16-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Baba Vəziroğlu: “Parlament yatmaq yeri deyil”

22 İyul 2024, 10:31
Maraqlı
A A
Baba Vəziroğlu: “Parlament yatmaq yeri deyil”

Parlament seçkilərinə namizədliyi irəli sürülən şəxslərlə bağlı “atalar getdi, indi isə oğulları gəlir” yanaşması yanlışdır. Bu dünyada heç kim heç kimi əvəz etmir. Dünyada 8 milyarda yaxın insan var, heç birinin barmaq izi eyni deyil. Ola bilsin ki, böyük bir məmurun oğlu vətənpərvər, işgüzar, namuslu, xalqına xidmət edəsi biridir. Nə dəxli var ki, onun atası məmurdur, yoxsa kənddə torpaqsulayandır? Əsas fərdin özü, insani xüsusiyyətləri, elmi, biliyi, dünyagörüşü, Vətəninə münasibəti, ürəyindəki eşqidir. Bunlar hansı dərəcədədir? Əsas odur. Yoxsa biz bəzən kimisə qaralayırıq ki, “filankəs filankəsin oğludur”, yaxud “kasıbın oğludur”. Belə yanaşmalar tamamilə səhvdir. Bəli, yumşaq dillə desək, özünü “hərəkətsizlikdə”, heç bir fayda verməməkdə ifşa etmiş adamlar parlamentə yenidən can atırlar. Bu, tamam başqa məsələdir və buna kəskin mövqeyimi həmişə bildirmişəm. İllərdir, parlamentdə oturmusan, hələ də yaralı barmağı sarımamısan, amma yenə gedib parlamentdə oturmağa iddialısan. Parlament yatmaq yeri deyil. Toxunulmaz hüququ qazanırsan ki, gedib alver edəsən? Deputat olacaqsan ki, “mənə toxunmasınlar””. 

Bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib.

“Əvvəllər demişdim ki, parlament tamam təzələnməlidir, amma yenə nəsə “gözüm su içmir”, açıq deyirəm. Axı xalqın daha yaxşı oğulları var. 10 milyondan çoxuq. Məgər ləyaqətli 125 təmsilçi tapa bilmirik? Doğrudan da, gülüncdür. Bir var, 10 min deputat olardı, deyərdik ki, parlamentə təsadüfi insanlar düşüb. 125 insanı isə gərək ora zərrəbinlə seçib göndərək ki, bizim simamızdır, xalqın simasıdır. 125 adam 10 milyon xalqın təmsilçisidir. Bu insanları 10 milyon seçib. Düzdür, nə dərəcədə seçib, ya seçməyib, bunu deyə bilmərəm. Hər halda 10 milyonun güzgüsü bu 125 adamdır. Gərək, elə seçək ki, dünya qarşısında xəcalətli olmayaq. Bunu dəfələrlə demişəm ki, parlament, icra strukturlarımız Prezidentə layiq olsunlar. Bizdə isə dağ-dərə fərqi var. Prezident dünyanın ən güclü liderləri sırasındadır. Onunla ikiəlli görüşürlər. Biri qorxusundan, biri şəxsiyyətinə pərəstişdən Prezidentlə qucaqlaşıb öpüşür, etimad, sevgi göstərir. Dağdan dərəyə enib deyirsən ki, ay Allah, bu nə parlamentdir, bu nə icra başçıları, nə nazirlərdir? Cənab Prezidentin səviyyəsinə qalxmaq mümkün deyil, heç olmasa ona yaxın olsunlar. Sentyabrdan sonra baxaq görək nə var, nə yox. Yenə də deyirəm, “gözüm su içmir”. İnanmıram ki, real bir parlament olsun. İdealdan danışmırıq, heç olmasa babat olsun. Danmıram ki, parlamentdə gözəl insanlar var. Köhnə parlament üzvlərindən bəziləri yenidən o sıraya qatılsalar, yaxşı olar. Məsələn, Novruz Aslan, Fazil Mustafa… Onları parlamentdə yenidən görmək istəyirəm. Fazil Mustafanı istənilən tribunaya çıxar, danışığı, savadı ilə səni ləyaqətlə təmsil edəcək. İkisinin adını çəkdim, amma görürsünüz, ikisindən uzağa gedə bilmirəm. Gülməlidir. Əslində hamını tanıyıram, amma üçüncüsünü artıq fikirləşirəm. İstəyirəm, ən azından 125-dən 100-nün adını çəkim ki, ləyaqətlidir. Necə deyərlər, naxırın içində ala dana da olur, bunsuz mümkün deyil. Görək nə olur…”, – o bildirib.

Əvvəlki yazı

Tramp: Bayden ölkəni idarə edə bilməz

Sonrakı yazı

Milli mətbuatın yaranmasından 149 il ötür

Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

16 Avqust 2025, 12:12
Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

16 Avqust 2025, 11:15
Trampdan görüşlə bağlı AÇIQLAMA

Tramp: “Razılığa gəlməmişik, lakin müəyyən irəliləyiş əldə etmişik”

16 Avqust 2025, 10:54
Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

16 Avqust 2025, 10:51
DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

16 Avqust 2025, 10:43
ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

16 Avqust 2025, 10:37
“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

16 Avqust 2025, 10:34
Messinin zədəsi sağalıb

Messinin zədəsi sağalıb

16 Avqust 2025, 10:31
Bu gün “Qafqazinfo”nun 15 yaşı tamam olur

Bu gün “Qafqazinfo”nun 15 yaşı tamam olur

16 Avqust 2025, 10:29
Goranboyda yanğına səbəb olan şəxs saxlanıldı

Goranboyda yanğına səbəb olan şəxs saxlanıldı

16 Avqust 2025, 10:26
Biləsuvarda dava: 31 yaşlı kişi evinə qonaq gələn xalası oğlunu dəhrə ilə vurdu – TƏFƏRRÜAT

Biləsuvarda dava: 31 yaşlı kişi evinə qonaq gələn xalası oğlunu dəhrə ilə vurdu – TƏFƏRRÜAT

16 Avqust 2025, 10:24
Trampdan görüşlə bağlı AÇIQLAMA

Trampdan görüşlə bağlı AÇIQLAMA

16 Avqust 2025, 10:21
Putin jurnalistlərin sualları qarşısında özünü eşitməzliyə vurdu – VİDEO

Putin jurnalistlərin sualları qarşısında özünü eşitməzliyə vurdu – VİDEO

16 Avqust 2025, 10:20
Bakıda yaşayış binasında yanğınla nəticələnən partlayış olub

Bakıda yaşayış binasında yanğınla nəticələnən partlayış olub

16 Avqust 2025, 10:18
Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

14 Avqust 2025, 11:55
Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

14 Avqust 2025, 11:51
Zelenski bu gün Starmerlə görüşəcək

Zelenski bu gün Starmerlə görüşəcək

14 Avqust 2025, 11:46
Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

14 Avqust 2025, 11:41
İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

14 Avqust 2025, 11:34
DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

14 Avqust 2025, 11:00

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.