04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

AZƏRBAYCANDA UN BAHALAŞA BİLƏR – Yerli istehsal tələbatın cüzi hissəsini ödəyir…

13 Sentyabr 2018, 10:58
Sosial
A A
AZƏRBAYCANDA UN BAHALAŞA BİLƏR –  Yerli istehsal tələbatın cüzi hissəsini ödəyir…

Azərbaycanın taxıl aldığı ölkələrdə isə istehsal azalıb

Dünya taxıl bazarında ciddi təlatümlər qeydə alınmaqdadır. BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) proqnozuna görə, dünya taxıl istehsalı bu il ötən illə müqayisədə 2,4 faiz azalaraq 2 milyard 587 milyon ton təşkil edəcək. Bu, ötən ilki istehsaldan 64,5 milyon ton aşağı göstəricidir. Eyni zamanda bu, son üç illik dövrün də ən aşağı istehsalıdır. Dünyada builki buğda istehsalı öz növbəsində 1,9 faiz və ya 14 milyon ton azalaraq 2013-cü ildən bəri ən aşağı həddə düşəcək və 772 milyon ton təşkil edəcək.

İstehsalın belə azalmasına səbəb Avropa Birliyi ərazisində qeydə alınan güclü quraqlıqdır. Məsələn, Skandinaviya ölkələrində istehsal  9 milyon ton azalaraq 138 milyon tona düşüb ki, bu, 2012-ci ildən bəri ən aşağı göstəricidir. Yaxud taxıl ixracatçısı kimi tanınan Almaniyanın bu il ixracatı tamam dayandıracağı, hətta idxala məcbur qalacağı gözlənilir. Bu, son 30 ildə görünməmiş nəticədir.

Əlverişsiz hava şəraiti üzündən Avstraliyada da istehsal azalıb. Dünyada taxılın əsas ixracatçılarından olan ABŞ və Argentinada isə əksinə, məhsul əvvəlki ildən xeyli bol olub. Lakin bu, dünya üzrə ümumi azalmanın qarşısını ala bilməyib.

Analitiklər hesab edirlər ki, ötən illərin ehtiyatları mənfi nəticələri yumşaltmağa yardım edəcək. Lakin məsələ burasındadır ki, ehtiyatların böyük bir qismi Çinin əlindədir. Çin isə hazırda ABŞ-la böyük ticarət müharibəsi aparır. Bu müharibə üzündən ölkə daxilində taxıl və buğdanın çatdırılmasında ciddi problemlər yaranıb. ABŞ-dan buğda idxalına 25 faizlik əlavə rüsum tətbiq edən Çin hökuməti daxili istehsalın azalması nəticəsində çətinliklə üzləşib. Belə ki, bu ilin 7 ayında bu ölkədə buğda istehsalı 18,36 milyon ton azalaraq 37 milyon ton təşkil edib. Buna həm Çin fermerlərinin buğda altında olan sahələrdə başqa bitkilər becərməsi, həm də ölkədə müşahidə olunan quraqlıq səbəb olub. Eyni zamanda burada ötən illərdən əlində toplanan ehtiyatların sərf olunmasına şərait yaratmaq istəyən dövlətin təşviqinin də xeyli rol oynadığı bildirilir. Belə ki, hazırda Çində taxılın dövlət ehtiyatının həcmi 126,8 milyon ton təşkil edir. Bu, ölkənin illik 100 milyon ton təşkil edən istehlakından da çoxdur. Ehtiyatların çoxluğuna baxmayaraq, ABŞ-dan idxalın və yerli istehsalın azalması Çin daxilində taxıl və buğdanın qiymətinin artacağına dair təşvişləri artırıb. Bazarda yaranan təşviş hökuməti də ciddi narahat etməkdədir: son həftələrdə rəsmi mətbuat Çinin ABŞ-la ticarət müharibəsində qalib gəlməyə yetərincə gücünün olduğunu isbatlamağa yönəlik yazılarla dolub-daşır.

Dünya taxıl ehtiyatlarının daha bir böyük sahibi Rusiyadır ki, bu ölkənin də spekulyasiyalara meylli olması bazarda vəziyyəti gərginləşdirə bilər. Dünya taxıl bazarının daha bir iri oyunçusu olan Ukrayna ixracatı azaltmaqla daxili ərzaq təhlükəsizliyini gücləndirmək niyyətindədir.

Bütün baş verənlər isə dünya bazarında buğdanın qiymətinin artmasına gətirib çıxarıb. Çikaqo birjasında buğda fyuçreslərinin qiyməti son üç ildə ən yüksək səviyyəyə sıçrayıb – 5,5 dollar/buşel.

Analitiklər hesab edirlər ki, taxıl istehsalının azalması dünya bazarında əsas oyunçuların mövqelərinin dəyişməsinə gətirib çıxara bilər. Belə ki, bol məhsul əldə edən ABŞ bazarın böyük hissəsini ələ keçirməyi bacarar.

Yerli istehsal və tələbat

Bu il Azərbaycanda 2 milyon 820 min ton taxıl istehsal olunub. Bu, ötən illə müqayisədə 2 faiz çoxdur. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bunun 1 milyon 844 min tonu buğdadır.

Картинки по запросу taxıl bazarı

Qeyd edək ki, Azərbaycanda taxıl ehtiyatı Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu tərəfindən formalaşdırılır. Rəsmi məlumata görə, ötən il Azərbaycanda 1 ton buğdanın Taxıl Fonduna qəbulu üçün qiymət 270-280 manat arasında dəyişib. Bu il isə Taxıl Fonduna tədarük elanında qiymət 300 manat təyin olunub.

