11-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

AZAL şefinin təyyarəsi “Abel zolağına” enir? – Adı dəyişdirilən bank müəmması

26 Noyabr 2018, 15:05
Cəmiyyət
A A
AZAL şefinin təyyarəsi “Abel zolağına” enir? – Adı dəyişdirilən bank müəmması

Ötən günlərin xəbərləri içərisində çoxlarının diqqətini cəlb etməyən, ilk baxışdan sıradan bir informasiya təsiri bağışlayan məlumat ölkədəki banklardan birinin adını dəyişdirməsi oldu. Söhbət “Bank Silk Way”-ın adının dəyişdirilərək “Premium Bank” ASC kimi yola davam etməsindən gedir.

Reportyor.info: Sfera.az
 xatırladır ki, sözügedən bank artıq ikinci dəfədir ki, adını dəyişir. Belə ki, bank fəaliyyətinə 1994-cü ildən “Azal Səhmdar Kommersiya Bankı” adı altında başlayıb. 2008-ci ildən onun hüquqi varisi olaraq “Bank Silk Way” ASC adı altında fəaliyyət göstərib, axırıncı dəyişiklikdən sonra isə “Premium Bank” adlandırıldı.

Sual oluna bilər ki, çoxlarının diqqət belə etmədiyi bu məqama xüsusi maraq göstərməyimizin səbəbi nədir?

Sfera.az olaraq əslində məsələnin sadəcə ad dəyişdirməklə kifayətlənmədiyi qənaətindəyik və bunun üçün müəyyən əsaslar da yox deyil. Son illərin təcrübəsi və yazılmamış qaydaları düşünməyə vadar edir ki, bankın və ya hansısa müəssisənin adının dəyişdirilməsi əslində onun faktiki sahibinin dəyişdirilməsi anlamına gəlir. Təbii ki, adddəyişmənin həmişə əldəyişmə anlamına gəldiyini də iddia etmirik. Heç “Bank Silk Way” ASC-nin bundan sonra “Premium Bank” adlandırılmasında da hansısa gizli məqamlar və ya müəmma da axtarmazdıq… Əgər bu addəyişmə olayına qədər ortada bəzi suallar və problemlər olmasaydı. İndi isə sözügedən bankın adının dəyişdirilməsinə qədər olan müəyyən ştrixlərə nəzər salmağa çalışaq.

Ondan başlayaq ki, sözügedən bank AZAL rəhbəri Cahangir Əsgərovun ailə şirkəti hesab olunan “Silk Way Holding” MMC-nin tərkib hissəsidir. Bu həmin “Silk Way Holding” MMC-dir ki, ona uzun illər Cahangir Əsgərova yaxın qohumluğu çatan Zaur Axundov rəhbərlik edib. Zaur Axundov holdinqdən yalnız bu yaxınlarda uzaqlaşdırılıb. Buna səbəb kimi isə holdinqin fəaliyyəti üçün Beynəlxalq bankdan götürülmüş kreditlərin qaytarılmasında çox ciddi problemlərin yaşanması göstərilir. Belə ki, “Silk Way Holding” qurulduqdan sonra Beynəlxalq Bankdan 400 milyon dollar kredit götürülüb. Ancaq kredit bu günə qədər qaytarılmayıb. Ehtimal olunur ki, Beynəlxalq Bankdan verilən digər iri həcmli kreditlərdə olduğu kimi, burda da ortada girov olmadığından, şirkət kreditləri qaytarmağa maraq göstərməyib. Beynəlxalq Bank ətrafında yaşanan məlum olaylardan sonra isə çoxları kimi “Silk Way Holding”in də fəaliyyəti təftiş edilib və görünən odur ki, indi holdinq heç də arzuolunan dövrünü yaşamır.

Təkcə karqo daşınmalardan – xarici ticari əməliyyatlardan Əsgərovun holdinqinin qazancı 100 milyonlarla ölçülsə də AZAL şefi pulları geri qaytarmayıb. Rəsmi statistikaya əsasən, hava nəqliyyatında daşımalardan 2016-cı ildə 2 milyardan artıq, 2017-ci ildə isə 2 milyard 200 milyon manatdan artıq gəlir götürülüb. Bu vəsaitlərin əhəmiyyətli hissəsi isə məhz «Silk Way Holdinq»in büdcəsinə yönəldilib. Holdinqin tərkibindəki digər şirkətlərin də gəliri 10 milyonlarla ölçülür…
Əslində AZAL-ın bu qədər gəlir gətirməsi təsadüfi deyil. Ölkədə təyyarə biletlərinin nə qədər baha olduğunu hamımız bilirik. Hətta bu məsələyə Prezident İlham Əliyev də münasibət bildirib və qiymətlərin həddən artıq yüksək olduğunu vurğulayıb.
Prezident bildirib ki, AZAL dövlət tərəfindən böyük subsidiyalar alır:

“Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Ona görə, mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır”.

