşovun Amerika səfirliyində – Yarım milyonluq yeyintisi…

28 Avqust 2025, 15:48
Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb – PAŞİNYAN

Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb – PAŞİNYAN

28 Avqust 2025, 14:49

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.