“Kifayət qədər sadə həyat sürdüyüm üçün məvacibim mənə bəs edir”
O, deputat maaşının ona bəs etdiyini söyləyib:
“Saat, ayaqqabı, geyim hansı markadan olması mənim üçün önəmli deyil. Bahalı əyləncə yerlərinə, istirahətlərə heç vaxt getmirəm. Ona görə yetərlidir. Millət vəkillərinin maaşları bəllidir. Bu maaşların üzərindən onlara sosial mediada xoş olmayan ifadələr yazılır.
Öz adımdan deyə bilərəm ki, aldığım məvacibin yarısından çoxu seçicilər, kasıb ailələrin müalicə, təhsil və digər haqları üçün ödəyirəm. Bəzən başqa qayğıları olur, dəstək istəyirlər. Əmin ola bilərsiniz ki, alınan maaşın hamısı özümüzə xərclənmir”.