• Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
Şənbə, 27 Fevral 2021
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Kriminal

BAKI MƏHKƏMƏSİNDƏ HAKİMİN İLDIRIMSÜRƏTLİ QƏRARI – 12 milyon avroluq işə cəmi 4 dəqiqə?

2019-01-27
in Kriminal
0
BAKI MƏHKƏMƏSİNDƏ HAKİMİN İLDIRIMSÜRƏTLİ QƏRARI – 12 milyon avroluq işə cəmi 4 dəqiqə?
0
Paylaşılıb
11
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

12 milyon avroluq müqavilədən, milyonlarla avroluq təzminatdan söhbət gedən, çoxsaylı iri rəqəmlərin və dolaşıq məsələlərin əksini tapdığı iddia üzrə hakim qərarı neçə dəqiqədə çıxara bilər?

Bənzər Yazılar

Abşeron icra başçısının bacısı oğlu həbs edildi

Vətən müharibəsi qazisi azadlığa çıxdı

Cəbrayılda xeyli silah-sursat aşkar edildi

Oxucu bu sualla qarşılaşıb dərhal belə qənaətə gələ bilərdi ki, belə iri məbləğlərdən söhbət gedirsə yəqin hakim iddianın özünü oxumağa, prosedur qaydalarına uyğun olaraq iddiaçı və cavabdeh tərəfləri iddianın mahiyyəti ilə tanış etməyə azı 15-20 dəqiqə sərf etməlidir. Amma Bakı Apellyasiya Məhkəməsində bu məsələdə rekord sürət nümayiş etdiriblər-cəmi 4 dəqiqə ərzində həm iddia ilə tanış olmağı, həm digər prosedur tədbirləri yerinə yetirməyi bacarıblar. Və qərar çıxarıblar.

 

 

Belə rekord sürət “Baku Caspian Real Estate Limited” adlı Azərbaycan şirkəti iləİtaliyanın landşaft dizaynı ilə məşğul olan“Paghera Green Service Societa Agricola SRL” şirkəti arasında təxminən ötən ilin payızından başlayan məhkəmə çəkişməsində qeydə alınıb.

Virtualaz.org xatırladır ki, bu çəkişmə “Baku Caspian Real Estate Limited” şirkətinin sifarişi ilə “Paghera Green  Service Societa Agricola SRL” tərəfindən Bakının Bilgəh qəsəbəsində bağ sahəsinin landşaft dizaynı işlərinin yerinə yetirilməsi ilə bağlı yaranıb. Həmin çəkişmə barədə artıq müxtəlif KİV-lər, o cümlədən virtualaz.org saytı geniş yazıb.

Sifarişə əsasən italyan şirkəti 6 hektarlıq ərazidə landşaft işlərinin görülməsi üçün “Baku Caspian Real Estate Limited” şirkəti ilə  cəmi 12 milyon avroluq müqavilə bağlayıb.

Həmin müqavilə 2016-cı il dekabrın 14-də bağlanıb. Sifarişçi əvvəlcə icraçıya 6 milyon 358 min avro məbləğində dəyərləndirilən işləri sifariş verib. Daha sonra 2017-ci ilin iyulunda tərəflər müqaviləyə əlavə olaraq “Razılaşdırılmış büdcə” adlı sənədi imzalayıblar. Həmin sənəd ərazidə daha 5.37 milyon avroluq işlərin görülməsini nəzərdə tuturdu.

 

 

Lakin işlərin əsas hissəsi görülüb qurtardıqdan sonra sifarişçi italyanlar tərəfindən xaricdən alınaraq gətirilimiş 2 milyon avrodan çox dəyəri olan malların bağ sahəsinə yığılmasından istifadə edərək həmin mal-materialları mənimsəyərəkitalyanlarla işi davam etdirməkdən imtina edərək italyan şirkətinin əməkdaşlarını bağ sahəsinə buraxmaqdan qəsdən imtina etmişdir. Nəticədə sifarişçinin İtaliya şirkətinə 3 milyon avroya yaxın borcu qalıb.

İtaliya şirkəti müqavilənin şərtlərinə əsasən sifarişçi barəsində ötən ilin oktyabrında  “Baku Caspian Real Estate Limited” şirkətindən cəmi 3 milyon avroya yaxın vəsaitin (Yuvarlaqlaşdırılmış rəqəmlərlə, 1 milyon 664 min avro+1 milyon 173 min olmaqla) tutulub ona  ödənilməsi barədə Bakı 1 saylı İnzibati-İqtisad Məhkəməsində mülki iddia qaldırıb.

Habelə hüquq-mühafizə orqanlarına müraciət edib. İtaliya şirkətinin maraqlarını Azərbaycanda vəkil Kamandar Nəsibov müdafiə edir.

