Ukrayna ordusu ötən gün Kiyev və Çerniqov vilayətlərində bir sıra yaşayış məntəqələrini Rusiya işğalçılarından azad edib.
Reportyor.info xəbər verir ki, Çerniqov vilayətinin Novaya Basan kəndinin bir aydan artıqdır rus işğalı altında yaşamağa məcbur olan sakinləri evlərindən küçəyə çıxaraq Ukrayna ordusunun kəndə daxil olan hərbçilərini sevinclə qarşılayıblar. Bu barədə kadrlar sosial şəbəkələrdə yayılıb. Kənd sakinlərindən biri əllərində alma küçəyə qaçır, sevincdən ağlayır və əsgərlərə alma verməyə çalışır. “Sizi necə də gözləyirdik”,-qadın göz yaşları içində deyir. Kadrlara əsasən kənddə yaşlılardan ibarət olmaqla azsaylı sakin qalıb.