Onu da bildirək ki, “Silk Way Holding” barədə aparılan araşdırma da ortaya maraqlı faktlar qoyub. Məlum olub ki, əsas ofisi beynəlxalq hava limanında yerləşən bu şirkət 14 iyul 2006-cı ildə yaradılıb. “SW Holding”in tərkibinə əsasən aviasiya sahəsində fəaliyyət göstərən 23 şirkət daxildir. Müəssisələrdə 3000 nəfərə yaxın adam çalışır. Holdinqə daxil olan şirkətlərin siyahısı isə C.Əsgərovun biznes imperiyasının nə qədər böyük olduğundan xəbər verir. Təsəvvür edin ki, ona məxsus tək bir şirkətə – “SW Holding”ə aşağıdakı böyük müəssisələr daxildir:

Airport Gate
Airport Hotel
Azal Sığorta
Baku Cargo Terminal (BCT)
Duty Free
Euroasian Cargo
Ground Handling Company (GHC)
Silk Way Airlines
Silk Way Bank
Silk Way Business Aviation
Silk Way Construction
Silk Way Helicopter Services (SWHS)
Silk Way Technics (SWT)
Silk Way Information Technologies (SWIT)
SW Catering & Supply
Sky Catering
SW Travel

Turan Air
Bu şirkətlərin siyahısı onu göstərir ki, hava limanında bütün ticarət müəssisələri, orada fəaliyyət göstərən dövlət qurumlarından başqa pul gətirən bütün sahələr yalnız və yalnız Ə.Əsgərovun nəzarətindədir.
İndi isə qayıdaq, “Bank Silk Way”-ın adının dəyişdirilərək “Premium Bank” ASC-yə çevrilməsinə və bu olayda ehtimal olunan qaranlıq məqamlara. Yuxarıda da qeyd etdiyimiz kimi, Cahangir Əsgərovun biznes imperiyasına daxil olan holdinq artıq etimadını itirib. Həmin holdinqə daxil olan bankın gözlənilmədən və xüsusi ehtiyac duyulmadan adının dəyişdirilməsi isə ondan xəbər verir ki, hər şey heç də rəsmi təqdimatdakı kimi deyil. Çox böyük ehtimalla artlıq yeni adla fəaliyyətini davam etdirən “Bank Silk Way” təkcə adını yox, həm də real sahibini dəyişib.
Bütün bu baş verənlər isə AZAL şefinin bu günlərdə böyük qalmaqalla vəzifəsindən uzaqlaşdırılan BDU-nun sabiq rektoru Abel Məhərrəmovun aqibətini yaşaya biləcəyi ehtimalı da gücləndirir.
Xatırladaq ki, Azərbaycan Hava Yolları QSC-nin prezidenti Cahangir Əsgərovun adı bu günə qədər kifayət qədər ilginc və qəbuledilməz olaylarda hallanıb. Bu siyahıda şəxsi zooparkında vəhşi heyvanlar saxlatmasından tutmuş dəbdəbəli ziyafətlərdəki anormal davranışlarına qədər bir çox nüanslar yer alır. Məsələn, C.Əsgərov bir müddət öncə rəhbərlik etdiyi qurumun 80 illik yubileyində çəkilən fotosu ilə gündəmə gəlmişdi. Tədbirdə əcnəbi xanım müğənnilərdən biri ilə tvist rəqsi edən Cahangir Əsgərov onu çəkən şəxsə orta barmağını göstərib.
Bildirək ki, yubiley tədbirində Azərbaycan və dünya estradasının ulduzları çıxış ediblər.
  
Ümumiyyətlə isə AZAL şefinin mütəmadi olaraq təntənəli içki məclisləri təşkil etdiyi və bu ziyafətlərdə ilginc olaylar yaşanması haqda ölkə mətbuatında kifayət qədər yazılıb.
Onun şəxsi ailə biznesinə daxil olan holdinq ətrafında yaşananlar isə ictimai rəydə qıcıq doğuran C.Əsgərovun “vurulma” prosesinə hazırlıq getdiyini düşünmək üçün əsaslar yaradır.

Orxan
Sfera.az

Əvvəlki yazı

DİN polisin əməliyyat zamanı baltalanması barədə yayılan məlumatlara aydınlıq gətirib

Sonrakı yazı

Prezident İlham Əliyev ABŞ-ın tanınmış din xadimlərini qəbul edib- YENİLƏNİB

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.