12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bəxtiyar Hacıyev: “İnsanlar artıq cana gəlib”

10 Yanvar 2019, 10:56
Seçmə
A A
Bəxtiyar Hacıyev: “İnsanlar artıq cana gəlib”

“Hökumət sosial şəbəkələrdə birmənalı şəkildə vətəndaşlara, vətəndaş cəmiyyətinə uduzur”

İctimai fəal Bəxtiyar Hacıyev müsahibəsində sosial şəbəkələrin bloger Mehman Hüseynovun hüquqlarının ictimai müdafiəsində rolu və trol fabriki barədə danışıb.

– Bloger Mehman Hüseynovla bağlı sosial şəbəkələrdəki fəaliyyətlərin məzmununu qısaca necə ifadə edərdiniz? Sizcə sosial şəbəkələrin cəmiyyətə, ictimai-siyasi mühitə, hökumətə təsirləri hiss edilirmi?

– Mehman Hüseynovun birinci həbsi birbaşa onun fəaliyyəti ilə bağlı idi, – hətta bəzi insanlar tərəddüd edirdi ki, Mehman həbsə düşəcəyini bilə-bilə yenə videolarını çəkir, müəyyən məmurların mülklərini ifşa etməyə davam edirdi, – o həbsə hazır idi. Bu baxımdan cəza verilməsi və onun cəzanı çəkməsi normal qarşılanırdı. Amma onun ikinci həbsi, ona qarşı açılmış ikinci cinayət işi birbaşa şərlənmədir. Hamı başa düşür ki, bu normal bir insanın atacağı addım deyil. Həbsdən çıxmasına iki ay qalmış həbsxanada zabiti döysün və xəstəxanalıq etsin. İnsanlar artıq cana doyub. İnsanların özünü ifadə etməsi üçün hazırda təsirlərə məruz qalmayan yeganə azad, müstəqil platforma sosial şəbəkələrdir. Ona görə də bir mobilizasiya başladı. İnsanlar danışmağa başladı və sosial şəbəkələrdə belə bir trend var, əgər hansısa bir məsələ çox müzakirə olunursa, artıq, kənarda öz fikirlərini ifadə eləməyə tərəddüd edən insanlar da prosesə qoşulur. Əgər Mehman Hüseynov aclıq aksiyası keçirəndə ilk günlərdə 10-15 nəfər bu barədə yazırdısa, növbəti günlərdə bu yüzlər oldu, sonra minlər oldu. Sonra bu trend arta-arta gedir. Eyni zamanda Mehman Hüseynov məsələsinə diqqətin bu qədər yuxarı olmasının bir səbəbi var, cəmiyyətdə temperatur (gərginlik hərarəti-red) qalxıb. Çünki bir nəfər, bir gənc özünün şərlənməsinə etiraz olaraq öz həyatını riskə ataraq aclıq aksiyası keçirir. Ata biləcəyi ən son addımı atır. Ona görə də cəmiyyət buna reaksiya verir. Təsirlərə gəldikdə, təbii ki, təsirlər hiss olunur. Həm müxalif çevrə, həm müstəqil çevrə, həm də vətəndaş cəmiyyəti fəallaşıb. Eyni zamanda hökumət artıq müəyyən cavablar verməyə məcbur olub. Penitensiar Xidmət açıqlama verir ki, Mehman Hüseynov aclıq etmir, Ombudsman Aparatından Mehmanın yanına ziyarətə gedirlər. Bütün bunlar göstərir ki, hökumət sosial şəbəkələrdəki canlanmadan və reaksiyadan çox narahatdır. Çünki bir neçəsi istisna olmaqla digər bütün platformalar nəzarətdədir, yəni televiziyalar, qəzetlər, informasiya agentlikləri və sairə. Sosial şəbəkələrdəki bu canlanma hökuməti o qədər narahat edib ki, artıq ictimai rəyi dəyişdirməyə çalışırlar, müxtəlif addımlar atırlar. Amma bu zaman da qeyri-peşəkar addımlar atırlar.

– Sosial şəbəkələrdə trol fabrikinin fikir istehsalı ilə digər iştirakçıların fikirləri arasında hansı fərqli və oxşar cəhətlər görürsünüz? Sizcə trollar ölkədə söyüş və qarğış ritorikasının genişlənməsinə, yoxsa intellektual müzakirərələ təkan verir?

