12-12-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bahar Muradova “Yeni Azərbaycan”a baş redaktor “təyin etdi”

05 Noyabr 2025, 12:59
Manşet
A A
Bahar Muradova “Yeni Azərbaycan”a baş redaktor “təyin etdi”

????????????????????????????????????

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi qurum ciddi səhvə yol verib.

Reportyor.imfo xəbər verir ki, bu barədə əməkdar jurnalist Fadil Paşayev sosial şəbəkə hesabında paylaşım edib. Onun yazdıqlarını oxucularln diqqətinə çatdırırıq:

“Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Bahar Muradova bir daha “dəqiqliyə və diqqətə” olan özünəməxsus yanaşmasını nümayiş etdirdi. Tədbirin adı gurultuludur: “Ailə, qadın və uşaq məsələləri media müstəvisində: çağırışlar və perspektivlər.” Amma görünür, “çağırış” elə tədbirin özündə başlayıb.

Tədbirin proqramında qonaqların siyahısında belə bir təqdimat yer alıb: “Hikmət Babaoğlu – “Yeni Azərbaycan” qəzetinin baş redaktoru”.

Bir anlıq düşünürsən ki, bəlkə tarix geri qayıdıb, qəzetin baş redaktoru yenidən Babaoğludur? Amma yox, bu, nə “retro yubiley”dir, nə də “nostalji səhv”. Bu, sadəcə, Bahar xanımın rəhbərlik etdiyi tədbirin səviyyəsini göstərən bir detaldır.

Axı Bahar Muradova uzun illərdir dövlət idarəçiliyindədir. Diplomatik zəriflik, idarəetmə təcrübəsi, siyasi mədəniyyət – bütün bunlar onun bioqrafiyasında var. Amma görünür, “dəqiqlik” bəndi orada unudulub.. Çünki “Yeni Azərbaycan” qəzetinin hazırkı baş redaktoru kimdir — bunu bilmək üçün elə bir “strateji araşdırma qrupu” da lazım deyil. Onun özü çox yaxşı bilir cavabını.

Bəlkə də məqsəd sadəcə “texniki səhv” deyə adlandırılacaq bir laqeydlik deyil. Ola bilər ki, bu, “təyinatla mesaj” üsuludur. Yəni Bahar xanım öz “səhv”i ilə kimlərisə yada salır, kimlərəsə “yerini” göstərir. Axı bizim idarəçilik mədəniyyətində bəzən bir səhv cümlə yüz cildlik nitqdən daha çox şey deyir.

Əgər bu sadəcə diqqətsizlikdirsə, deməli, tədbirin ruhuna yaraşmayan ciddiyyətsizlik baş verib.

Əgər bu qəsdən edilmiş bir jestdirsə, deməli, Bahar xanım “mətbuat tarixi”nə bir növ “meta-ironiya” qatmaq istəyib: 150 illik yubiley tədbirində hələ də köhnə adların təkrarı.

Bir daha sübut olunur ki, bizdə bəzi “təyinatlar” və ya təqdimatlar sadəcə adlardan ibarət deyil. Onlar həm də düşüncə tərzinin göstəricisidir.

Odur ki, Bahar xanımın bu təqdimat səhvi bəlkə də təsadüfi deyil. Bəlkə də bu, onun “öz təyinatıdır” – yəni kiminsə köhnə titulu ilə bu günün media mənzərəsini göstərmək istəyidir”.

