14-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Az Granata”nın brend oğurluğu? – Foto

15 İyun 2020, 11:35
Banner
A A
“Az Granata”nın brend oğurluğu? – Foto

Azərbaycanın ən uğurlu şikətlərindən biri olan, 30 illik tarixə malik “Naigin K Tovuz Baltiya” şirkəti rəqib kompaniyanın “brend oğurluğu”na məruz qalıb. İnterpress.az xəbər verir ki, “Az Granata” MMC şirkəti “Naigin K Tovuz Baltiya”-ya məxsus “Tovuz” konyak brendini öz loqosu ilə satışa çıxarıb.

Məlumata görə, Azərbaycanın, o cümlədən, bir sıra başqa ölkələrin spirtli və alkoqolsuz içki bazarında müəyyən mövqeləri olan “Az Granata” MMC-nin partnyor şirkət olan “Naigin K Tovuz Baltiya”-ya məxsus “Tovuz” konyak brendini öz məhsulu kimi Ukrayna və daxili bazarda satışa çıxarmasına dair informasiya alıcılar tərəfindən sosial şəbəkələrdə geniş yayımlanıb.

Dərc olunan fotoşəkillərdən də aydın görünür ki, məşhur brend alıcılara məhz “Az Granata”nın məhsulu kimi təqdim olunur. Olaya kəskin reaksiya verən “Naigin K Tovuz Baltiya” şirkətinin təmsilçisi “brend oğurluğu”na əl atan “Az Granata”nın bu saxtakarlığa görə qanun qarısında cavab verəcəyini bəyan edib:

“Hörmətli “Tovuz-Baltiya” məhsullarının keyfiyyətinə güvənən, inanan alıcılarımız. Partnyorlarmız, baxın, görün! Öz məhsullarının keyfiyyətinə güvənə bilməyən şirkətlərdən biri, konkret olaraq, “Az Granata” bizə məxsus olan “Tovuz” brendini saxtalaşdıraraq, o ad altinda keyfiyyətsiz məhsullarını bazara çıxarıblar.

Həmin saxta məhsulların üzərindəki loqo və yazıların heç biri bizim şirkətə aid deyil! Biz bu saxtakarlıqla bağlı aidiyyatı qurumlara məlumat verəcəyik. Hər kəs bilsin ki, “Tovuz-Baltiya” öz keyfiyyətini çoxdan təsdiq edib!
Bu saxtakarlığa əl atanlar qanun qarşısında cavab verəcəklər!”

Hadisə ilə əlaqədar İnterpress.az-a açıqlama verən “Naigin K Tovuz Baltiya” Şirkətlər Qrupunun təsisçisi və Baş direktoru Naiq Məmmədhəsənov “Az Granata”nın “Tovuz” brendini saxtalaşdırmasını “böyük rəzalət” adlandırıb

“Tovuz Vino” şirkətinin səhmlərinin 50 faizi mənə, yəni “Tovuz” brendinin istesalçısına, digər 50 faizi isə Elimxan Mahmudova məxsusdur. Hər kəs bilməlidir ki, məhsul harada istehsal olunursa, onun yeri və mənşəyi haqda bütün məlumatlar məhsulun üzərində qeyd olunmalıdır.

Yəni hansısa şəhərdə istehsal olunan məhsul başqa bir şəhərin məhsulu kimi göstərilmir. Sadə dillə desək, Fransada yerləşən Konyak şəhəri də Tovuz və ya Ağsu kimi şəhərdir. Ona görə də məhsulun üzərində istehsal edildiyi şəhərin adı yazılmalıdır.

Konyak da Tovuz kimi bir əyalətdir. Eyni zamanda, Armanyak da, Kalvados da Ağsu kimi bir rayondur. O baxımdan, Konyakda istehsal olunan hər hansı brend məhsul Armanyakda da istehsal edilə bilməz.

Eynilə də, Armanyakda buraxılan məhsulun Konyakda istehsalı mümkün deyil. Yəni hər bir regionun mənşə sertifikatına görə məhsul buraxılır. Hansısa regionun adından sui-istifadə edərək, məhsul buraxmaq həmin şirkətin imicinə böyük zərbədir.

Özünə hörmət edən şirkət heç vaxt başqa bir brendi öz məhsulu kimi istehsal edib bazara çıxarmaz. Çünki Ağsu ənənəvi üzümçülük bölgəsi kimi tanınıb. Bu gün Ağsunun qədim üzümçülük ənənəsinə malik olan “Tovuz”un 30 ilə yaxın müddətdə reklam olunan adından istifadəsi açıq-aşkar spekulyasiya və alverçilik cəhdidir.

Dünyanın heç bir yerində bu kimi cəhdlər qəbul edilmir. Azərbaycanın Nazirlər Kabinetinin regionların spesifik məhsul istehsalı ilə bağlı qərarı var. Bu barədə “Four Seasons” otelində Standartlaşma Komitəsi ilə Fransalı iş adamlarının iştirakı ilə geniş tədbir də keçirildi.

