Eyndhovendə (Hollandiya) keçirilən üzgüçülük üzrə 2018-ci il dünya kubokunun (FİNA) üçüncü mərhələsinin ikinci günündə Azərbaycan yığmasının üzvü Maksim Şemberev reytinq cədvəlində liderliyi qazanıb.
İnsider.az-ın məlumatına əsasən, Maksim Şemberev 1500 m məsafəyə “freestyle” üsulu ilə üzməkdə bütün rəqiblərini geridə qoyaraq birinciliyi qazanıb. Üzgüçülüyün bu növü üzrə yarışlarda Çin nümayəndəsi Qiu Ziao ikinci, almaniyalı üzgüçü Zellmann Poul isə üçüncü nəticə göstərib.
Qeyd edək ki, dünya kubokunun dördüncü mərhələsi oktyabrın 4-6 Macarıstanın Budapeşt şəhərində keçiriləcək. Maksim Şemberev orada da çıxış edəcək.
Nigar Orucova