Əvvəlki yazı

Sabah da yağış yağacaq

Sonrakı yazı

Azərbaycanda vəkil hoteldə öldü

Ərdoğan sabah Putinlə görüşəcək

Ərdoğan sabah Putinlə görüşəcək

11 Dekabr 2025, 17:04
Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədova məktub göndərdi

Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədova məktub göndərdi

11 Dekabr 2025, 17:02
Azərbaycana şaxta, qar, boran gəlir: Bu tarixdən hava KƏSKİN DƏYİŞƏCƏK

Azərbaycana şaxta, qar, boran gəlir: Bu tarixdən hava KƏSKİN DƏYİŞƏCƏK

11 Dekabr 2025, 17:01
Dərnəgüldə ağaclara qənim kəsilən kimdir? – Fotolar-Yenilənib

Dərnəgüldə ağaclara qənim kəsilən kimdir? – Fotolar-Yenilənib

11 Dekabr 2025, 16:59
Generalın oğlundan başqa daha 5 nəfər həbs edildi – YENİLƏNDİ

Generalın oğlundan başqa daha 5 nəfər həbs edildi – YENİLƏNDİ

11 Dekabr 2025, 14:19
5 aptekə protokol tərtib edildi

5 aptekə protokol tərtib edildi

11 Dekabr 2025, 14:01
Anasını pəncərədən atıb “Görüşərik, bay-bay” deyibmiş… – Səs yazıları araşdırıldı-Fotolar

Anasını pəncərədən atıb “Görüşərik, bay-bay” deyibmiş… – Səs yazıları araşdırıldı-Fotolar

11 Dekabr 2025, 13:59
Bakıda 8 şagird saqqızdan zəhərlənib? – Yenilənib

Bakıda 8 şagird saqqızdan zəhərlənib? – Yenilənib

11 Dekabr 2025, 13:56
Gəncə sakini 80 manata görə tanışını döydü — TƏFƏRRÜAT

Gəncə sakini 80 manata görə tanışını döydü — TƏFƏRRÜAT

10 Dekabr 2025, 16:37
“Ramiz Mehdiyevin cinayət işi üzrə bir çox şəxslər istintaqa cəlb edilib” — Deputatdan ŞOK AÇIQLAMA

“Ramiz Mehdiyevin cinayət işi üzrə bir çox şəxslər istintaqa cəlb edilib” — Deputatdan ŞOK AÇIQLAMA

10 Dekabr 2025, 16:36
“Batmaq ehtimalları yoxdur, bəlkə də, İrana gedib çıxıblar…” – Video

“Batmaq ehtimalları yoxdur, bəlkə də, İrana gedib çıxıblar…” – Video

10 Dekabr 2025, 16:34
Anasının kartındakı pulları oğurlayıb arvadına göndərdi – Foto

Anasının kartındakı pulları oğurlayıb arvadına göndərdi – Foto

10 Dekabr 2025, 16:32
Əli Kərimli barəsində qərar verildi

Əli Kərimli barəsində qərar verildi

10 Dekabr 2025, 16:27
Aqşin Fatehin restoranı cərimələndi – Video

Aqşin Fatehin restoranı cərimələndi – Video

10 Dekabr 2025, 16:04
Nazirliyin vəzifəli şəxslərinin əmlaklarına həbs qoyuldu – Siyahı

Nazirliyin vəzifəli şəxslərinin əmlaklarına həbs qoyuldu – Siyahı

10 Dekabr 2025, 16:03
Taksi sürücüləri kartla ödənişlərə görə cərimələnəcək — AÇIQLAMA

Taksi sürücüləri kartla ödənişlərə görə cərimələnəcək — AÇIQLAMA

10 Dekabr 2025, 13:53
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib — FOTOLAR

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib — FOTOLAR

10 Dekabr 2025, 13:51
Tikinti şirkətləri vətəndaşı necə aldadır? — 5000-dən çox vətəndaş şikayətçidir

Tikinti şirkətləri vətəndaşı necə aldadır? — 5000-dən çox vətəndaş şikayətçidir

10 Dekabr 2025, 13:49
Əmək haqqının hesablanması qaydası dəyişir

Əmək haqqının hesablanması qaydası dəyişir

10 Dekabr 2025, 13:47
Azərbaycan Prezidentinin köməkçisi beynəlxalq tərəfdaşları Ermənistanla sülh prosesini dəstəkləməyə çağırıb – VİDEO

Azərbaycan Prezidentinin köməkçisi beynəlxalq tərəfdaşları Ermənistanla sülh prosesini dəstəkləməyə çağırıb – VİDEO

10 Dekabr 2025, 13:46

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.