02-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bakı meydanında İsrailin “EXTRA” müasir raket kompleksləri

26 İyun 2018, 13:29
Cəmiyyət
A A
Bakı meydanında İsrailin “EXTRA” müasir raket kompleksləri

Bu da “Israel Aircraft Industries” (IAI) və “Israel Military Industries” (IMI) şirkətlərinin istehsalı olan EXTRA raket kompleksləri. İlk dəfə bu qurğular “Paris Air Show 2005” sərgisində nümayiş etdirilib.

EXTRA kompleksinə daxil olan hər bir raket təxminən 450 kq ağırlığındadır ki, bunun da 125 kiloqramı döyüş başlığının payına düşür. Raketin uzunluğu təxminən 4 metr, diametri 30 sm-dir. Hazırda EXTRA raketləri 150 km məsafədə olan hədəfləri vura bilir, hədəfdən yayınma məsadəsi 10 metrdən çox deyil.

Azərbaycan ordusunun ixtiyarında olan EXTRA komplekslərinin sayı barədə məlumat verilmir.

*   *   *13:12

Bakı küçələrində “Polonez” yaylım atəşi reaktiv sistemini də nümayiş etdiriblər.

“Polonez” YARS yüksək sürətli ballistik raketə malikdir ki, bu raket ən təkmil hava hücumundan müdafiə sistemlərini keçmək qabiliyyətinə sahibdir. Bir hərbi maşın səkkiz bu cür raket buraxa bilir ki, bunların da hər birinin hədəfə aldığı ümumi sahə 275 kvadrat metrdir. Raketlər həm də yüksək dəqiqliyə malikdir.

“Polonez”in fəaliyyət məsafəsi 299 kilometrdir. Bu göstərici sınaqlarda özünü təsdiq edib. Hədəfdən yayınma məsafəsi 10-15 metrdən çox deyil. Raketin çəkisi 780 kiloqram, döyüş başlığı – 140 kiloqram, atışa hazırlıq müddəti 10 dəqiqədir.

*   *   *11:59

Hərbi paradda ilk dəfə olaraq “Israel Aircraft Industries” (İAİ) İsrail şirkəti tərəfindən istehsal olunmuş birpilləli bərk yanacaqlı ballistik raketlə təchiz edilmiş “Lora” operativ-taktiki raket kompleksləri nümayiş etdirilib.

“Lora” həm quru, həm də dəniz baza variantlarında infrastruktur elementlərinin və düşmən mövqelərinin dərinliklərində yerləşən HHM batareyalarının məhv edilməsi məqsədilə istifadə oluna bilər.

Azərbaycanın bu komplekslərdən nə qədər aldığı məlum deyil. 2018-ci ildə Azərbaycamn “Lora” komplekslərini almış ilk xarici dövlət olub.

*   *   *11:45

Paradda Çexiyada istehsal edilmiş “Dana” özüyeriyən artilleriya qurğuları nümayiş olunub.

Azərbaycan Çexiyadan 36 vahid “Dana” ÖAQ alıb.

*   *   *11:32

Paradda “Heron” pilotsuz uçuş aparatları nümayiş etdirilib. Pilotsuz uçuş kəşfiyyat aparatları İsrailin İAİ şirkəti tərəfindən hazırlanıb. 2012-ci ilin ortalarına olan vəziyyətə görə İsraildə istehal olunmuş ən çox satılan PUA olub.

Bir belə PUA eyni zamanda altı hədəfi izləmək iqtidarındadır. “Heron” qırıcılar, vertolyotlar və raketlər üçün hədəfləri müəyyənləşdirmək qabiliyyətindədir.

2015-ci ilə olan məlumata görə, Azərbaycanda 15 “Heron” mövcuddur.

*   *   *11:21

Paradda İsraildə istehsal olunmuş “Orbiter” pilotsuz uçuş aparatları nümayiş etdirilib.

Aparat “uçan qanad” sxemi üzrə quraşdırılıb. Səssiz elektrik mühərriki ilə təchiz olunub.

Göyərtə avadanlıqlarına elektrooptik və infraqırmızı kameralar, həmçinin rabitə və məlumat mübadiləsi vasitələri daxildir.

2011-ci ilin mart ayında “AZAD Systems Co” müəssisəsi istifadəyə verildikdən sonra “Orbiter-2M”in istehsalına başlanıb. Azərbaycan istehsalı olan PUA mürəkkəb hava şəraitində uöurla sınaqdan keçirilib.

*   *   *11:12

Paradda İsraildə istehsal olunmuş “Spayk” tank əleyhinə raketlərlə təchiz edilmiş zirehli maçınlar keçib.

2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusu bu raketlərdən istifadə etməklə 6 erməni tankını məhv edib.