– Trollar müxtəlif ölkələrdə istifadə olunur, – həm dövlət səviyyəsində, həm də özəl sektorlarda, -hətta bəzi böyük şirkətlər trollardan istifadə edirlər ki, onlar haqqında ictimai rəy formalaşsın. Bayaq qeyd etdiyim kimi bəzi şirkətlər və dövlətlər düşünür ki, kənar müşahidəçilər bir məsələnin müsbət və yaxud mənfi olmasına qərar verə bilməyəndə insanlar rəylərin çoxluğuna, belə deyək, dəstəyin hansı tərəfdə çox olduğuna baxaraq qərar verir ki, hansı tərəf haqlıdır. O tərəfə də qoşulur. Amma Azərbaycanda troll fabriki çox qeyri-peşəkar, çox aşağı standartlarla idarə olunur. Yəni orta statistik bir internet istifadəçisi hər hansı bir troll profilinin səhifəsinə keçməklə ilk beş saniyədə başa düşür ki , o trolldur. Eyni zamanda, onların istifadə etdiyi profillərin saxta olması bir tərəfə, onların istifadə etdikləri arqumentlər, yazdıqları şərhlərin hamısı hökumətyönümlü mediadan köçürülmüş standart şərhlərdir. Eyni şərhi bəzən yüz posta yazırlar. Hamı başa düşür ki, bu troldur və mövzu ilə əlaqəsi olan şərhlər yazmır, sırf statistika olsun deyə yazır. Təbii ki, bu cəmiyyəti gərginləşdirir. İnsanlar başa düşür ki, biz hansısa ciddi bir məsələni müzakirə etdiyimiz halda yüz şərh yazılır. Bu birmənalı şəkildə hökumət tərəfindən təşkil olunub. Hökumətə qarşı qıcıq, aqresiya, qəzəb yaradır. Eyni zamanda hökuməti gülüş obyektinə çevirir. Amma hökumət nə qədər çalışsa da, son illər, yəni, kifayət qədər çox vəsait xərclənsə də, kifayət qədər səy göstərilsə də, cəmiyyətdə çox az sayda fikir öndərləri var ki, onların yazdıqları bir məsələ sosial şəbəkələrdə bütün cəmiyyətin ictimai rəyini çox rahatca dəyişir. Yəni, hökumətin nəzarətində hər biri 50-60 nəfərdən ibarət olan yüzlərlə saytlar, televiziyalar və s. onların hamısı məlumatı eyni bir şəkildə təqdim edir. O 15-20 nəfər başqa bir şəkildə təqdim etsə cəmiyyət onlara inanır. Çünki onlar müstəqildirlər. İxtimai firki hökumət yox, onlar formalaşdırır.

– Azərbaycanda ictimai fikrə, demokratik proseslərə təsir baxımdan sosial şəbəkələrdəki fəaliyyəti necə qiymətləndirərdiniz? İctimai-siyasi təşkilatların, hökumət qurumlarının və vətəndaş cəmiyyətinin sosial şəbəkələrdəki fəaliyyətini necə xarakterizə edərdiniz?

– Son illər ümumiyyətlə müxalif çevrəyə və vətəndaş cəmiyyətinə olan basqılar onunla nəticələnib ki, onlar öz fikirlərini ifadə etməyə başqa platforma tapmayıblar. Gəliblər, sosial şəbəkələrdə öz fəaliyyətlərini davam etdiriblər. Bu əslində müstəqil kəsimə, eyni zamanda demokratik düşərgəyə əlavə bir alət verib ki, orada onların hökumət üzərində açıq-aydın üstünlüyü görünür. Məsələn, elə sizin radionun, müxtəlif müstəqil radioların, müstəqil şəxslərin, blogerlərin səhifələrində çoxsaylı troll postları olur. Həmişə dözümlü yanaşılır. Bir çoxları silinmir. Hamı başa düşür ki, burada yazılan şərhlər trollar tərəfindən yazılıb. Amma hökumətyönümlü saytların səhifələrində yazılanda, hətta Mehmana dəstək aksiyası ilə bağlı ölkə başçısının səhifəsində “Mehmanı Azad edin!” tələbi ilə bir kampaniya başladılmışdı. Cəmi yarım saat sonra bütün şərhlər silindi, həmin şəxslər blok olundu. Bu onu göstərir ki, hökumət sosial şəbəkələrdə birmənalı şəkildə vətəndaşlara, vətəndaş cəmiyyətinə uduzur. Eyni zamanda biz deyə bilərik ki, bir neçə müstəqil televiziya var, həmin televiziyalara youtube, facebook üzərindən baxış sayları dəfələrlə çoxdur, nəinki hökumətin milyonlar xərcləyib ortaya qoyduğu online TV-lər. Bu onu göstərir ki, insanlar hal-hazırda alternativ məlumat almağa acdırlar. Onlar birtərəfli propaqandaların qurbanı olmaq istəmirlər. Müxtəlif tənqidi səsləri eşitmək istəyirlər. Bu səsləri təqdim edən sosial şəbəkələr də birmənalı şəkildə həmin şəxslərin yanında dayanır.

amerikaninsesi.org

Əvvəlki yazı

Rüfət Aslanlı türk iş adamına necə kələk gəlib – həbs təhlükəsi

Sonrakı yazı

Azərbaycanda dağılan ailələrin sayı artacaq – Səbəb

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.