12-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bərdə səhiyyəsində tender hoqqası – Foto

29 Avqust 2020, 10:34
Seçmə
A A
Bərdə səhiyyəsində tender hoqqası – Foto
Bərdə və Ucar rayon Mərkəzi Xəstəxanaları tərəfindən keçirilən tenderlərin qalibi elan olunub. Reportyor.info xəbər verir ki, qaliblər “Harmony İndustrial Construction and Enginering Group” MMC və “Piramida-F.R.” MMC olub.
Rəsmi məlumatda hər iki qurumun liftlərə texniki xidmət göstərəcəyi qeyd olunub. Bu iş üçün “Harmony İndustrial Construction and Enginering Group” MMC Bərdə rayon Mərkəzi Xəstəxanasından 3 min 600 manat, “Piramida-F.R.” MMC isə Ucar rayon Mərkəzi Xəstəxanasından 12 min 600 manat alacaq.
Maraqlıdır ki, hər iki şirkətin VÖEN-i (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi) eyni rəqəmlərdən ibarətdir – 1500429791. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında “Piramida-F.R.” MMC adlı şirkət mövcud deyil. Reyestr məlumatlarında VÖEN-i 1500429791 olan yalnız “Harmony İndustrial Construction and Enginering Group” MMC barədə məlumat var.
Bu şirkətin 2005-ci ildə dövlət qeydiyyatına alındığı və 10 manat nizamnamə kapitalına malik olduğu qeyd olunur. Hüquqi ünvanı Nərimanov rayonu, Ceyhun Hacıbəyli, ev 52, m. 20-də yerləşən şirkətin qanuni təmsilçisi Orucov Əlövsət Bilal oğludur.
Ehtimal etmək olar ki, “Harmony İndustrial Construstion and Enginering Group” MMC –nin əvvəlki adı “Piramida-FR” MMC olub. Lakin, ad dəyişikiyi barədə açıq mənbələrdə heç bir məlumata rast gəlmək olmur. Hazırda reyestr məlumatlarında “Piramida-F.R.” adlı şirkət mövcud olmadığı halda, bu şirkətə məxsus olduğu bildirilən “a-trade.az” saytında müvafiq dəyişikliklər aparılmayıb.
Məlumat üçün bildirək ki, “Piramida-F.R.” MMC 2010-cu ildən bugünə kimi onlarla tender müsabiqəsinin qalibi olub. Şirkət milyon manatlıq böyük tenderlərin də qalibi olub. “Piramida-F.R.” MMC 2015-ci ildə Ağcabədi Rayon İcra Hakimiyyətinin 2 milyon 700 min manatlıq tender müsabiqəsini udub. Onu da bildirək ki, ötən il Dövlət Əmək Müfəttişliyi Xidməti “Piramida-F.R.” MMC barədə protokol tərtib edib.
Xətai Rayon Məhkəməsi bu protokola əsasən, şirkətin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) pozmaqda təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.
Bundan başqa, 2018-ci ildə Azərbaycanın ən böyük sement istehsalçısı olan “Holcim” ASC də “Piramida-F.R.” MMC-ni məhkəməyə verib. “Piramida-F.R.” MMC “Holcim” ASC-yə olan borcunu ödəməməkdə təqsirli bilinib və borcun hissə-hissə ödənilməsi barədə qərar verilib. “Piramida-F.R.” MMC ilə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, bu şirkətin qeydiyyatda olduğu ünvanda daha 2 şirkət qeydiyyatdadır.
Bunlardan biri qanuni təmsilçisi yenə də Orucov Əlövsət Bilal oğlu olan “Piramida-2001” firması, digəri isə qanuni təmsilçisi Orucova Maya Zülfüqar qızı (soyadları eynidir) olan “A-Marble” MMC-dir.
Haqqında bəhs etdiyimiz şirkətlə bağlı daha bir qəribəlik odur ki, təkcə 2020-ci ilin ötən dövrü ərzində ümumi dəyəri 1 milyon manata çatan tender müsabiqələrinin qalibi olan “Harmony İndustrial Construction and Enginering Group” MMC və ya “Piramida-F.R.” MMC-nin dövlət büdcəsinə 542 min 291 min manat 38 qəpik borcu var.
Onu da bildirək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil. “Harmony İndustrial Construction and Enginering Group” MMC-nin iştirak etdiyi sonuncu tender müsabiqəsi bir ay əvvəl – iyul ayında baş tutub.
Əgər iyun ayında şirkətin vergi borcu olmayıbsa, o zaman yarım milyon manatlıq borc son bir ayda necə yaranıb? Məsələ ilə bağlı adı keçən şirkətlə əlaqə saxlmağa cəhd etsək də, telefon zənglərimizə cavab verən olmadı.
542 min manat vergi borcu olan şirkət tenderləri necə udur? 542 min manat vergi borcu olan şirkət tenderləri necə udur? 542 min manat vergi borcu olan şirkət tenderləri necə udur?
Əvvəlki yazı