Orada da qeyd olundu ki, hər bir regiona xas məhsulların məhz o bölgələrdə istehsal edilməsi məqsədəuyğundur. O baxımdan, konkret bir şirkətin hansısa brendin patentləşdirilməsindən asılı olmayaraq, bu və ya digər regionun məhsulunu öz adından istehsal etməsi yumşaq desək, yaxşı qarşılanmır.

Ona görə də, vaxtilə Nazirlər Kabinetində, Kənd Təsərrüfatı, İqtisadiyyat və Vergilər nazirliklərində müvafiq iclaslar keçirildi. Bu məsələyə dair mənim göndərdiyim xüsusi məktub da var. Təsəvvür edin ki, bizim “Tovuz” brendinə xas eyni butılka, eyni loqo, eyni qrafika və dizaynda, sadəcə, bizim loqonun əvəzinə öz loqolarını yerləşdirməklə, guya “məhsul” istehsal ediblər. Bu qədər zavodu, məhsulu, brendi, özünə görə ad-sanı olan bir şirkət belə bir oğurluğa əl atırsa, ona sadəcə, “Ayıb olsun!” demək qalır.

Biz əlbəttə ki, həmin əməllərinə görə onları məhkəməyə verəcəyik. Əgər Elimxanın o şirkətə belə yazığı gəlirdisə, əslində, “Tovuz Vino”ya daha çox mənim canım yanmalıydı, lazım olan işləri mən etməliydim, şirkətə kəsilən cərimənin 500 faizi mənə yönəldilməliydi.

Elimxanın bu barədə dediklərinin hamısı yalan söhbətlərdir. Yenə deyirəm, “Tovuz Vino”nun səhmlərinin 50 faizi mənə, 50 faizi də Elimxana məxsusdur. Bu barədə nəsə deməyə onun ixtiyarı yoxdur. Bir daha bildirirəm ki, onları məhkəməyə verəcəyik və brendimizi saxtalaşdırdıqları üçün təzminat ödəmələrinə nail olacağıq.

Onların bu əməli həqiqətən də, rəzalətdən başqa bir şey deyil. Brenddən istifadə zamanı heç olmasa, dizaynı müəyyən qədər dəyişdirməyə də ehtiyac görməyiblər. Yaxşı, mən də durub o şirkətin məhsulları olan “Xürrəmilər” və ya “Ağsu” arağı istehsal etsəm, buna nə münasibət olar?

Bununla özümü gülüh hədəfinə çevirmiş olaram, hər kəs mənə gülər… İnanın ki, belə bir iş tutsam, intihar edərəm. Mənim özümə görə adım, nüfuzum var. Pula görə özlərini biabır edənlərə ayıb olsun! Belə bacarıqlısınızsa, gedin, başqa ölkələrin bazarlarına çıxın. Niyə bizim brendin kölgəsinə sığınırsan? Görün, bu cür adamlar o şirkətin adını necə biabır edirlər. Çox ayıb olsun!”

Əvvəlki yazı

Eldar Əzizovun 500 manatlıq zibil maxinasiyası…

Sonrakı yazı

Deputat oğlunun İngiltərədəki şirkəti – Foto/Fakt

Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

12 Avqust 2025, 15:31
Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

12 Avqust 2025, 14:56
Saleh Məmmədov idarə rəisini işdən çıxardı

Saleh Məmmədov idarə rəisini işdən çıxardı

12 Avqust 2025, 14:15
Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

12 Avqust 2025, 14:03
Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

12 Avqust 2025, 14:01
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

12 Avqust 2025, 13:55
“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

12 Avqust 2025, 13:41
Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

12 Avqust 2025, 13:39

12 Avqust 2025, 13:38
“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

12 Avqust 2025, 13:36
Prezidentdən Hicran Hüseynova ilə bağlı – Sərəncam

Prezidentdən Hicran Hüseynova ilə bağlı – Sərəncam

12 Avqust 2025, 13:35
Azercell-in “İnfocell” xidməti müştərilərini “qarət edir”?!

Azercell-in “İnfocell” xidməti müştərilərini “qarət edir”?!

11 Avqust 2025, 14:27
Ağsuda 34 yaşlı kişini qətlə yetirib, meyitini doğrayaranlar həbs edildi

Ağsuda 34 yaşlı kişini qətlə yetirib, meyitini doğrayaranlar həbs edildi

11 Avqust 2025, 14:11
Vladimir Feketeyə “Dostluq” ordeni verildi

Vladimir Feketeyə “Dostluq” ordeni verildi

11 Avqust 2025, 13:55
Dövlət başçısından daha bir SƏRƏNCAM

Dövlət başçısından daha bir SƏRƏNCAM

11 Avqust 2025, 13:52
Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

11 Avqust 2025, 11:30
TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır

TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır

11 Avqust 2025, 11:25
Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar

Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar

11 Avqust 2025, 11:22
34 yaşlı kişi qətlə yetirilib, meyiti doğranaraq Ağsuda dağlıq əraziyə atılıb

34 yaşlı kişi qətlə yetirilib, meyiti doğranaraq Ağsuda dağlıq əraziyə atılıb

11 Avqust 2025, 11:15
8 Noyabrdan 8 Avqusta… – Rəşad Məcid yazır

8 Noyabrdan 8 Avqusta… – Rəşad Məcid yazır

11 Avqust 2025, 11:01

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.