07-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycanda yeni qoşun növü yaradılır – Türk general açıqladı

06 Mart 2021, 10:58
Manşet
A A
Azərbaycanda yeni qoşun növü yaradılır – Türk general açıqladı

 

“Azərbaycanın Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri var, amma Quru Qoşunları yoxdur. Quru Qoşunları birbaşa Müdafiə Nazirliyinə bağlıdır”.

Bunu Milli.Az-a açıqlamasında Türkiyənin general-mayoru Osman Qazi Kandemir deyib. Türkiyəli general bildirib ki, bundan sonra Azərbaycanla Türkiyə arasında ordu quruculuğu istiqamətindəki iş birliyi daha da artacaq:

“Artıq Azərbaycan Silahlı Qüvvələrində də bir Quru Qoşunları yaradılacaq. Bu istiqamətdə əməli-praktiki işlər aparılır. Bu mövzu ilə bağlı da əsl səbəb buradan qaynaqlanır: II Qarabağ müharibəsində qoşunların necə işlədiyi məlum oldu. Bu müharibədən böyük nəticə çıxarıldı, təcrübə əldə edildi. Bu təcrübələr nəticəsində həm çıxarılan müsbət nəticə var, bəzi də düzəldilməsi lazım olan məsələlər. Hər bir silahlı qüvvələr bu işi görər. Hər böyük fəaliyyətdən sonra biz harada düz etdik, harada səhv etdik məsələsi oturulub müzakirə edilər. Bu da nəyinsə səhv edildiyinə görə yox, daha yaxşı olması üçündür. Buna görə də Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə Silahlı Qüvvələri kimi, onun bənzəri şəklində təşkil edilməsi qərarı verildi. Bu, əslində çox vacib məsələdir. Çünki bu günə qədər Azərbaycan Silahlı Qüvvələrində Rusiya və Türkiyə təsiri bərabər səviyyədə görünürdü. Bu iki ölkənin ordu quruculuğu arasında bir seçim edilmiş oldu. Yəni biz Türkiyə kimi ordu quraq, yoxsa Rusiya kimi?! II Qarabağ müharibəsinin nəticələri göstərdi ki, Türkiyə ordusu modelində ordu qurmaqda fayda var. Buna görə də belə bir qərar verildi.

Çox böyük dəyişiklik olmayacaq. Onsuz da Türkiyə SQ-si ilə Azərbaycan SQ-si 1993-cü ildən bəri birlikdə çalışırlar. Bir çox türk zabiti gəldi Azərbaycanda təhsil verdi. Azərbaycanlı zabitlər gedib Türkiyədə təhsil aldırlar. Ona görə də iki ordu bir-birini yaxından tanıyır. Bunun üçün də Türkiyə SQ-nin sisteminə keçidin bir narahatlığı olmayacaq.

“Tələbəm Qarabağda şəhid oldu”

Digər yandan iki ölkə hərbiçilərinin iştirakı ilə keçirilən təlimlər onsuz da həmişə olub. Mənim indi də azərbaycanlı tələbələrim var. Keçən il məzunumuz olan bir azərbaycanlı tələbəmiz Qarabağ Müharibəsində şəhid oldu. Yəni bu, bizim üçün yeni bir şey deyil. Amma bundan sonra bu istiqamətdəki iş birliyimiz, fəaliyyətimiz daha da artacaq. İki ordunun birlikdə edəcəyi işlər daha da çoxalacaq. Bu da türk dünyasının bir-birinə yaxınlaşmasını təmin edəcək. İnşallah daha gözəl günlər görəcəyik”.

Xatırladaq ki, fevralın 26-da Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün təşkil edilən mətbuat konfransında “Azərbaycanda Türk Ordusunun kiçik modelini yaratmaq əzmindəyik. Artıq bu sahədə əməli-praktiki işlərə start verilib” açıqlamasını etmişdi.

Əvvəlki yazı

Qazaxda 10 manatlıq şirkətlə 40 minlik müqavilə

Sonrakı yazı

İnstaqramda narkotik qəbulunu təbliğ edən daha bir nəfər həbs olundu

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.