Lənkəran şəhərində yerləşən Dairəvi qalanın (Zindan qala) restavrasiyası zamanı dam örtüyünə dəmir şifer vurulub. Bu isə müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri restavrasiya zamanı tarixi tikilinin damına dəmir şiferin vurulmasını sərt tənqid ediblər.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması və Bərpası Xidmətindən Qaynarinfo-ya bildirilib ki, bir neçə il öncə Lənkəran şəhərində yerləşən Dairəvi qalanın (Zindan qala) dam örtüyünün çökməsi nəticəsində abidə qəzalı vəziyyətə düşüb.
“Hazırda daxili imkanlar hesabına qalanın ətrafında və içərisində təmizlik, abadlıq işləri görülür, qalanın mühafizəsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Həmçinin aparılacaq bərpa işlərinin başlanılmasına qədər tarixi tikilinin təbii təsirlərdən, yağıntılardan qorunması məqsədilə qalanın damı müvəqqəti örtüklə əvəz olunub”.