Meyxanaçı Vüqar vəfat etdi

Sonrakı yazı

Oktay Əsədovun milyonluq villası – Foto

Azercell-in “İnfocell” xidməti müştərilərini “qarət edir”?!

Azercell-in “İnfocell” xidməti müştərilərini “qarət edir”?!

11 Avqust 2025, 14:27
Ağsuda 34 yaşlı kişini qətlə yetirib, meyitini doğrayaranlar həbs edildi

Ağsuda 34 yaşlı kişini qətlə yetirib, meyitini doğrayaranlar həbs edildi

11 Avqust 2025, 14:11
Vladimir Feketeyə “Dostluq” ordeni verildi

Vladimir Feketeyə “Dostluq” ordeni verildi

11 Avqust 2025, 13:55
Dövlət başçısından daha bir SƏRƏNCAM

Dövlət başçısından daha bir SƏRƏNCAM

11 Avqust 2025, 13:52
Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

11 Avqust 2025, 11:30
TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır

TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır

11 Avqust 2025, 11:25
Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar

Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar

11 Avqust 2025, 11:22
34 yaşlı kişi qətlə yetirilib, meyiti doğranaraq Ağsuda dağlıq əraziyə atılıb

34 yaşlı kişi qətlə yetirilib, meyiti doğranaraq Ağsuda dağlıq əraziyə atılıb

11 Avqust 2025, 11:15
8 Noyabrdan 8 Avqusta… – Rəşad Məcid yazır

8 Noyabrdan 8 Avqusta… – Rəşad Məcid yazır

11 Avqust 2025, 11:01
Anasına “pozğun” dediyinə görə 40 yaşlı şəxsi bıçaqlayan məktəbliyə şərti cəza verildi

Anasına “pozğun” dediyinə görə 40 yaşlı şəxsi bıçaqlayan məktəbliyə şərti cəza verildi

11 Avqust 2025, 10:56
Yağıntılı və küləkli hava şəraiti davam edir

Yağıntılı və küləkli hava şəraiti davam edir

11 Avqust 2025, 10:53
Sabah pensiyalar ödəniləcək

Sabah pensiyalar ödəniləcək

11 Avqust 2025, 10:52
Prezident İlham Əliyevin ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verdi – TAM MƏTN – VİDEO – YENİLƏNDİ

Prezident İlham Əliyevin ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verdi – TAM MƏTN – VİDEO – YENİLƏNDİ

09 Avqust 2025, 16:09
Yol polisinin qanuni tələbinə riayət etməyən sürücü həbs edildi

Yol polisinin qanuni tələbinə riayət etməyən sürücü həbs edildi

09 Avqust 2025, 16:06
NATO Azərbaycan və Ermənistanın sülh yolunda atdığı addımı müsbət qarşılayır

NATO Azərbaycan və Ermənistanın sülh yolunda atdığı addımı müsbət qarşılayır

09 Avqust 2025, 16:04
Paşinyan İlham Əliyevlə foto çəkdirib – Video

Paşinyan İlham Əliyevlə foto çəkdirib – Video

09 Avqust 2025, 13:58
Ağ Ev Trampın Prezident İlham Əliyevi qarşılaması ilə bağlı paylaşım edib – VİDEO

Ağ Ev Trampın Prezident İlham Əliyevi qarşılaması ilə bağlı paylaşım edib – VİDEO

09 Avqust 2025, 13:52
Bitkoin cüzi bahalaşıb

Bitkoin cüzi bahalaşıb

09 Avqust 2025, 13:51
Fransa Azərbaycan-Ermənistan razılaşmasını qətiyyətli irəliləyiş kimi qiymətləndirir

Fransa Azərbaycan-Ermənistan razılaşmasını qətiyyətli irəliləyiş kimi qiymətləndirir

09 Avqust 2025, 13:48
Parisdə azərbaycanlı ailənin iki uşağı niyə əllərindən alınıb?

Parisdə azərbaycanlı ailənin iki uşağı niyə əllərindən alınıb?

09 Avqust 2025, 13:46

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.