Daha bir məktəb zorlama ilə gündəmə gəlib. Xətai rayonunda yerləşən 263 nömrəli orta məktəbdə zorlama hadisəsi baş verib. Redaksiyamıza həmin orta məktəbin valideynləri müraciət edərək bildiriblər ki, azyaşlı 10-cu sinif şagirdinin cinsi təcavüzünə məruz qalıb.
Hadisə aprelin 19-da baş verib. Eyni sinifdə oxuduqları iddia olunan iki 10-cu sinif şagirdləri azyaşlını ayaq yolunda şalavarını çıxararaq ona qarşı seksual xarakterli hərəkətlər edib. Hadisə azyaşlının sinifdə yoldaşlarına danışarkən ortaya çıxıb. Valideynlər onu da qeyd ediblər ki, zorlanan şagirdin valideynləri rayonda yaşadığına görə uşaq xalası gildə qalır. Valideyinlər məktəb direktoru Nürqələm Bayramova zorlanan azyaşlının xalasına 2000 manat verərək susdurduğunu da deyir. Bundan əlavə azyaşlıları zorladığı deyilən şagirdin valideynləri direktora rüşvət verərək məktəbdə saxladıqları da söylənilir. Həmin uşağın yerinə günahsız şagird şərlənərək məktəbdən uzaqlaşdırılıb. Valideynlər vurğulayıb ki, direktora nə qədər şikayət etsələr də nəticəsiz qalıb. Şikayətlərinə baxılmadığını görən valideynlər bu gün məktəbin qarşısında aksiya keçirəcəkləri söyləyiblər.
BiG.AZ saytı məktəblə əlaqə saxlasa da cavab verən olmayıb.
Qeyd edək bu gün valideynlər saat 11-də məktəbin qarşısında aksiya keçirəcəklər.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.