13-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Azərişıq” şəhid oğluna görə 7 erməni öldürmüş anadan rüşvət istəyir – Rəzalət/Video

04 Sentyabr 2018, 23:42
Cəmiyyət, Seçmə, Manşet
A A
“Azərişıq” şəhid oğluna görə 7 erməni öldürmüş anadan rüşvət istəyir – Rəzalət/Video

Bir neçə il əvvəl almanlar Azərbaycan haqda çəkdikləri filmin adını “Absurdistan” qoymuşdular. Haçansa “odlar yurdu” kimi tanınan ölkəni indi Absurdistan kimi assosasiya edirlər.

Həqiqətən də bu məmləkətdə elə absurd hadisələr yaşanır ki, almanlar təəccüblənməyəydi, neyləyəydi…Axı biz özümüz də analoqsuz absurdların şahidiyik?!

Şəhid ailəsinə, məcburi köçkünə, aztəminatlı ailələrə, iş adamlarına və s. təbəqələrə qarşı elə dözülməz haqsızlıqlar olub ki, zülm ərşə qalxıb.

Və bunu edən məmurlar öz çıxarları naminə  dövlətlə vətəndaş, hakimiyyətlə sahibkar, xalqla onun hökuməti arasında hansı bağları, hansı körpüləri yandırdığının fərqinə varmır.

İş o yerə çatır ki, kiçik bir sosial problemə görə də vətəndaş prezidentə məktub yazmağa məcbur olur. Axı belə olmamalıdır. Dövlət başçısının gündəlik iş qrafiki, səfərləri, xarici siyasətlə bağlı qabaqcadan planlaşdırılmış fəaliyyəti olur.

Hə, bir də bu məsələlərin içində ona yazılan minlərlə məktublardan agah olmaq, hansısa rayonda yerli idarə müdirinin özbaşınalığını,hansısa rəisin qanunsuz hərəkətini araşdırmaq, tapşırıq vermək artıq məmurların prezident üçün yaratdığı süni maneələrdir. Ona görə də bura absurdistan adlanır.

Belə absurdlardan biri isə Bərdədə vaqeə olub. Reportyor.İnfo saytına müraciət edən iş adamı, qardaşı Qarabağ uğrunda şəhid olan Səfər Nəsirov yerli məmurların tamahı ucbatından çıxılmaz vəziyyətlə qarşılaşıb.

1992– ci ildə vətən uğrunda şəhid olan Mürvət Nəsirov o zaman düşünməzdi ki, canını fəda etdiyi torpaqların üstündə onun qardaşına, anasına nəfəs almağa imkan verməyəcəklər.

O, bu amallar üçün döyüşürdü ki, xoşbəxt, firavan, azad və qanunların idarə olunduğu bir dövlət qurulacaq.

Amma Bərdədə şəhidin adını daşıyan “Mürvət petrol” yanacaqdoldurma məntəqəsinin sahibi olan qardaşı Səfər Nəsirov, bu əmlakın rəsmi sənədlərdə sahibi olan qəhrəman anası yerli məmurların ağılasığmaz, aburd tələbləri ilə qarşılaşıb.

Üstəlik, o ana ki oğlunun qanlı köynəyi evinə gətiriləndən sonra onu əyninə geyinib 55 yaşında döyüşə yollanıb, əsl qadın qeyrəti nümayiş etdirib, həmin vaxtlar çox tuman altında gizlənənlərdən fərqli olaraq qanlı, alovlu müharibənin içinə girib, 7 erməni öldürüb: həm oğlunun, həm Azərbaycanın qisasını alıb. Di gəl ki, məmurlar bu ailədən pul tələb edirlər. Niyəsi az sonra…

***

Prezidentə saytımız vasitəsi ilə video müraciət edən S.Nəsirov deyir ki, qardaşının adını daşıyan yanacaqdoldurma məntəqəsində (bundan sonra YDM) 20 nəfər işləyir:

“Bura 20 ailənin dolanışıq yeridir. Biz cənab prezidentin sahibkarlığa verdiyi dəstəyi hər zaman hiss etmişik. Arzu edərik ki, biz sahibkarlar daha çox iş yerləri açaq, ölkədə işsizlik azalsın.

Amma bir ildir ki, mən bu obyektə öz pulumla transformator alıb işıq problemimizi həll edə bilmirəm. Bizim obyektə 800 metr məsafə aralıda olan transformato 600 kilovatdır.

Amma ona əlavə böyük abunəçilər yerləşdirilib və biz işıqdan çox əziyyət çəkirik. Buna görə mən məcburam ki, yeni tranformator qoydurum, elektrik gərginliyi düzgün tənzimlənsin.

Mənə Bakıda texniki şərt verdilər, öz cibimdən transformator almağa hazıram. Ancaq mənə deyirlər ki, 10 işıq dirəyi, 500 məftil al, bu avadanlıqlar üçün 6500 manat qeyri– rəsmi ödəniş elə. Axı niyə ay qardaş?

