28-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Azərişıq”da mütəşəkkil dəstə: Vüqar Əhmədov kimlərlə işləyir? – Siyahı, sensasion müraciət…

01 Fevral 2022, 17:11
Manşet
A A
“Azərişıq”da mütəşəkkil dəstə: Vüqar Əhmədov kimlərlə işləyir? – Siyahı, sensasion müraciət…

 

 

Azərbaycan vətəndaşı Mustafayev Zaur Baba oğlu Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban Əliyevaya və Baş Nazir Əli Əsədova müraciət edib. Reportyor.info-nun elektron poçtuna göndərilən müraciətdə deyilir ki, 2007-ci ildə Ağır Cinayətlər üzrə Məhkəməsində keçmiş İqtisadi İnkişaf Nazirliyində sektor müdiri işləyərkən yol verdiyi qanunsuzluqlara görə AR CM-nin 308.2 (dövlət satınalmalarını qanunsuz keçirmə), 311.3.1 (mütəşəkkil dəstə ilə rüşvətalma), 311.3.2 (təkrar rüşvətalma), 311.3.3-cü (külli miqdrada rüşvətalma) maddələrilə təsirləndirilən Sakit Baxışov hazırda “Azərişıq” ASC-nin İşlər İdarəsinin rəisidir.
Müraciətdə bildirilir ki, S.Baxışov AR Qanunlarına, ƏM-nin tələblərinə, Cənab Prezidentin göstəriş və tövsiyələrinə məhəl qoymur: “Bu şəxsin “sayəsində” “Azərişıq” ASC-də haqsızlıq, sosial-ədalətsizlik hökm sürür. Ali təhsilə baxan yoxdur. Ştatları orta təhsillilər, pensiyanerlər zəbt edib, yüksək maaş alırlar. “Fəaliyyəti” və ya fəaliyyətsizliyi ilə böyük narazılıqlar yaradan S.Baxışov görünür ki, yaxın keçmişindən “dərs” almayıb.
AR CM-nin 179.3.1, (mütəşəkkil dəstə ilə mənimsəmə), 179.3.2 (külli miqdrada mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təsirli bilinən İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakı Nazirliyinin departamentinin sabiq direktoru – Çingiz İbadov “Azərişıq” ASC-də idarə rəisinin müavinidir. İbadov Barmek AEŞ MMC-nin fəaliyyəti dövründə da cinayət məsuliyyətinə cəlb edilib. Mahir Novruzov da eynilə.
Hərbi Prokurorluqda idarə rəisi kimi həmin strukturun işə rəhbərliyi zəruri tələblər səviyyəsində təşkil edə bilmədiyinə, xidməti və icra intizamının pozuntusu hallarına yol verdiyinə, aşkar qanunsuzluqlar və nöqsanların aradan qaldırılması üçün tədbirlər görmədiyinə görə, Baş Prokurorluğun əmrilə vəzifədən azad edilən Xalid Təhməzov hazırda ASC sədrinin müşaviridir.
Mütəşəkkil dəstə ilə külli miqdarda rüşvətalma, vəzifə saxtakarlığı etmək mənim aləmimdə Dövlət Başçımıza xəyanət etməkdir. Bu şəxslər (Sakit Baxışov, Xalid Təhməzov, Çingiz İbadov, Mahir Novruzov və s.) “Azərişıq” ASC-də rəhbər vəzifələrdə təmsil olunmalarına sədr Vüqar Əhmədov niyə “göz yumur” ?
Mən ali təhsilli iqtisadçıyam. “AzərEnerji” ASC dövründə (2006-2015) ixtisasıma uyğun aparıcı iqtisadçı işləmişəm. “Azərişıq” ASC gələndən ştatda iqtisadçı vəzifəsi olmadığından gələcəkdə ixtisasıma uyğun işlə təmin ediləməyim şərtilə aşağı maaşla nəzarətçi-mühəndis vəzifəsinə keçirildim. Uzun müddətdir ki, səhhətimdə yaranan problemlərlə bağlı müalicə alıram. Səhhətim nəzarətçi-mühəndis işləməyə yol vermir. Ailəliyəm, 2 övladım var. Xərçəng xəstəsi olan anam da mənim himayəmdədir.
Ali təhsilli iqtisadçı olmağıma baxmayaraq orta təhsillilər (Süleymanlı Sevda, Ziyadova Sədaqət) “Şimal” regionunun mühasibatlığında mühasib vəzifəsində oturub, məndən 2 dəfə çox maaş (900-1000 AZN) alırlar. S.Baxışov da mənə deyir ki, “ştatda yer yoxdur”. Lakin “Azərişıq” ASC-nin, “Şimal” RETSİ-də Sənan Abdullayev, Şahnəzər Ağayev kimi dövlətdən havayı maaş alan “ölü canlar”ı da görməzdən gəlir. Bu şəxslərə himayədarlıq edilir. Sənədlə, formal işə qəbul edilən, davamiyyət kitabinda adı belə olmayan-S.Abdullayevi “görən”, “tanıyan” yoxdur. Bildiyimə görə S.Abdullayein qardaşı-Xəqani hazırda İqtisadiyyat nazirliyində işləyir. Ondan fərqli olaraq davamiyyət kitabında Ş.Ağayevin adı var, imzası yoxdur.(surətlərini təqdim edə bilərəm) Məlumatıma görə bu S.Abdullayev xaricdə olduğu vaxtlarda ona iş günləri yazılıb. İdarədə onu taniyan, yoxdur. Hamıya qiyabi olaraq V. Əhmədovun qohumu kimi tanıdılıb.