270870_src

Vəkil Kamandar Nəsibov bu iş üzrə məhkəmə prosesinin gedişi haqda virtualaz.org saytına açıqlamasında deyib ki, iddiaçı tərəf eyni zamanda iddianı təmin etmə tədbirinin tətbiq edilməsi haqda ərizə ilə məhkəməyə müraciət etmişdi. Vəkil deyir ki, sifarişçi icraçını işlərin görülməsindən kənarlaşdırandan sonra ərazidə “Paghera” şirkəti tərəfindən alınıb gətirilmiş və sonrakı işlər üçün nəzərdə tutulan, 2 milyon avrodan çox dəyəri olan mal-materiallar qalıb. Və hazırda həmin mal-materiallar “Paghera” şirkətinin icazəsi olmadan landşaft işləri üçün istifadə olunmaqdadır.

Ona görə də iddiaçı məhkəməyə müraciət edib ki, iddiaya baxılıb qurtarana qədər cavabdeh tərəfin təxminən həmin dəyərdə olan əmlakı üzərində həbs qoyulsun. (Söhbət “Maybach”, “Mercedes G63”, “Porshe” və s. markalı bir neçə avtomobildən gedir).Habelə həmin 6 hektarlıq sahədə cavabdeh tərəfin və digərlərinin hər hansı işləri görməsi qadağan edilsin.

 

 

Əsas iddiaya baxılması prosesi davam etsə də məhkəmə artıq iddianın təmin edilməsi tədbirinin tətbiq olunması haqda müraciəti rədd edib. Və vəkil deyir ki, bu zaman hakimlər tərəfindən ciddi prosessual pozuntulara və xətalara yol verilib.

270871_src

Hakim Məhəmməd Əkbərov

“Əvvəla onu qeyd edim ki, iddiaya Bakı Ağır Cinayətlər Məhkəməsindən 1 saylı İnzibati-İqtisad Məhkəməsinə “ezam edilmiş”, yəni iqtisadi-biznes mübahisələri üzrə iddiaları araşdırmaqda heç bir təcrübəsi olmayan hakim Məhəmməd Əkbərov baxırdı. Mən ötən il noyabrın 23-də keçirilən hazırlıq proses zamanı ondan iddianın təmin edilməsi tədbiri barədə müraciətin aqibətini soruşdum. Məlum oldu ki, hakim bu müraciətlə heç tanış deyil. Hərçənd o, bildirdi ki, guya müraciətə artıq baxıb və vəsatətimizin təmin olunmaması barədə qərardad çıxarıb. Biz qərardadın surətini tələb etdikdə, hakim bildirdi ki, həmin qərardadı daha sonra bizə verəcəklər. Qərardadı alanda isə məlum oldu ki, onun altında başqa tarix deyil, 23 noyabr tarixi göstərilib, halbuki hakim Məhəmməd Əkbərov 23 noyabr 2018-ci il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasından əvvəl iddianın təmin tədbiri barədə vəsatətə baxdığını deyirdi. Və ən maraqlısıda odur ki, hakim Məhəmməd Əkbərov cavabdeh tərəfin ərizəsi əsasında 23 noyabrda ümumiyyətlə hazırlıq iclasını təxirə saldı. Yəni belə çıxır ki, hakim müraciət haqda həmin gün xatırlayıb və elə həmin gün də müraciətin təmin edilməməsi barədə qərardad çıxarıb. Özüdə təxirə alındığını bildirdiyi məhkəmə iclasında. Mən hakimin bu müraciətə belə ötəri yanaşmasını, təhlil edib araşdırmadan qərar verməsini və ən əsasıda iclası təxirə saldığı halda və bu barədə tərəflərə bildirdiyi halda, elə həmin tarixlə qərar qəbul etməsini anlamıram. Bu məsələ bizdə suallar, ciddi şübhələr doğurur. Bildiyiniz kimi bu iş az qala beynəlxalq miqyas alıb, söhbət xarici şirkətin iddiasından gedir. Belə iddialara düzgün, obyektiv baxılmaması Azərbaycanda iş quran digər xarici şirkətləri də çəkindirə bilər”-Kamandar Nəsibov deyir.

İddiaçı tərəf həmin qərardaddan apellyasiya şikayəti verib. Və şikayətə yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsində hakim İlham Əhmədov baxıb. K.Nəsibov deyir ki, Əhmədov həmin işə baxmazdan təxminən iki həftə əvvələ qədər 1 saylı İnzibati-İqtisad Məhkəməsində hakim idi. Və yuxarıda bəhs etdiyimiz həmin ildırımsürətli məhkəmə baxışı da məhz İlham Əhmədovun sayəsində baş tutub.

