Tovuzda azyaşlı oğlan uşağına seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Tağıyev Qəmbər Şahin oğluna hökm oxunub.
Reportyor.info xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Qəmbər Tağıyev 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Məlumat üçün deyək ki, ötən il Tovuz rayonunda azyaşlı uşaq seksual xarakterli zorakılığa məruz qalıb. Hadisəni törədən rayon sakini 36 yaşlı Tağıyev Qəmbər Şahin oğlu olub. Hadisədən sonra o, saxlanılıb. Qəmbər Tağıyevə Cinayət Məcəlləsinin 150.3.3 –cü maddəsi (Seksual xarakterli zorakılıq hərəkətləri – on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.