73 yaşlı Əyyar Qasımov “Şimal” RETSİ-də xidmətlər şöbəsinin rəisidir. Pensiyaner Həvva Tahirova Azərişıq ASC-nin kadrlar idarəsində rəis müavini, qızı-Leyla isə protokol şöbəsinin rəisidir. Ana-bala hər ikisi rəhbər vəzifəni tutublar. Qızı-Leyla xanımı bildik ! Bəs pensiyaner anası Həvva xanımın orada nə işi var ? Bütövlükdə Azərişıq ASC bu gündədir. Azərişıqan fərqli olaraq bütün dövlət idarələri Cənab Prezidentin göstərişlərindən nəticə çıxararaq pensiyanerləri yola salıb yerlərinə cavan kadrlar təyin edir.
Pensiyanerlərin əlindən Azərişıq ASC “qocalar evi”ni xatırladır. Cavan kadrlar işsiz qalır, pensiaynerlər işləyir?! Cavan kadr tapılmır ? S. Baxışov hara baxır ? S.Baxışov “vətəndaşların müraciətləri haqqında” AR Prezidentinin imzaladığı Qanuna da əməl etmir. Sakit Baxışov “cənabları” Cənab Prezidentimizin göstərişlərindən, çıxışlarından ya xəbərsizdir ya da onlara əməl etməmək xülyasına düşüb !?
Vüqar Əhmədova etdiyim müraciətlər baxılması üçün S.Baxışova göndərilsə də Sakit Baxışov onları cavablandırılmır. Görünür S.Baxışov “cənabları” Ali Baş Komandanımızın tövsiyə etdiyi yoldan saparaq keçmiş İqtisadi İnkişaf Nazirliyində tutduğu “yola” “sadiq” qalmaq istəyir. Yaxın keçmişdə etdiyi özbaşınalıqları indi də “Azərişıq” ASC-də yeridir.
Xəstə olduğum müddətdə idarə mənimlə maraqlanmaq əvəzinə müalicə edən həkimlərimə təzyiq göstərib, xəstəlik vərəqələrimi araşdırlar. Xəstəlik vərəqələrimi imzalamaqdan imtina edib pullarını ödəmirlər. Hüquqlarımı pozurlar.
İdarə xəstəlik vərəqələrimi araşdırmaqdansa Dövlət əmlakının mənimsənməsi, mütəşəkkil dəstə ilə külli miqdrada rüşvətalma, vəzifə saxtakarlığı, dövlət satınalmalarını qanunsuz keçirmə maddələri təqsirli bilinən İqtisadi İnkişaf cinayətkar keçmişi ilə maraqlansınlar. Mütəşəkkil dəstə ilə külli miqdarda rüşvətalma, vəzifə saxtakarlığında təqsirləndirilmək zənnimcə Dövlət Başçımıza və Dövlətə xəyanətdir. Belələrinin heç bir dövlət idarəsində rəhbər vəzifədə işləməsi yolverilməzdir. Onların yerinə Cənab Prezidentimizin vurğuladığı kimi: “sağlam kadrlar təyin edilməlidir !”.
Cənab Vüqar Əhmədov bunları bilə-bilə belələrinə etimad göstərib yüksək vəzifələrə təyin etməklə Cənab Prezidentin ona olan etimadına kölgə salır.
44 günlük Vətən müharibəsini zəfərlə başa vurub, Dövlətimizin, xalqımızın problemlərini həll etməklə yanaşı, xarici ölkələrə və Qarabağa səfərlər edib, saatlarla xarici telekanallara müsahibə verməyə də vaxt tapırsızınız, lakin S. Baxışov işçinin müraciətini cavablandırmaq üçün vaxt tapmır !?
Qəribədir : keçmişi ləkəli olanlar indi “Azərişıq” ASC-də yüksək postlarda vəzifə tapılır. Lakin ixtisasıma uyğun mənə vəzifə “tapılmır” !?
Bunun üçün yoxsa mən də vəzifə saxtakarlığı etmə, dövlət əmlakını talama, rüşvət alma maddələri ilə təqsirləndirilməli idim !?
Keçmiş mütəşəkkil dəstə üzvlərinin kimlərə güvəndiyi mənə maraqlı deyil. Mənim güvəndiyim Göydə ALLAH, Yerdə Prezidentim, Müzəffər Ali Baş Komandanım İlham Əliyev Cənablarının ədaləti və Onun DƏMİR YUMRUĞUDUR !
Külli miqdarda rüşvətalma, vəzifə saxtakarlığı, mütəşəkkil dəstə ilə mənimsəmələrə görə təqsirləndirilənlər “Azərişıq” ASC-də rəhbər vəzifələrdə işləməyə haqqı varmı ?
Xahiş edirəm bu haqda müvafiq araşdırmalar aparılması və lazımi tədbirlər görülməsi ilə yanaşı ixtisasıma uyğun vəzifəyə keçirilməyim üçün məndən Öz köməyinizi əsirgəməyəsiniz”.