Kamandar Nəsibov

“Məhkəmə baxışı saat 12.15-ə təyin edilmişdi. İddiaçı tərəfin nümayəndəsi, o cümlədən mən tıxac səbəbindən bir neçə dəqiqə gecikəsi olduq və məhkəmə zalına təyin olunan vaxtdan konkret 4 dəqiqə sonra daxil olduq. Bunu binadakı müşahidə kameralarının görüntüləri də təsdiqləyə bilər. Amma məlum oldu ki, hakim qərar qəbul etmək üçün artıq müşavirə otağına yollanıb,. Və qayıdıb aşağı instansiya məhkəməsinin çıxardığı qərarı qüvvədə saxladı.

Axı necə ola bilər ki, hakim cəmi 4-5 dəqiqə ərzində, həm məhkəmədə tərəflərdən kimlərin iştirak edib etmədiyini müəyyən etsin, həm tərəflərin məhkəmənin tərkibinə etirazı olub-olmadığını müəyyən etsin, daha sonra apellyasiya şikayətivə onun məzmunu barədə iştirakçılara məlumat versin və qarşı tərəfin mövqeyini dinləsin? Bu cür ildırım sürətli məhkəmə baxışı harada görünüb?”-vəkil sual edir.

 

 

K.Nəsibovun bildirdiyinə görə “Baku Caspian Real Estate Limited” şirkətinə qarşı 3 milyon avroluq iddianın özü hazırda baxılma mərhələsindədir, bir neçə gün sonra iddia üzrə məhkəmə baxışı olacaq. Ancaq böyük ehtimal ki, iş üzrə başqa hakim təyin olunub. Çünki onun bildiyinə görə, hakim Məhəmməd Əkbərov Bakı Ağır Cinayətlər Məhkəməsinə geri göndərilib.

270873_src

Hakim İlham Əhmədov

Vəkil daha bir maraqlı məqam haqda danışaraq deyir ki, Bilgəh qəsəbəsindəki həmin 6 hektarlıq ərazinin kimin mülkiyyətində olması məlum deyil. Çünki tərəflər arasında imzalanmış müqavilədə göstərilir ki, “Paghera” şirkəti “Baku Caspian Real Estate Limited” şirkətinə məxsus ərazidə işləri görməlidir.

“Biz bütün müvafiq strukturlara sorğular vermişik. Amma həmin ərazinin “Baku Caspian Real Estate Limited” şirkətinin mülkiyyətində olduğu təsdiqlənmir. Ümumiyyətlə, torpaq sahəsi kimə məxsusdur, bilinmir. Belə çıxır ki, sifarişçi mülkiyyət hüququ olmadığı halda həmin ərazidə işlərin görülməsi üçün sifariş verib. Hesab edirəm ki, bu nüans ayrıca araşdırılmalıdır.Bu barədə artıq müraciətlər göndərmişik”-vəkil bildirib.

 

 

K.Nəsibov qeyd edir ki, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılan işlər zamanı audio yazı aparılmalıdır və hakim Məhəmməd Əkbərov tərəfindən işə baxıldığı zalda audio yazının aparılması üçün hər şərait var imiş. Amma məhkəmə iclası zamanı dəfələrlə tələb olunmasına baxmayaraq qəsdənçəkiliş aparılmayıb.

“Rəsmi məktubumuza bu günə kimi cavab verməsələrdə, şifahi formada bildirdilər ki, guya belə şərait yoxdur. Halbuki şərait mövcud idi. Biz bir daha prosesin audio yazısının aparılması ilə keçirilməsi tələbini qoyacağıq”-o deyib.

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Rusiyada hərbi parad keçirildi –Leninqradın xilas edilməsinin 75 illiyi münasibətilə

Sonrakı yazı

180 MİNLİK “BMW” “QAÇQINKOM”UN HARASINA YARAŞIR?! – İslahat israfçılıq demək deyil…

Sonrakı yazı
180 MİNLİK “BMW” “QAÇQINKOM”UN HARASINA YARAŞIR?! – İslahat israfçılıq demək deyil…

180 MİNLİK “BMW” “QAÇQINKOM”UN HARASINA YARAŞIR?! – İslahat israfçılıq demək deyil…

Məhəmmədəli Qəribli “reket jurnalist”in ipini buraxmadı – GÖYGÖLDƏ MƏHKƏMƏ

Məhəmmədəli Qəribli "reket jurnalist"in ipini buraxmadı - GÖYGÖLDƏ MƏHKƏMƏ

Ermənistanda açılıq aksiyası keçirən partiya sədri həbsxanada öldü –ATƏT PA-nın vitse-prezidentindən sərt etiraz

Ermənistanda açılıq aksiyası keçirən partiya sədri həbsxanada öldü –ATƏT PA-nın vitse-prezidentindən sərt etiraz

