06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Babək prospekti 3 qurumu üz-üzə qoydu: “Layihədən xəbərləri yoxdur…” – AÇIQLAMA

19 Dekabr 2018, 16:06
Gündəm
A A
Babək prospekti 3 qurumu üz-üzə qoydu: “Layihədən xəbərləri yoxdur…” – AÇIQLAMA
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının ən böyük prospektlərindən biri olan Babək prospektində başa çatan yenildənqürma işlərindən sonra geriyədönmə yerlərinin düzgün qurulmaması, piyada keçidlərinin olmaması ilə bağlı iradlara cavab verib.  
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar NəcəfliBakuPost-a açıqlamasında deyib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mövqeyi öyrənilmədən reytinq xətrinə məsələni tirajlandığını qeyd edib: “Əslində, prospektdə geriyədönmə hissələri normal şəkildə qurulmuşdu. Həmin geriyədönmə hissələri böyük qabaritli yük maşınlarının yox, kiçik qabaritli nəqliyyat vasitələri üçün nəzərdə tutulmuşdu. Həmin geridönmə hissələrindən istifadə edən sürücülərin təhlükəsizliyinin təmini məqsədi ilə ərazidə müəyyən siqnal dirəkləri quraşdırılmışdı. Məqsəd o idi ki, digər istiqamətdən gələn nəqliyyat vasitələri sürücülərə maneə yaratmasın, toqquşma nöqtəsi olmasın. Amma bizim sürücülərimiz, xüsusən böyük qabaritli nəqliyyat vasitələrinin sürücüləri oradan dönərkən müəyyən problemlər yaşandı. Yol nişanlanmaları tam yekunlaşmamış ərazidən iri qabaritli nəqliyyat vasitələri geriyə dönməyə çalışdılar.
Təbii ki, onların orada geriyə dönməsi mümkün deyil. İri qabaritli nəqliyyat vasitələri xüsusi geniş ərazilərdən dönməlidirlər. Xüsusi dairələr, yol qovşaqları var ki, iri qabaritli nəqliyyat vasitələrinin o yerlərdən istifadə edərək geriyə dönmələri mümkün idi. Yolda quraşdırılmış siqnal dirəkləri iri qabaritli nəqliyyat vasitələrinə mane olurdu. Kiçik qabaritli nəqliyyat vasitələrinin bəzi sürücüləri də o geriyədönmə yerlərindən dönə bilmirdilər. Əslində, yol mütəxəssisləri də deyə bilərlər ki, orada geriyədönmə yerləri normal şəkildə qurulmuşdu. Sadəcə, bu iradlar olduğuna, məsələ aydınlaşdırılmadan tirajlandığına, sosial şəbəkələrdə bununla bağlı geniş müzakirələr getdiyinə görə belə qərara alındı ki, geriyədönmə yerlərindən siqnal dirəkləri yığışdırılsın və hər bir nəqliyyat vasitəsi, hər bir sürücü oradan dönə bilsin”.
Piyada keçidlərinə gəlincə, A. Nəcəfli nəzərə çatdırıb ki, Bakı şəhərində yolların xətlənməsi, yol nişanlarının quraşdırılması, piyada zolaqlarının çəkilməsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin səlahiyyətində olan məsələ deyil: “Hər hansı yolda təmir işləri aparılarkən orada xətlənmə, yol nişanlarının quraşdırılması, piyada zolaqlarının çəkilməsi  işləri nəzərdə tutulubsa, bu, birbaşa Bakı Nəqliyyat Agentliyinin işidir. Bakı Nəqliyyat Agentliyinin mütəxəssislərinin göstərdiyi ərazilərdə yol nişanları quraşdırılır, piyada zolaqları və üfüqi nişanlanma xətlərinin çəkilməsi həyata keçirilir. Babək prospektində üfüqi nişanlanma xətlərinin çəkilməsi, yol nişanlarının quraşdırılması Bakı Nəqliyyat Agentliyinin mütəxəssislərinin dedikləri ərazilərdə dedikləri kimi həyata keçirilib. Əgər piyada zolaqlarının çəkilişi lazımdırsa, təbii ki, Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri hansı ərazidə piyada zolaqları çəkilməli olduğunu bildirsələr, bu, bizim tərəfimizdən təmin oluna bilər”.
A. Nəcəfli layihədə yeraltı keçidlərinin tikintisinin nəzərdə tutulduğu, lakin sonradan vəsait olmadığı üçün həmin piyada keçidlərinin tikilmədiyi barədə məlumatların da həqiqəti əks etdirmədiyini vurğulayıb: “Babək prospektində yenidənqurmadan söhbət gedirdi. Orada piyada keçidlərinin tikilməsindən söhbət getməyib. Gələcəkdə əlavə vəsait ayrılarsa, müəyyən ərazilərdə piyada keçidlərinin tikilməsi mümkün ola bilər. Birdən- birə hər hansı ərazidə piyada keçidlərinin tikilməsi mümkün deyil. Bunun üçün Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının xüsusi razılığı olmalıdır və piyada keçidlərinin tikintisi üçün vəsait ayrılmalıdır. Layihədə yolun yenidən qurulması, kommunikasiya xətlərinin dəyişdirilməsi, asfalt-beton örtüyünün yenilənməsi, müəyyən yol ayrıcında piyada səkilərində müəyyən işlərin aparılması nəzərdə tutulurdu. Layihədə hər hansı piyada keçidi nəzərdə tutulmamışdı. Ola bilsin ki, 2019-cu ildə piyada keçidi tikintisi ilə bağlı qərar verilsin. Ancaq layihədə bu məsələ əksini tapmamışdı”.
A. Nəcəfli eyni zamanda məsələni içtimailəşdirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovu məlumatsızlıqda ittiham edib: “Əgər Vaqif əsədov doğrudan da belə bir açıqlama verirsə, deməli, layihədən xəbəri olmayıb. Həmin layihə həm Dövlət Yol Polisi, həm də digər aidiyyəti qurumlarla razılaşdırılaraq hazırlanır. Necə ola bilər ki, layihə işlənilsin, yol polisinin xəbəri olmasın ki, hansısa ərazidə geriyədönmə, yaxud yol nişanı olacaq?! Bu, mümkün deyil. Yol Hərəkətinin təhlükəsizliyinin təşkili və təmin olunması birbaşa yol polisinin səlahiyyətində olan məsələdir. Mənə elə gəlir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi açıqlama verirsə ki, burada hər hansı nöqsan var… Nöqsan var idisə, yol polisi vaxtında aşkarlayaraq məlumat verə bilərdi. Bildirilərdi ki, layihədə belə nöqsan var, dəyişiklik etmək lazımdır. Bu, düzgün yanaşma deyil”.
Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov da Babək prospektində həyata keçirilən layihəni yaxşı qiymətləndirməyib, geriyədönmə yerlərində yaranan vəziyyət və piyada keçidlərinin olmamasının problemlərə yol açacağını vurğulayıb. V. Əsədov deyib ki, yol polisi ilə məsləhətləşmə aparılsaydı, prospektdə daha faydalı yenidənqurma işləri  görmək mümkün olardı.
Əvvəlki yazı

Prezident Həştərxanın qubernatorunu qəbul etdi – FOTOLAR / Yenilənib

Sonrakı yazı

DOLLAR BAHALŞACAQ, NEFT DAHA DA UCUZLAŞACAQ… – FED bu gecə nə qərar verəcək?

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.