06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycanın uğurlu enerji siyasəti…

03 İyun 2023, 11:48
Cəmiyyət
A A
Azərbaycanın uğurlu enerji siyasəti…

 

1994-cü il mayın 24-də Bakıda ilk dəfə neft-qaz sərgisi keçirildi. Həmin tədbir ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edirdi. Çünki sərgidə Ümummilli Lider Heydər Əliyev iştirak və çıxış etmişdi. Ötən illər ərzində sərgi məkan və mahiyyətini dəyişməyib. Onun əhatə dairəsi genişlənib, əhəmiyyəti artıb və buna uyğun olaraq adı da təkmilləşib. Xəzər Neft-Qaz sərgisinin də müəllifi Ümummilli Lider Heydər Əliyevdir. Çünki 1994-cü ildə mövcud olan şəraitdə belə bir tədbirin baş tutması yalnız Ulu Öndərin dünyadakı nüfuzu, fövqəladə təşkilatçılığı və sonsuz qətiyyətinin nəticəsi idi.
Cari ilin 31 may tarixində keçirilən 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgiləri əvvəlkilərlə müqayisədə daha əlamətdardır. Ona görə ki, bu il Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi keçirilir, eyni zamanda əgər ötən il sərgilərə 30 ölkədən 249 şirkət qatılmışdısa, artıq bu dəfə 38 ölkədən 331 şirkət iştirak edirdi. Bu da tədbirə olan beynəlxalq marağın ildən-ilə yüksəldiyini və artan əhəmiyyətini göstərir.
Dövlət başçısı builki tədbirdə alternativ enerji sahəsində fəaliyyət göstərən daha çox şirkətin iştirak etməsindən məmnunluğunu ifadə edib: “Enerji təhlükəsizliyi sadəcə dəhlizlərin şaxələndirilməsi deyil, bu mənbələrin şaxələndirilməsidir. Mən düşünürəm ki, hər kəs bunu aydın şəkildə görür ki, bizim durumumuzda bu hər ikisidir – dəhlizlərin şaxələndirilməsi, mənbələrin şaxələndirilməsi. Həmçinin şirkətlər, ölkələr, beynəlxalq maliyyə institutları arasında çox sadiq komanda işi olmalıdır. Biz həqiqətən də komanda kimi işlədik. Çünki bizim 1 hədəfimiz var – enerji təhlükəsizliyini necə gücləndirə bilərik, bir-birimizə çətinliklərin öhdəsindən gəlməyə necə yardım edə bilərik?”
Ölkəmizdə yaradılan əlverişli investisiya mühitini daim önə çəkən Prezident İlham Əliyev gələcək inkişafı təmin etmək üçün xarici bazarlara daha böyük diqqət göstərməyin vacibliyini bildirir. Neft-Qaz amili ölkəmizə böyük canlanma gətirib. Azərbaycanın timsalında uğurlu neft siyasətinin təzahürünü görürük. Ölkəmiz qısa zamanda böyük investisiyalar məkanına çevrildi. Ulu Öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi uzaqgörən siyasətinin nəticəsi idi. Belə ki, «Əsrin müqaviləsi»nın imzalandığı 1994-cü ildə ölkəmizin imkanları o qədər də böyük deyildi. Buna baxmayaraq, investorlar üçün gözəl şərtlər təqdim edilmişdir. Hazırda ölkəmizin uğurlu enerji siyasəti Azərbaycanın hüdudlarından kənara çıxmışdır. Regional çərçivədə başlayan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirərək beynəlxalq miqyas aldı. Bu gün Cənub Qaz Dəhlizinin uğurlarından, eyni zamanda, iştirakçı dövlətlərin coğrafiyasının genişləndirilməsindən bəhs edirik. Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsi əməkdaşlıq əlaqələrinin genişlənməsində öz sözunü deyir.
Otuz ilə yaxındır energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini, indi isə yalnız energetika sahəsi ilə kifayətlənməyib, əməkdaşlığın şaxələndirildiyini qeyd edən Azərbaycan Prezidenti bildirib: “ABŞ və Böyük Britaniya hökumətləri Azərbaycanın Xəzər dənizindəki resurslarının işlənməsi ilə bağlı irəli sürdüyü bütün təşəbbüsləri həmişə dəstəkləyib. Onlar bugünkü neft və qaz boru kəmərləri sayəsində Avrasiyanın enerji xəritəsini faktiki olaraq dəyişdirmiş enerji nəqliyyatı infrastrukturumuzun qurulmasında köməklərini əsirgəməyiblər”.
Ölkə rəhbəri çıxışında respublika¬mızda bərpaolunan enerji layihələrinin reallaşdırılmasının prioritet istiqamət olduğu barədə də ətraflı məlumat verərək, bu sahənin inkişafını, sözü¬gedən istiqamətdə tədbirlərin geniş¬ləndirilməsini daim diqqət mərkəzin¬də saxladığını vurğulayıb. Prezident İlham Əliyev daha sonra ötən ilin de¬kabr ayında Buxarest şəhərində “yaşıl enerji”yə dair mühüm tədbir keçirildi¬yini, Azərbaycan, Gürcüstan, Macarıs¬tan və Rumıniyanın bir araya gəldiyi¬ni, həmçinin Avropa Komissiyasının Prezidentinin də həmin tədbirdə işti¬rak etdiyini, orada “yaşıl enerji”yə və transmissiyaya dair müvafiq sənəd im¬zalandığını xatırladıb: “Biz indi elə bir mərhələdəyik ki, layihənin texniki-iqti¬sadi əsaslandırılması həyata keçirilir”.
Prezident İlham Əliyevin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində atdığı addımlar dövlətin beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə töhfə verməklə yanaşı, eyni zamanda etibarlı tərəfdaş imicinin formalaşmasını təmin edir. Bəli, dövlətimizin başçısının müdrik siyasəti ilə Azərbaycanda hazırda nəhəng enerji infrastrukturu yaradılıb və bununla da, Avrasiyanın enerji xəritəsi dəyişdirilib. Bu gün respublikamız tərəfindən isteh¬salçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradılıb.

Malik Məmmədov
Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Əvvəlki yazı

Yaponiyada Mavar qasırğası nəticəsində 1 nəfər ölüb

Sonrakı yazı

Hindistanda qatarın toqquşması nəticəsində ölənlərin sayı 288 nəfərə çatıb

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.