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

Şuşada bir dəqiqəlik sükut… – Video

Şuşada bir dəqiqəlik sükut… – Video

2021-02-26
Polkovnik Elxan İbrahimov vəzifəsindən azad edildi

Polkovnik Elxan İbrahimov vəzifəsindən azad edildi

2021-02-26
“AZAL xalqı talan edir, qazanan Cahangir Əsgərovdur” – İttiham

“AZAL xalqı talan edir, qazanan Cahangir Əsgərovdur” – İttiham

2021-02-26
İlham Əliyev: “Hər hansı təhlükə yaranarsa, bizə qardaş Türkiyə arxa duracaq”

İlham Əliyev: “Hər hansı təhlükə yaranarsa, bizə qardaş Türkiyə arxa duracaq”

2021-02-26
Baş prokuror: “Aryutunyan məsuliyyətə cəlb olunacaq”

Baş prokuror: “Aryutunyan məsuliyyətə cəlb olunacaq”

2021-02-26
“Türkiyə-Ermənistan sərhədinin bağlı qalmasına ehtiyac qalmır” – Prezident

“Türkiyə-Ermənistan sərhədinin bağlı qalmasına ehtiyac qalmır” – Prezident

2021-02-26
Cazibədar aktrisa hamilədir – Fotolar

Cazibədar aktrisa hamilədir – Fotolar

2021-02-26
Əli Kərimlinin müavini sərbəst buraxıldı – DİN

Əli Kərimlinin müavini sərbəst buraxıldı – DİN

2021-02-26
Prezidentin köməkçisin sərt karantin açıqlaması

Prezidentin köməkçisin sərt karantin açıqlaması

2021-02-26
Prezident: “Azərbaycanın içində hər hansı təhlükə yoxdur”

Prezident: “Azərbaycanın içində hər hansı təhlükə yoxdur”

2021-02-26
Məşhur şahmatçı Ermənistandan gedir – hökumətə etiraz

Məşhur şahmatçı Ermənistandan gedir – hökumətə etiraz

2021-02-26
Putin Təhlükəsizlik Şurasını topladı: sülhməramlıların müzakirəsi…

Putin Təhlükəsizlik Şurasını topladı: sülhməramlıların müzakirəsi…

2021-02-26
Erməni general Arutyunyanı döydü

Erməni general Arutyunyanı döydü

2021-02-26
İlham Əliyev Rusiya sülhməramlılarını tənqid etdi

İlham Əliyev Rusiya sülhməramlılarını tənqid etdi

2021-02-26
Kreml: Ermənistandakı hadisələr Qarabağla bağlı razılaşmanın icrasına təsir göstərməyib

Kreml: Ermənistandakı hadisələr Qarabağla bağlı razılaşmanın icrasına təsir göstərməyib

2021-02-26
Təhsil Şöbəsinin müdiri karantin qaydalarını pozdu

Təhsil Şöbəsinin müdiri karantin qaydalarını pozdu

2021-02-26
Prezidentin mətbuat konfransında İranlı jurnalist özünü pis vəziyyətə saldı

Prezidentin mətbuat konfransında İranlı jurnalist özünü pis vəziyyətə saldı

2021-02-26
“Erməni qadın otağa girib ləçər ədası ilə…“ – Flora Kərimova

“Erməni qadın otağa girib ləçər ədası ilə…“ – Flora Kərimova

2021-02-26
Bakıda güclü külək əsəcək

Bakıda güclü külək əsəcək

2021-02-26
Ərdoğandan Xocalı paylaşımı: “İllər keçsə də acısını unutmayacağımız…”

Ərdoğandan Xocalı paylaşımı: “İllər keçsə də acısını unutmayacağımız…”

2021-02-26

Seçmə

  • Bütün
  • SEÇMƏ
Qarabağda tikiləcək yeni aeroportların yeri bəlli oldu
SEÇMƏ

Qarabağda tikiləcək yeni aeroportların yeri bəlli oldu

2021-02-26
“Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır” – İtaliyalı jurnalist
SEÇMƏ

“Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır” – İtaliyalı jurnalist

2021-02-26
Prezident Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman imzaladı
Manşet

Prezident Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman imzaladı

2021-02-25
Cəbrayılda mülki şəxs minaya düşdü
SEÇMƏ

Cəbrayılda mülki şəxs minaya düşdü

2021-02-25
“Azərişıq” baş həkimə 2 milyonluq tender verdi
SEÇMƏ

“Azərişıq” baş həkimə 2 milyonluq tender verdi

2021-02-25
DYP yolların buz bağlaması ilə bağlı sürücülərə müraciət etdi
Rəsmi

DYP yolların buz bağlaması ilə bağlı sürücülərə müraciət etdi

2021-02-25
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

Şuşada bir dəqiqəlik sükut… – Video

Şuşada bir dəqiqəlik sükut… – Video

2021-02-26
Polkovnik Elxan İbrahimov vəzifəsindən azad edildi

Polkovnik Elxan İbrahimov vəzifəsindən azad edildi

2021-02-26
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou

© 2020 Qurdqanli Design.