01-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycanın gələcəyi gənclərimizdən və uşaqlarımızdan asılıdır

02 Fevral 2022, 10:37
Cəmiyyət
A A
Azərbaycanın gələcəyi gənclərimizdən və uşaqlarımızdan asılıdır

Ulu Öndərimiz Heydər Əliyev respublikada gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək deyirdi: – “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm.
Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.
Gənclərimizin əsl layiqli Azərbaycan vətəndaşı kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin danılmaz əməyi, böyük xidmətləri vardır.
1970-1980-ci illərdə Heydər Əliyevin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc müxtəlif ixtisaslar üzrə təhsil almaq üçün keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə göndərirdi.
Təkcə 1970-ci ildə müdrik insan Heydər Əliyevin təşəbbüsü ilə 1500-dən çox azərbaycanlı gənc bu qayğıdan bəhrələndi.
Ümummilli Lider Heydər Əliyev: “Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir…
Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib xalqına, dövlətinə xidmət etməlidir”.
Hər il ali təhsil almaq, müxtəlif ixtisaslara yiyələnmək üçün 800 gənc Moskvaya, Xarkova, Sankt-Peterburqa, Ukraynaya göndərilirdi. Onlar Azərbaycana, ölkəyə faydalı, yüksək ixtisaslı həkim, mühəndis, arxitektor kimi qayıdırdılar.
Heydər Əliyev müstəqil Azərbaycanın gələcəyini, tərəqqisini yüksək ixtisaslı gənclərin yetişdirilməsində görürdü.
H.Əliyev deyirdi ki, hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.
Ulu Öndərin göstərişi və 26 iyul 1994-cü il tarixli Fərmanı ilə Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı. Heydər Əliyev həmin nazirliyin əsasını qoydu.
1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı və məhz Heydər Əliyevin təşəbbüsü ilə 2 fevral 1996-cı ildə gənclərin 1-ci Forumu keçirildi.
1997-ci ildə isə Heydər Əliyev 2 fevral Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzaladı.
Əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasəti bu gün Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, Dövlət başçısının 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Qeyd olunan proqram çərçivəsində minlərlə azərbaycanlı gənc dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən gənclərin rifahına xidmət edən bir sira mühüm Dövlət Proqramları təsdiq edilmişdir:
-“Azərbaycan gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər)”;
-“Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”;
-“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı;
-“2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”;
-“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı
və digər proqramlar təsdiq edilmiş və həyata keçirilmişdir.
2007-ci ili Respublika Prezidenti “Gənclər İli” elan etdi və bu ilə dair tədbirlər planı hazırlandı. Demək olar ki, bütün rayonlarda “Gənclər evi” yaradıldı. Bu gün həmin Gənclər evləri gənclərin və uşaqların istifadəsindədir.
Prezidentimizin rəhbərliyi ilə Azərbaycanda idmanın inkişafı istiqamətində də ciddi tədbirlər həyata keçirilir. Hazırda elə bölgəmiz yoxdur ki, orada müasir idman qurğuları olmasın. Gənclərimiz idman sahəsində böyük uğurlara imza atırlar. Azərbaycan artıq modern idman strukturuna malik olan bir dövlətə çevrilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Gənclər üçün əsas istiqamət, əlbəttə ki, təhsildir. Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Bizim gənclərimiz milli ruhda , vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Azərbaycan dəyərləri bizim üçün ən başlıca pop dəyərlərdir. Bizi millət kimi, xalq kimi qoruyan, əsrlər boyu assimilyasiyadan qoruyan məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olubdur. Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər.
Bizim gənclərimiz torpaq uğrunda, vətən uğrunda vuruşurlar. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”.
Şəhla Ağbulud

Əvvəlki yazı

Kəlbəcərdə nəşi tapılan hərbçimizin son videosu 

Sonrakı yazı

Prezident “Media haqda” mürtəce qanunu geri qaytara bilər – Avropa Şurasında tək ölkəyik ki…

Xüsusi təhsil məktəblərinin müəllimləri etiraza qalxdı – Ev təhsili ləğv edilir? – VİDEO

Xüsusi təhsil məktəblərinin müəllimləri etiraza qalxdı – Ev təhsili ləğv edilir? – VİDEO

29 Avqust 2025, 14:31
Maqsudovdan 400 min tələb edirlər – Həkim bu qədərinə razıdır

Maqsudovdan 400 min tələb edirlər – Həkim bu qədərinə razıdır

28 Avqust 2025, 15:51
Göyüşovun Amerika səfirliyində – Yarım milyonluq yeyintisi…

Göyüşovun Amerika səfirliyində – Yarım milyonluq yeyintisi…

28 Avqust 2025, 15:48
Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb – PAŞİNYAN

Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb – PAŞİNYAN

28 Avqust 2025, 14:49
Ramiz Mehdiyevin olduğu deyilən villaya 1 milyonluq endirim – Yenə alıcı tapılmır…

Ramiz Mehdiyevin olduğu deyilən villaya 1 milyonluq endirim – Yenə alıcı tapılmır…

28 Avqust 2025, 14:40
Muğam müsabiqəsində qalmaqal: “Biz onlara insaflı yanaşdıq” – Mələkxanım Əyyubova

Muğam müsabiqəsində qalmaqal: “Biz onlara insaflı yanaşdıq” – Mələkxanım Əyyubova

28 Avqust 2025, 14:32
“Qarabağ”ın qələbəsi 11 klubumuza sərvət qazandırdı

“Qarabağ”ın qələbəsi 11 klubumuza sərvət qazandırdı

28 Avqust 2025, 14:29
Baş İdarə Bərdədən Xankəndiyə köçürülür – Prezidentdən FƏRMAN

Baş İdarə Bərdədən Xankəndiyə köçürülür – Prezidentdən FƏRMAN

28 Avqust 2025, 14:18
Döyülən uşaqların vəziyyəti – Açıqlandı

Döyülən uşaqların vəziyyəti – Açıqlandı

28 Avqust 2025, 14:15
182 nömrəli məktəblə bağlı iddiaya CAVAB VERİLDİ

182 nömrəli məktəblə bağlı iddiaya CAVAB VERİLDİ

28 Avqust 2025, 14:12
Sabah 39 dərəcə isti olacaq

Sabah 39 dərəcə isti olacaq

28 Avqust 2025, 14:10
“Ayfon”, tozsoran, mebel – kreditlə alınan arzular problemə çevrilir

“Ayfon”, tozsoran, mebel – kreditlə alınan arzular problemə çevrilir

28 Avqust 2025, 14:07
“Rüzgarında dan sökülən, üzü gülən Kəlbəcərim”

“Rüzgarında dan sökülən, üzü gülən Kəlbəcərim”

28 Avqust 2025, 13:57
Paşinyan Rusiyaya gedəcək

Paşinyan Rusiyaya gedəcək

28 Avqust 2025, 13:49
Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.