İstanbulda Türkiye-Azərbaycan Qardaşlıq Mükafatlarının təqdimat mərasimi keçirilib. Tədbir iştirakçiları Azərbaycanın vətən müharibəsində qazandığı uğurlardan danışıb və bu uğurda qardaşlıq dəstəyini önə çəkilib və türk birliyinin möhkəmləndirilməsinin önəmi vurğulanıb. Hər iki ölkədən elm sənət , ədəbiyyat,siyasət, turizm, mediya və digər sahələrdə uğur qazanan qurum və şəxslər mukafatlandırılıb. Turizm sahəsində Türkiyə-Azərbaycan Qardaşlıq mükafatlarına laiq görülənlər arasında Royal Crown Hotellər şəbəkəsinin Azərbaycan üzrə baş meneceri Sərxan Rəsulov da olub . Turkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən mükafatlandırılma mərasimində Sərxan Rəsulov “Azərbaycanın Ən İyi Hotel Meneceri” adına laiq görülüb. Xatirladaq ki, Sərxan Rəsulov bu ada ilk dəfə 2012 -ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən laiq görülmüşdü. Həmyerlimizə uğurlar arzu edirik.



.jpeg)
.jpeg)

.jpeg)