11-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

AZƏRENERJİ” ASC-YƏ AYRILAN YÜZMİLYONLAR HARA GEDİB? –Tanınmış iqtisadçı ölkədə böhran yaradan təşkilat barədə şok faktlar açıqladı

04 İyul 2018, 08:47
Gündəm, Seçmə
A A
AZƏRENERJİ” ASC-YƏ AYRILAN YÜZMİLYONLAR HARA GEDİB? –Tanınmış iqtisadçı ölkədə böhran yaradan təşkilat barədə şok faktlar açıqladı

“Mingəçevirdəki “Azərbaycan İES”-də baş verən hadisə “Azərenerji” ASC-nin statusunun dəyişdirilməsi və çevik idarəetmə mexanizminin formalaşdırımasını da aktuallaşdırır. 2017-ci ildə “Azərenerji” enerji satışından 1 milyard manatdan artıq gəlir əldə edib. Bu, o deməkdir ki, vətəndaşlar və eləcə də iş adamları sözügedən quruma il ərzində belə böyük məbləğdə ödəniş ediblər. Qurumun enerji satışından əldə etdiyi gəlirini yalnız ötən il 25.2 faiz artmasına baxmayaraq, “Azərenerji”nin zərəri 602,873 milyon manat olub. Halbuki 2016-ci ildə adıçəkilən cəmiyyətin zərəri cəmi 108,928 milyon manat idi. Maraqlıdır, 2016-cı ildə “Azərenerji”nin elektrik enerjisi satışından əldə etdiyi gəliri 807 milyon manat olub. Yəni, 2017-ci ildə “Azərenerji”nin elektrik enerjisi satışından əldə gəlirinin əvvəlki ilə nisbətən 200 milyon manata yaxın artmasına baxmayaraq, qurumun zərəri ötən il 6 dəfə çoxalıb”.

Strateq.az-ın verdiyi xəbərə görə, bunu tanınmış iqtisadçı Vüqar Bayramovbildirib. Ekspertin sözlərinə görə, “Azərenerji” ASC eyni zamanda ən çox xarici borcu olan səhmdar cəmiyyətlərindədir:

“Cəmiyyətin hazırda 1 milyard 951 milyon manat kredit və borc vəsaitləri üzrə öhdəliyi var. Bununla yanaşı, ticarət və digər kredit borcları üzrə öhdəiyi də 470 milyon manatdan çoxdur. Bütövlükdə isə cəmi kapitalı 1 milyard manatda bir az atıq olan “Azərenerji”nin yığılmış zərəri 2 milyard 123 milyon manata çatıb”.

V.Bayramov daha sonra qeyd edib ki, sözügedən qurum dövlətdən ən çox maliyyə dəstəyi alan təşkilatlardandır:

“2018-ci ilin dövlət büdcəsinə dəyişiklər edilərkən “Səngəçal” modul tipli elektrik stansiyasının yaxınlığındakı sahədə tikintisi nəzərdə tutulan 385 meqavatlıq istilik elektrik stansiyası üçün avadanlıqların satın alınmasının həyata keçirilməsi və bununla bağlı texniki dəstəyin göstərilməsi ilə əlaqədar imzalanmış müqavilələr üzrə Finlandiyanın “Wartsila” şirkəti qarşısında yaranmış öhdəliyə görə qalıq borcun ödənilməsi ilə əlaqədar “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılması üçün 81.4 milyon manat vəsait ayrılıb. Dövlət Neft Şirkəti tərəfindən idxal olunan təbii qazın “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün də dövlət büdcəsindən 300 milyon manat subsidiya olmaqla vəsait ayrılıb”.

İqtisadçı vurğulayır ki, “Azərenerji” ASC-ə böyük həcmdə maliyyə dəstəyinin olmasına baxmayaraq, qurum ən borclu təşkilatlar siyahısındadır və son 2 gündə baş verənlər də göstərir ki, elektrik sistemində modernləşdirmə problemi var:

“Buna görə də, sözügedən qurumun sağlamlaşdırılması ilə yanaşı bu sektorda şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə ciddi ehtiyac var. Sonda xatırladım ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) 2012-ci ildə hökumətə təqdim etdiyi təkliflər paketində “Azərenerji” ASC-nin ləğv edilməsi və enerji sektorunda vahid qurumun yaradılması təklif olunurdu”.

Əvvəlki yazı

ETSN Bakıda müşahidə olunan dumanla bağlı məlumat yayıb

Sonrakı yazı

Erməni generalı:“Heydər Əliyev Naxçıvanı ermənilərdən təmizləyib”

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.