10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

AZƏRBAYCANIN QORXULU YUXUSU:Amerika-İran savaşı Cənubu Qafazın geopolitik mənzərəsini laxladacaq – Təhlil

14 May 2019, 21:13
Manşet
A A
AZƏRBAYCANIN QORXULU YUXUSU:Amerika-İran savaşı Cənubu Qafazın geopolitik mənzərəsini laxladacaq – Təhlil

Azərbaycan xüsusi təyinatlısı

 

Stanislav Tarasov

news-front.info, 14.05.2019

 

Bakının Minval.az portalı bu günlərdə öz siyasi icmalçısı Nuraninin “Azərbaycanı yeni savaş təhdid edirmi?” məqaləsini dərc edib. Burada Amerikanın İrana hərbi zərbəsinin Bakı üçün mümkün nəticələri müzakirə olunur.

Açığını deyək, biz Nuraninin toxunulan bölgəsəl problemlər və özəlliklə Rusiyanın Cənubi Qafqaz siyasətinə dair bəzi nəticələrini bölüşmürük. Müəllif indiki halda yaranmış duruma özəl siyasi həssaslıq göstərərək hesab edir ki, “Azərbaycan tamamilə anlaşılan səbəblərdən bu gün ciddi diplomatik səylər göstərir ki, yad savaşa çəkilməsin, antitehran platformasına çevrilmək niyyətində deyil”, amma “İranın mümkün hərəkətləri” üzündən buna cəlb oluna bilər.

Doğrudan da, Bakının hələ bir neçə il qabaq respublika rəhbərliyinin ən qorxunc yuxusuna da girə bilməyəcək “güclü xarici oyunçuların paradı” ilə işi olmağa başlayır.

Amerikanın “Eurasianet” nəşrinin dəyərləndirdiyinə görə, Azərbaycan “obyektiv var olan tarixi, coğrafi və geopolitik şərtlər üzündən çətin duruma” düşür. Bakı buna görə də hansı siyasətə tərəfdarlığından asılı olmayaraq hadisələr burulğanına çəkilə bilər. Özəlliklə ABŞ-ın İrana hərbi zərbəsi və yaxud İranı Suriyaya döndərmək qəsdilə Vaşinqtonun Tehrana qarşı quraşdırma başqa ssenari hərəkətlərindən istifadə etməyə başlayacağı halda.  ABŞ-ın BMT-dəki daimi təmsilçisi Nikki Heyli hələ 2018-ci ilin başlanğıcında İran etirazlarıyla bağlı BMT TŞ-nin toplantısı ərəfəsində bundan açıq danışıb. Lakin ABŞ və İran arasında mümkün savaşın necə görünəcəyini söyləmək hələlik çətindir.

Ekspertlərin dəyərləndirdiyinə görə, indi durum “savaşqabağı” mərhələyə meyllənir, çünki amerikalılar Fars körfəzi zonasında hərbi iştirakı gücləndirirlər. Mümkün hərbi zərbənin cizgiləri ixtisaslaşmış və açıq mətbuatda çoxdan yazılıb: HHM obyektlərinə, döyüşü yönəltmə və rabitə məntəqələrinə nöqtə zərbələri, bundan sonra hərbi infrastruktur dağıdılır. İraqda və ya Yuqoslaviyada belə olub. Sonra isə ölkənin hərbi və siyasi rəhbərliyini boyun əyməyə vadar edirlər. Fransanın “Le Figaro” qəzeti hesab edir ki, hər şey İranın güney sərhədlərində məhəlli silahlı toqquşmadan başlana bilər. Fars körfəzi sularında durumun nəzarət olunmayan inkişafı mümkündür, bundan sonra, Əfqanıstanda tətbiq edildiyi kimi, yerli etnik “kollaborantlar”ın və “demokratların və başqa müxalif-terrorçu birləşmələrin” silahlı dəstələri fəallaşa bilər. Tehran bütün bunlara qarşı dura bilərmi? Hərbi, sənaye və özəlliklə mədəni baxımdan – şübhəsiz. Amma, ABŞ prezidenti Donald Trampın bildirdiyi kimi, İran tərəfi o cümlədən münaqişəli daxili-siyasi durum nəzərə alınmaqla “böyük problemlər” qazanmaq riskinə gedir. Deməli, hətta ərazisi İrana qarşı fəal əməliyyatlar üçün meydan kimi istifadə olunmayacaqsa da, Bakı nəyə hazır olmalıdır?

