20-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Azərişıq”dan 10 manatlıq şirkətə 5 milyonluq tender hədiyyəsi – Müəmma/Foto

18 Mart 2021, 16:33
Araşdırma, Banner
A A
“Azərişıq”dan 10 manatlıq şirkətə 5 milyonluq tender hədiyyəsi – Müəmma/Foto

“Azərişıq ASC” növbəti tender lahiyələrini başa vurub. Reportyor.info-nun verdiyi xəbərə görə, dövlət satınalmalarının vahid reysterində yer almış 18.03.2021-ci il tarixli məlumata əsasən sözügedən qurum tərəfindən elan edilmiş mal və xidmətlərə dair 2 satınalma üzrə nizamnamə kapitalı 10 manat olan “EVEREST TİKİNTİ MMC” şirkəti qalib elan olunub.

1-ci satınalmanın predimetini – “Tərtər rayonu, Suqovuşan yaşayış məntəqəsinin elektrik təchizatı” təşkil edir. Azərişıq ASC bu xidmət üzrə podratçı şirkətə, yəni “EVEREST TİKİNTİ MMC”-ə 4 milyon 567 min 779 manat vəsait ödəyəcək.

2-ci satınalmanı predimetini isə – “Ağdam rayonu, Mərzili kəndi ərazisində yerləşən “Beynəlxalq Sülhməramlıların Monitorinq Mərkəzi”nin elektrik təchizatı” təşkil edir.

“Azərişıq” ASC bu xidmət üzrə podratçı şirkətə, yəni “EVEREST TİKİNTİ MMC”-ə 1milyon 313 min 345 min manat vəsait ödəyəcək. Beləliklə 2019-cu ildə təsis olunmuş və nizamnamə kapitalı 10 manat olan şirkətə ümumilikdə 5 milyon 881 min AZN vəsait ödəniləcək.

Hər iki tender üzrə görüləcək işlərin konkret həcmi, siyahısı və tenderlərdə iştirak etmiş digər şirkətlər haqqında ətraflı məlumat verilməyib. Məlumat üçün nəzərinizə çatdırım ki, “EVEREST TİKİNTİ MMC” şirkəti 11 mart 2019-cu ildə təsis edilib.

Qanuni təmsilçisi Nuşirəvanlı Fərid İbrahim oğlu, hüquqi ünvanı Beyləqan rayonu, Əzizbəyov küçəsi, ev 28-dir. Nizamnamə kapitalı isə qeyd etdiyim kimi 10 AZN təşkil edir. Maraqlıdır ki, qısa müddətdə yaranmasına baxmayaraq milyonluq tenderlərin qalibi olan şirkət, nizamnamə kapitalını indeksasiya etməyib.

Belə ki, 2020-ci ilin yanvar-sentyabr aylarında Şabran Rayon İcra Hakimiyyətinin ümumi məbləği 915 min 477 manat olan 4 tenderi məhz Everest şirkəti qazanıb.

Ümumilikdə ötən ilin aprel ayından etibarən şirkət Qusar, Şabran və Siyəzən bölgələrində yolların təmiri daxil olmaqla ümumi dəyəri 3 milyon 435,6 min manat dəyərində mal və işlərin satın alınması üzrə 11 tenderin qalibi olub.

Heç şübhəsiz 10 manat kapitalla şirkətin qısa müddətdə yüksək dəyərə malik tenderlərin qalibi olmasında şəffaflıq ola bilməz. Məhz nizamnamə kapitalı iqtisadi subyektlərin maliyyə vəziyyətləri barədə təsəvvür yaratmağa imkan verən ən vacib göstəricilərdən biri olduğundan tərəddüdsüz demək mümkündür ki, “EVEREST TİKİNTİ MMC” şirkətinin göstərilən tender lahiyələrinin qalibi olması faktları qüvvədə olan qanunvericiliyə uyğun olmayıb.

Belə ki, “Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının qanunu”nun 6.2.1-ci maddəsinə əsasən “satınalma prosedurlarında iştirak etmək üçün podratçı şirkətlərin müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması” şərt olaraq müəyyənləşib.

Əlbəttə ki, 10 manat civarında nizamnamə kapitalına malik olan şirkətin məsuliyyəti elə 10 manata bərabərdir. Nəticə olaraq lori dildə və müqayisəli şəkildə desək Azərbaycanda 5 qramlıq palçıq qurdu ilə 4-5 tonluq balıq tutmaq mümkündür. Yetər ki, şansın və adamın olsun…

Onu da xüsusi olaraq nəzərinizə çatdırım ki, “dağılan” Almaniyada “Məhdud Məsuliyyətli Cəmiyyətin” minimum nizamnamə kapitalı 25000 Avro həcmində nəzərdə tutulub. Yəni 10 avrosu olan, şirkət təsis edə bilməz.

İctimai vəkil Samir Zeynalov

Əvvəlki yazı

Başçı oğlunu öldürən ömürlük məhkum Əfv edildi

Sonrakı yazı

AXCP-nin 4 üzvü azadlığa buraxıldı

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

19 Avqust 2025, 11:44
Pezeşkian Göy məsciddə namaz qıldı

Pezeşkian Göy məsciddə namaz qıldı

19 Avqust 2025, 11:43
Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

19 Avqust 2025, 11:41
“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

19 Avqust 2025, 11:39
Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

19 Avqust 2025, 11:37
Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

19 Avqust 2025, 11:35
Paşinyan Pezeşkianla görüşdü

Paşinyan Pezeşkianla görüşdü

19 Avqust 2025, 11:33
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

19 Avqust 2025, 11:32
Evində yıxılıb öldü

Evində yıxılıb öldü

19 Avqust 2025, 11:30
Paşinyanla Pezeşkianın görüşü başladı – Video

Paşinyanla Pezeşkianın görüşü başladı – Video

19 Avqust 2025, 11:27
“Rahat market”də müştərinin aldadılması halı aşkarlandı

“Rahat market”də müştərinin aldadılması halı aşkarlandı

18 Avqust 2025, 14:46
“Turan Tovuz” La Liqada çıxış edən futbolçunu transfer edib

“Turan Tovuz” La Liqada çıxış edən futbolçunu transfer edib

18 Avqust 2025, 14:43
Aysun anasının həbs olunduğu gün məclisdə BELƏ GÖRÜNTÜLƏNDİ — VİDEO

Aysun anasının həbs olunduğu gün məclisdə BELƏ GÖRÜNTÜLƏNDİ — VİDEO

18 Avqust 2025, 11:56
Xarkovda matəm elan olunub

Xarkovda matəm elan olunub

18 Avqust 2025, 11:26
Rəqsanə apellyasiya şikayəti verdi

Rəqsanə apellyasiya şikayəti verdi

18 Avqust 2025, 11:20
Rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edildi

Rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edildi

18 Avqust 2025, 11:03
Odessa Vilayət Dövlət Administrasiyasının sədri SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olduğunu təsdiqlədi

Odessa Vilayət Dövlət Administrasiyasının sədri SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olduğunu təsdiqlədi

18 Avqust 2025, 11:02
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı – VİDEO

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı – VİDEO

18 Avqust 2025, 10:59
Ötən il Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı açıqlanıb

Ötən il Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı açıqlanıb

18 Avqust 2025, 10:57
Avqustda 4 bürcə sərvət axacaq

Avqustda 4 bürcə sərvət axacaq

18 Avqust 2025, 10:55

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.