Mən vəsaitimlə həm transformator alım, həm avadanlıqlar? Belə şey harda görünüb? Mən Mehriban xanıma məktub yazdım, ordan məktub “Azərişıq”da Ziyəddin müəllimə (“Azərişıq” ASC-nin sədr müavini Ziyəddin Quliyev) yönəldildi.

Ziyəddin müəllim də ordan Mingəçevirə göndərdi. Nəhayət, Üzeyir müəllim var, onun qəbulunda oldum.

Dedi ki, 6500 manat versən, bu dəqiqə bütün işlər düzəlir. Bax belə, mən bir sahibkar kimi, bir ildir “zapravka”nın işıq problemini həll edə bilmirəm”–deyə S.Nəsirov video çıxışında bildirib.

İş adamının sözlərinə görə, 10 dirək, beton və 500 məftil alınmasına ehtiyac yoxdur: “Transformator açıq satışda olan aparatdır. Mən onu alıram, şəbəkəyə qoşulur.

O işıq satır, mən də benzin satıram. Burda hər hansı qəribə iş yoxdur, nəyisə kəşf etmək lazım deyil.

Budur baxın, (video çıxış zamanı işıqlarda ani yanıb sönmələr olur) işıqlar necə olur, rayonda işıq problemi yoxdur, sadəcə yaxınlıqdakı tranformator çox gərginliklə yüklənib.

Ona görə hər dəfə belə olanda bizim yanacaqdoldurma məntəqəsinin aparatlarına ziyan vurur.

Bu aparatlar çox bahalıdır, mən bu qədər xərc çəkib onları almışam, burda işçilərə maaş verirəm və vurub aparatı yandırır, zərər edirəm.

S.Nəsirov bildirir ki, hər belə kiçik məsələlərə görə prezidentə yazmaq nə sahibkara, nə “Azərişıq” nümayəndələrinə yaraşar: “Ayıbdır axı, cənab prezident işini atıb bizim tranformator məsələsinə görə göstəriş verməlidir?

“Azərişıq” nümayəndələri bu quruma ona görə təyin ediliblər ki, aidiyyatı problemləri həll etsinlər. Əgər prezident də bir obyektin işıq problemini həll edəcəksə, onda “Azərişıq” niyə saxlanır?Biz şəhid ailəsiyik. Prezidentin anama hörməti var, bəs “Azərişıq” niyə hörmətsizlik edir?”

Video çıxışda “Mürvət petrol”un gerçək sahibi olan şəhid anası da çıxış edir. Yeri gəlmişkən, onun keçdiyi həyat və döyüş yolunun hekayəsi barədə növbəti reportajlarda geniş məlumat verəcəyik.

O, qəhrəman ana olduğunu, vətən üçün döyüşdüyünü xatırladır və bunun əvəzində belə problemlə üzləşməyi utancverici hal kimi qiymətləndirir:

“Mən 55 yaşımda düşmən içinə girmişəm, evimi satıb əsgərlərə yetdirmişəm. İndi iki nəvəm əsgərlikdədir, burda 20 ailə çörək pulu evinə aparır. Bəs budur bizə qoyulan hörmət?”

Şikayətçilər bir daha ölkə rəhbərliyindən və “Azərişıq”dan məsələ ilə bağlı müvafiq göstərişlər verilməsini xahiş edirlər.

REPORTYOR.info

https://www.youtube.com/watch?v=nMWX-sOLPBE&t=3s

 

 

 

 

Əvvəlki yazı

ATƏT-in baş katibi və Ermənistanın XİN başçısı Qarabağ münaqişəsini müzakirə ediblər

Sonrakı yazı

Deputatın oğlu 10 min manat cərimələndi

Fuad Qəhrəmanlıya gələn pullar… – Video

Fuad Qəhrəmanlıya gələn pullar… – Video

12 Fevral 2026, 15:21
Yeni metro stansiya bu tarixdən AÇILIR – Sakinlərə ŞAD XƏBƏR

Yeni metro stansiya bu tarixdən AÇILIR – Sakinlərə ŞAD XƏBƏR

12 Fevral 2026, 15:19
Əli Kərimlinin saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ

Əli Kərimlinin saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ

12 Fevral 2026, 15:18
“Boz kardinal”ın həmin səs yazısı yayıldı – İlk dəfə

“Boz kardinal”ın həmin səs yazısı yayıldı – İlk dəfə

12 Fevral 2026, 14:34
DTX: Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

DTX: Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

12 Fevral 2026, 14:33
Epşteynə bənzədildiyinə görə yaşadığı şəhərdən köçdü

Epşteynə bənzədildiyinə görə yaşadığı şəhərdən köçdü

12 Fevral 2026, 14:31
Faciəli şəkildə ölən Rəşad Əliyev “Qara polkovnik”in qohumu imiş

Faciəli şəkildə ölən Rəşad Əliyev “Qara polkovnik”in qohumu imiş

12 Fevral 2026, 14:30
DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə tam üzv olacağı barədə razılıq olub

DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə tam üzv olacağı barədə razılıq olub

12 Fevral 2026, 14:28
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı – VİDEO

DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı – VİDEO

12 Fevral 2026, 14:27
Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.