İranlı qaçqınlar, birinci növbədə etnik azərbaycanlılar problemi meydana çıxacaq. Ekspert dəyərləndirmələrinə görə, onlar 5-10 milyona yaxın adamdır. Onlar təkcə Azərbaycan ərazisinə deyil, İran-Qarabağ sərhədindən indi Ermənistanın nəzarət etdiyi bölgələrə keçəcəklər. Qaçqınların belə axınını durdurmaq mümkünsüzdür, bu, Azərbaycanda xaos yarada bilər. O biri yandan, Rusiyanın məşhur araşdırıcısı Sergey Markedonovun güman etdiyi kimi, “ABŞ İranda tammiqyaslı, ya da məhdud “demokratikləşmə” apararsa (məsələn, İran Azərbaycanının “demokratikləşməsi” vasitəsilə), onda Yaxın Şərq münaqişəsinin Cənubi Qafqaza keçmək təhlükəsi xeyli gerçək ola bilər”.

Onun sözlərinə görə, problemlər həm də ona görə meydana çıxacaq ki, “sovetsonrası Azərbaycan elitası (ABŞ və İsrailin ənənəvi müttəfiqi) Türkiyəyə və Birləşmiş Ştatlara yön götürüb, Azərbaycan liderləri Azərbaycandakı radikal islamçılara dəstəyə və bu dövlətdə dünyəvi hakimiyyət modelini islam dövlətilə əvəzləmək cəhdlərinə görə İranı həmişə tənqid ediblər”.

Unutmağına dəyməz ki, İranın azərbaycanlı əhalisi Azərbaycanın öz əhalisinin sayını üç dəfə üstələyir, Azərbaycan Respublikasının rəsmi iodeologiyası və tarixşünaslığında isə sünicəsinə iki yerə bölünmüş Azərbaycana vahid tarixi ərazi kimi baxış üstünlük təşkil edir. Amma birləşmə təşəbbüsü (tarixi ərazilərin qaytarılması-S.T.) Bakıdan deyil, Tehrandan qaynaqlanacaq.

Belə ki, Azərbaycan Amerika-İran qarşıdurmasının yayıldığı fonda İrana münasibətdə Ermənistan tərəfi üçün xeyirxah Tehranın mövqeyini nəzərə almaqla təsadüfən incə siyasət yürütməyə başlamayıb. Axı geopolitik qeyri-müəyyənliklər və Bakıya tabe olmayan amillər üzündən Azərbaycan və İranın birgə bölgə layihələri, birinci növbədə “Şimal-Cənub” layihəsi pozulacaq. Bakı həm xam neft, təbii qaz  ixracatçısı, həm də Naxçıvan anklavında daxili istehlak üçün İran qazının (arabir) idxalatçısı kimi çətin duruma düşəcək.

Amma İrəvan da İran qazından olacaq, Tehranla münasibət onun üçün həyat önəmlidir, çünki bu ölkənin sərhədləri şərqdə (Azərbaycanla) və qərbdə (Türkiyə ilə) bağlıdır. Yəni Vaşinqtonun İrana güclənən basqısı Azərbaycanın onsuz da lax geopolitik durumunu qəlizləşdirir və qabaqlar edildiyi kimi, öz bölgə maraqlarıyla Qərbin maraqları arasında manevr və tarazlıq axtarışı imkanları təkcə onun üçün yox olmayacaq. Hadisələrin sonrakı inkişafına gəlincə, bunun gedişi daha çox bölgədə əsas xarici oyunçuların maraqlarının nə qədər üst-üstə düşüb-düşməyəcəyindən asılı olacaq. ABŞ İran yönündə “qara iş”in başlanğıcını törətmək istəyi sərgiləyir, hərəkətlənmək niyyətində olduğu “özgə əl” axtarır. Rusiyaya gəlincə, “tarixi maneələr”ə bir də ilişməyinə dəyməz, Cənubi Qafqazda öz oyunumuzu oynamaqla ABŞ-a münasibətdə yetərincə müstəqil davranmaq gərəkdir. Bu bölgədə ciddi geopolitik dəyişikliklər dönəmi yaxınlaşır.

Tərcümə Strateq.az-ındır.

 

Əvvəlki yazı

Prezident Azərbaycanın Belçikadakı səfirliyinin yeni binasının açılışında –FOTOLAR

Sonrakı yazı

LAVROVLA POMPEO RAZILAŞDI –ABŞ-Rusiya münasibətləri qaydaya düşəcəkmi?

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.