Fond yalnız beynəlxalq normalara və standartlara uyğun olan məhsulları qəbul edir.  Azərbaycanda istehsal olunan buğdanın böyük əksəriyyəti isə bu normalara cavab vermir. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondunun rəhbəri Zülfüqar Məmmədovun mətbuata verdiyi açıqlamaya görə, ərzaq səbətinin tərkibinə əsasən adambaşına 186 kiloqram ərzaqlıq buğda tələb olunur. Bu hesabla, ölkənin buğdaya olan illik tələbatı 1 milyon 800 min ton ətrafında dəyişir.

Fond rəhbərinin dediyinə görə, ötən il yerli fermerlərin istehsal etdiyi 1 milyon 854 min ton buğda daha çox onların öz tələbatlarına hesablanıb: “Ötən ilin noyabrına kimi Azərbaycanda 58 min ton çörək bişirilməsi üçün şərti yararlı, 4-cü sinif buğda istehsal olunub. Mart ayına qədər bu rəqəm 100 min tona çatıb”.

Fond ötən il fermerlərdən cəmi 58 min ton buğda qəbul edib. Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən Taxıl Fonduna ildə 750 min ton ehtiyat taxıl tədarük olunmalıdır. Yuxarıdakı rəqəmlərdən aydın olur ki, bu həcmin çox cüzi bir hissəsi yerli istehsal hesabına təmin olunur və Fond hər il 650-700 min tona yaxın buğdanı xaricdən alır.

Xaricdən demişkən, son illərdə Azərbaycana buğda idxalında ağırlıq Qazaxıstandan Rusiyaya keçib. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə Azərbaycan Qazaxıstandan 233,6 milyon dollarlıq buğda idxal edib. 2017-ci ildə isə idxal 20 dəfədən də çox azalaraq cəmi 11,6 milyon dollar təşkil edib. Həcm ifadəsində  isə idxal 849 min tondan 62,3 min tona qədər azalıb.

Rusiyadan isə 2013-cü ildən 557,4 min ton olan idxal 2016-cı ildə 1,5 milyon tona çatıb. Bu prosesi şirkətlər Rusiyada qiymətin daha ucuz olması ilə əsaslandırırlar.  Belə ki, məsələn, 2016-ci ildə Rusiyadan buğdanın kiloqramı 18 qəpiyə, Qazaxıstandan isə 20 qəpiyə alınıb.

Ümumilikdə Azərbaycan ötən il xaricdən 1 milyon 274,4 min ton buğda və meslin idxal edib, buna 227 milyon 267,8 min dollar xərc çəkilib. Bu ilin altı ayında idxal 538 min 781,21 ton təşkil edib. İdxala çəkilən xərc isə 94 milyon 841,17 min dollar olub. Bu idxalın 90 faizdən çoxu Rusiyadan baş tutub.

Картинки по запросу Azərbaycanın taxıl aldığı ölkələrdə

Azərbaycanın taxıl aldığı ölkələrdə bu il istehsal azalıb. Ən çox buğda aldığımız Rusiyada cari ildə taxıl və buğda istehsalında xeyli azalma gözlənilir. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin xarici xidmətinin (USDA) proqnozlarına görə, bu il Rusiyada buğda istehsalı ötənilkinə nisbətən 18 milyon ton azalaraq 67 milyon ton təşkil edəcək. Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin proqnozu isə bundan daha bədbindir – istehsalın 64,4 milyon ton olacağı gözlənilir. Buna əlverişsiz hava şəraiti üzündən məhsuldarlığın ötən ilə nisbətən 19 faiz aşağı düşməsi səbəb olacaq.

Qeyd edək ki, ötən il şimal qonşumuz 135,4  milyon ton taxıl, o cümlədən 85,9 milyon ton buğda toplayıb. İstehsal olunan buğdanın 52,4 milyon tonu xaricə satılıb. Bu il isə cəmi 105 milyon ton taxıl istehsalı gözlənilir ki, bunun da 30 milyon tonunun ixraca gedəcəyi nəzərdə tutulur.

USDA-nın proqnozuna görə, taxıl ala biləcəyimiz Ukraynada bu il ötənilkindən 1,5 milyon ton az – 25,5 milyon ton buğda istehsal olunacaq. Ötən il bu ölkə ümumilikdə 62 milyon tona yaxın taxıl istehsal edib ki, onun da 45,7 milyon tonunu ixraca yönəldib.

Похожее изображение

USDA-nın məlumatına görə, Azərbaycanın taxıl üçün üz tuta biləcəyi daha bir ölkədə – Qazaxıstanda da bu mövsüm buğda istehsalı 100 min ton azalaraq 14,8 milyon tona düşüb. Bu zaman ixraca yönəldiləcək məhsul 8 milyon ton təşkil edəcək. Buna səbəb kimi buğda əkinlərinin sahəsinin azalması göstərilir. Bildirilir ki, Qazaxıstanda getdikcə daha çox fermer buğda deyil, daha gəlirli bitkilərin becərilməsinə üstünlük verirlər.

Beləliklə, dünya və regional taxıl bazarında vəziyyət biz istehlakçıların heç də sevindirəcək deyil. Xüsusilə regional bazarda qiymətlərin yüksəlməsi bu qış Azərbaycanda da çörək və unun bahalaşması ehtimallarını yaradır(musavat.com).

Əvvəlki yazı

“PREZİDENTİN KOMANDASINDA PİS ADAMLAR VAR!” – Deputat kimləri hədələdi?

Sonrakı yazı

İlham Əliyev Bakıətrafı qəsəbələrdə əsaslı təmir olunmuş məktəblərə baş çəkdi

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.