İmza: Mustafayev Zaur Baba oğlu

Sumqayıt şəhər,21-ci mk/rn,ev-390

Əvvəlki yazı

Azərbaycanda bu cərimələr 10 dəfə ARTIRILIR

Sonrakı yazı

Kasıb ailənin evinə ayaqqabı ilə girən xanım deputatın dəbdəbəli geyim və aksesuarları – 16 min dollar (FOTOLAR)

Maqsudovdan 400 min tələb edirlər – Həkim bu qədərinə razıdır

Maqsudovdan 400 min tələb edirlər – Həkim bu qədərinə razıdır

28 Avqust 2025, 15:51
Göyüşovun Amerika səfirliyində – Yarım milyonluq yeyintisi…

Göyüşovun Amerika səfirliyində – Yarım milyonluq yeyintisi…

28 Avqust 2025, 15:48
Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb – PAŞİNYAN

Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb – PAŞİNYAN

28 Avqust 2025, 14:49
Ramiz Mehdiyevin olduğu deyilən villaya 1 milyonluq endirim – Yenə alıcı tapılmır…

Ramiz Mehdiyevin olduğu deyilən villaya 1 milyonluq endirim – Yenə alıcı tapılmır…

28 Avqust 2025, 14:40
Muğam müsabiqəsində qalmaqal: “Biz onlara insaflı yanaşdıq” – Mələkxanım Əyyubova

Muğam müsabiqəsində qalmaqal: “Biz onlara insaflı yanaşdıq” – Mələkxanım Əyyubova

28 Avqust 2025, 14:32
“Qarabağ”ın qələbəsi 11 klubumuza sərvət qazandırdı

“Qarabağ”ın qələbəsi 11 klubumuza sərvət qazandırdı

28 Avqust 2025, 14:29
Baş İdarə Bərdədən Xankəndiyə köçürülür – Prezidentdən FƏRMAN

Baş İdarə Bərdədən Xankəndiyə köçürülür – Prezidentdən FƏRMAN

28 Avqust 2025, 14:18
Döyülən uşaqların vəziyyəti – Açıqlandı

Döyülən uşaqların vəziyyəti – Açıqlandı

28 Avqust 2025, 14:15
182 nömrəli məktəblə bağlı iddiaya CAVAB VERİLDİ

182 nömrəli məktəblə bağlı iddiaya CAVAB VERİLDİ

28 Avqust 2025, 14:12
Sabah 39 dərəcə isti olacaq

Sabah 39 dərəcə isti olacaq

28 Avqust 2025, 14:10
“Ayfon”, tozsoran, mebel – kreditlə alınan arzular problemə çevrilir

“Ayfon”, tozsoran, mebel – kreditlə alınan arzular problemə çevrilir

28 Avqust 2025, 14:07
“Rüzgarında dan sökülən, üzü gülən Kəlbəcərim”

“Rüzgarında dan sökülən, üzü gülən Kəlbəcərim”

28 Avqust 2025, 13:57
Paşinyan Rusiyaya gedəcək

Paşinyan Rusiyaya gedəcək

28 Avqust 2025, 13:49
Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.