Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərə gəldiyi Rusiyanın paytaxtı Moskvada təmaslarına başlayıb.
Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların aparılacağı üçtərəfli görüşdən əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Lavrov görüşdəki çıxışında Azərbaycan, Ermənistan və Rusiya liderlərinin əldə etdikləri bütün razılaşmaları həyata keçirmək əzmində olduqlarını vurğulayıb.
Görüş zamanı Lavrov və Bayramov ikitərəfli əməkdaşlığın inkişafı və aktual regional məsələləri də müzakirə edəcəklər.
Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri üçtərəfli görüşdə bir araya gələcək.Nazir Bayramovun səfəri çərçivəsində Ermənistan XİN-in iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların aparılması planlaşdırılır. Nazir Ararat Mirzoyan və Rusiyanın xarici işlər naziri Sergey Lavrov.
Moskva görüşündən əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirləri mayın 1-4-də paytaxt Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenin ev sahibliyi ilə görüşüblər.