11-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycanlılar Londonda pul yuyur – “Transparency International U.K”

29 Oktyabr 2019, 15:09
Dünya, Manşet
A A
Azərbaycanlılar Londonda pul yuyur – “Transparency International U.K”

Edvard Robinson

“Bloomberg”, 24.10.2019

 

Çirkli pullar banklara, hüquq firmalarına və mühasibatlıq orqanlarına yol açır. Həmçinin, malikanələrə, şirkətlərə və hətta məktəblərə girir. İngilis millət vəkilləri və polisin sərt tədbirlərinə baxmayaraq, 418 milyard dollarlıq “daşqın” Böyük Britaniyanı korrupsiyalı sərvət üçün mərkəz halına gətirməkdə davam edir, heç bir geri çəkilmə əlaməti də yoxdur.

Bu, qlobal antikorrupsiya qrupunun Londonda yerləşən qolu olan “Transparency International UK” tərəfindən açıqlanan hesabatın əsas tapıntısıdır.

Çirkli pulların yuyulmasına gəldikdə, ən çətin problemlərdən biri cinayət yolu ilə qazanılan gəlirlərin haradan qaynaqlandığının izlənilməsudir.

Son 30 ildə Britaniya əlaqəsi olan 400 hadisəni təhlil edərək, təhqiqatçılar qanunsuz vəsaitlərin İngiltərə və onun xaricindəki ərazilərdə 86 bank və maliyyə qurumu, 81 hüquq firması, 62 mühasib və 2200-dən çox şirkət vasitəsilə keçdiyini təsbit ediblər.

Təhqiqatçılar super zənginlərə məxsus şübhəli pulları nəyə xərcləndiyinə nəzər yetirib: oyun-oyuncaqdan tutmuş yaxta və reaktiv təyyarələ ödənən 407 milyon funt sterlinq (524 milyon dollar). Siyahıda daha nələr var: “Harrods”-da 50,690 funt sterlinqlik bir “Chanel” timsah dəri çantası və “Tom Ford” pencəyi, habelə “Chelsea” futbol komandasının ev stadionu olan “Stamford Bridge”-də özəl tamaşaçı yeri. 2012-13 mövsümü üçün özəl biletlər bir bazar şirkəti tərəfindən 126.000 funt sterlinqə alınıb.

“Transparency International” bildirib ki, şirkətlərin heç biri səhv hərəkətlərdə ittiham edilməyib.

“Çelsi” təmsilçisi şərh verməkdən boyun qaçırıb.

 

“İşıq salma”

Bundan əlavə, onlarla memarlıq və dizayn firmalarına ödənilən 8.3 milyon funt sterlinq, avtomobil satıcıları, zərgərlik mağazaları, sənət qalereyaları və moda butiklərindəki digər ödənişlər də aşkarlanıb.

“Biz uzun müddətdir bilirik ki, İngiltərədə dünya səviyyəli xidmətlər pul qazanan və pul gizlətməyə can atanlar da daxil olmaqla, bir sıra müştəriləri cəlb edir”. Bunu “Transparency International UK”-in siyasət direktoru Dankan Heyms deyir. “İndi ilk dəfə bu şirkətlərin adlarını və dövrümüzün ən böyük korrupsiya qalmaqallarına necə büründükləri mövzusuna işıq salırıq”.

Hesabat ABŞ-dakı hüquq-mühafizə orqanları əməkdaşlarının şübhəli aktivlərini açıqlamağa məcbur etmək üçün “açıqlanmayan sərvət sifarişləri” kimi yeni hüquqi vasitələrdən istifadə etməklə, çirkli pulların yuyulmasına qarşı mübarizə aparıldığı bir vaxtda təsadüf edir. Səlahiyyətlilər, həmçinin cinayətkarlara ingilis kəndlərində malikanə alışı kimi sərmayələri gizlətməkdə köməklik edən vəkillərə və “ailə ofisləri”nə də diqqət yetirirlər.

 

Səylər azalmır

“Transparency International” vəzifəli şəxsləri səylərini ikiqat artırmağa çağırıb, çünki Şərqdən axan şübhəli sərvət İngiltərədəki bütün müəssisələri əhatə edir. Təhlil olunan bir çox əməliyyat çirkli pulların yuyulmasında günahlandırılan şəxslərin, çirkli pul axınının sənaye miqyaslı sxemlərinin keçmiş SSRİ, o cümlədən Moldova, Azərbaycan və digər dövlətlərlə bağlılığını otaya çıxarıb.

Hesabatda “Citigroup Inc və Royal Bank of Scotland Group Plc”-nin bu tip “çamaşırxanalar”la əlaqəli vəsaitlərin göndərilməsi və ya alınması üçün məsul olan 10 kreditor siyahısına başçılıq etdiyi bildirilir. 177 təhsil müəssisəsi, o cümlədən nüfuzlu ingilis məktəbləri olan “Harrow School” və “Charterhouse” məlum pul yığma sxemləri ilə, təhsil haqları adı altında 4,1 milyon funt sterlinq qazanıb.

“Citigroup” və “RBS” rəsmiləri hesabatı şərh etməkdən imtina ediblər, “Harrow School” və “Charterhouse” nümayəndələri şərh istəklərinə dərhal cavab verməyib.

“Transparency International UK” banklara və ya məktəblərə qarşı qanun pozuntuları iddiaları qaldırmadığını açıqlayıb.

“Transparency International U.K.” çirkli pulların yuyulmasına qarşı nəzarət rejimini yenidən nəzərdən keçirməyə çağırsa da, qeyri-qanuni maliyyələşdirmə üzrə mütəxəssislər, axının qarşısını almağın çətin olacağını deyirlər. Problem ondadır ki, hələ də dünyanın ən böyük beynəlxalq maliyyə mərkəzi olan London qlobal oyunçuların sərvətlərini idarə etməkdə üstün yer tutur.

London Universitetinin beynəlxalq siyasi iqtisad professoru Anastasiya Nesvetaylova deyib: “London qeyri-qanuni sərvət üçün son məkandır”.

Tərcümə: Strateq.az

Əvvəlki yazı

Binəqədi bələdiyyəsinin xanım sədri haqda şok – İddia

Sonrakı yazı

Rauf Arifoğlu: “Ramiz Mehdiyevin getməsi yaxşı oldu”

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30
Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

09 Sentyabr 2025, 13:29
Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

09 Sentyabr 2025, 13:27
“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

09 Sentyabr 2025, 13:24
Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

09 Sentyabr 2025, 13:21

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.