Bu tank əleyhinə raketin fəaliyyət radiusu 25 kilometrdir, optika-elektron, o cümlədən lazer yönləndirilməsi funksiyasına malikdir, birbaşa görüntü sahəsində olmayan obyektlərin məhv edilməsi üçün nəzərdə tutulub. Çəkisi 70 kiloqramdır.

*   *   *11:01

Hərbi paradda general Hikmət Mirzəyevin başçılığı altında Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları keçib.

Qeyd edək ki, bu xüsusi təyinatlılar 2016-cı ilin aprel döyüşlərində işğal edilmiş torpaqların azad edilməsində əsas rol oynayıblar.

*   *   *10:27

Paraddan canlı yayımı Bakı Media-Mərkəzi AzTV dövlət telekanalı vasitəsilə həyata keçirir. Lakin texniki olaraq translyasiya elə verilir ki, saytlar və telekanallar bunu retranslyasiya edə bilmirlər.

Bu səbəbdən də, aşağıdakı linkdən YouTube videohostinqinə keçərək, canlı yayımı izləyə bilərsiniz.

*   *   *09:56

Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının “Azadlıq” meydanında hərbi parad başlayıb.

Paytaxtın baş meydanında keçirilən paradı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev qəbul edir.

Mərasim dövlət himninin oxunması ilə başlanıb.

Paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti keçid edəcək.

Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar, eləcə də hərbi gəmi və katerlər nümayiş olunacaq.

Paradda həmçinin Türkiyə, Pakistan, Belarus, Bəhreyn Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı Krallığı və Ukraynadan 100-dək nümayəndə iştirak edəcək.

Əvvəlki yazı

“Türk Ulduzları” Bakı səmasında

Sonrakı yazı

Türkiyə mətbuatı hərbi paraddan yazdı:”Türk raketləri artıq Azərbaycan ordusunun arsenalına daxil edilib”

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

29 Yanvar 2026, 16:54
Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

29 Yanvar 2026, 16:37
Medina ən yaxşı müdafiəçilər sırasındadır

Medina ən yaxşı müdafiəçilər sırasındadır

29 Yanvar 2026, 16:35
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

29 Yanvar 2026, 16:34
Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

29 Yanvar 2026, 16:31
Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

29 Yanvar 2026, 16:30
18 yaşlı Aydənin öldüyü hadisənin görüntüləri – Video

18 yaşlı Aydənin öldüyü hadisənin görüntüləri – Video

29 Yanvar 2026, 16:23
Masallıda 2 uşaqlı ananın üçəmi də doğuldu – Fotolar

Masallıda 2 uşaqlı ananın üçəmi də doğuldu – Fotolar

29 Yanvar 2026, 16:22
Əli Əsədov sərəncam imzaladı

Əli Əsədov sərəncam imzaladı

29 Yanvar 2026, 16:20
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istədi

Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istədi

29 Yanvar 2026, 16:18
Rusiya azərbaycanlı blogeri axtarışa verdi

Rusiya azərbaycanlı blogeri axtarışa verdi

28 Yanvar 2026, 17:41
İçib “TikTok”da söyüş söyən musiqiçi həbs olundu (VİDEO)

İçib “TikTok”da söyüş söyən musiqiçi həbs olundu (VİDEO)

28 Yanvar 2026, 17:39
Xalq rəssamının qızı həbs olundu

Xalq rəssamının qızı həbs olundu

28 Yanvar 2026, 17:36
Rəsul Çunayevə vəzifə verildi

Rəsul Çunayevə vəzifə verildi

28 Yanvar 2026, 17:34
İcra başçısı bir neçə ay əvvəl təltif etdiyi müavinini işdən çıxardı

İcra başçısı bir neçə ay əvvəl təltif etdiyi müavinini işdən çıxardı

28 Yanvar 2026, 17:32
15 yaşlı məktəbli qızın ailəsi onu qaçıranı bağışladı – “Evlənəcəklər…”

15 yaşlı məktəbli qızın ailəsi onu qaçıranı bağışladı – “Evlənəcəklər…”

28 Yanvar 2026, 17:31
İsa Həbibbəylidən istefası ilə bağlı xəbərə SƏRT REAKSİYA

İsa Həbibbəylidən istefası ilə bağlı xəbərə SƏRT REAKSİYA

28 Yanvar 2026, 17:28
“TikTok”da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olundu

“TikTok”da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olundu

28 Yanvar 2026, 17:25
Azad Məcidova hakim pensiyası verilmir – 4 881 manatdan narazıdır

Azad Məcidova hakim pensiyası verilmir – 4 881 manatdan narazıdır

28 Yanvar 2026, 17:21
Bayramov çinli həmkarı ilə görüşdü

Bayramov çinli həmkarı ilə görüşdü

28 Yanvar 2026, 17:19

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.