Azərbaycan Xarici İşlər Nazirliyi öz vətəndaşlarına İrana səfər etməmək barədə xəbərdarlıq edib. Xəbərdarlıqda Azərbaycanın İrandakı diplomatik nümayəndəliyinin məhdud fəaliyyət göstərdiyi bildirilib, yanvar ayında Azərbaycanın Tehran səfirliyinə törədilən terror aktı xatırladılıb.
Qeyd olunan səbəblərdən Azərbaycan vətəndaşlarından zərurət olmadıqca İrana səfər etməmələri, səyahət edənlərdən isə son dərəcə diqqətli olmaları xahiş olunub. Hazırda İranda olan Azərbaycan vətəndaşlarına da təhlükəsizlik qaydalarına riayət etmələri tövsiyə edilib və müraciət üçün Azərbaycanın Təbrizdəki Baş Konsulluğu ilə əlaqə saxlamaları xahiş olunub.
SƏFİRLİYƏ SİLAHLI HÜCUM
Digər tərəfdən, yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın nəticəsində Təhlükəsizlik Müdiri Orxan Əsgərov həlak olub, 2 təhlükəsizlik əməkdaşı yaralanıb. Hücumdan sonra Azərbaycan diplomatik personalının təhlükəsizliyini qorumaq üçün 5 təhlükəsizlik işçisi istisna olmaqla, Tehran səfirliyini təxliyə etmək qərarına gəlib. Bildirilib ki, Azərbaycanın Təbrizdəki konsulluğu öz işini davam etdirir.