25-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycanda qəzalarda ölən insanların orqanları dərhal götürülə bilər – TƏKLİF

08 İyun 2018, 09:39
Cəmiyyət
A A
Azərbaycanda qəzalarda ölən insanların orqanları dərhal götürülə bilər – TƏKLİF

Azərbaycanda qəzalar və ya təbii fəlakətlər zamanı ölmüş insanların orqan və toxumaları transplantasiya, tədris və elmi məqsədlər üçün götürülə bilər.

Bununla bağlı “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.

Belə ki, qanuna təklif edilən 9.4-cü bəndə əsasən, qəzalar və ya təbii fəlakətlər zamanı beyin ölümü baş verən, sağlığında donorluqdan yazılı şəkildə imtina etməyən və yanında razılıq vermək üçün yaxını olman şəxslərdən transplantasiya, tədris və elmi məqsədlərlə orqan alınmasına icazə verilə bilər.

Bu halda məhkəmə-tibbi eksperti məlumatlandırılır, orqan və toxumaların alınması onun iştirakı ilə həyata keçirilir (ekspert iştirakının zəruri olmamasını bəyan edərsə, orqan və toxumaların alınması bitdikdən sonra həkimlərin əməliyyat qeydləri məhkəmə tibbi müayinə və autopsiya protokoluna yazılmalı və sənədlərə əlavə edilməlidir).

Qeyd edək ki, qanuna dəyişikliklər iyunun 5-də Milli Məclisin Səhiyyə komitəsində müzakirə edilib, lakin müzakirələrdən sonra dəyişikliklərin yenidən işlənməsi və müzakirəyə çıxarılması məqsədəuyğun hesab edilib.

Məsələyə münasibət bildirən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, orqan köçürülməsində ən vacib şərtlərdən biri əməliyyatın tez həyata kerçirilməsidir: “Çünki beyin ölümü baş verəndən sonra müəyyən vaxtdan sonra bütün orqanlar öz funksiyalarını dayandırmağa başlayır və sıradan çıxır. Ona görə də beyin ölümü baş verəndən sonra nə qədər tez müddətdə orqan köçürülərsə, o qədər də effektiv nəticə verər”.

Deputat qəzada ölən şəxsin orqanlarının yaxınının icazəsi olmadan götürülməsi məsələsinə də aydınlıq gətirib: “Biz indi elektron səhiyyəyə keçirik, digər tərəfdən, icbari tibbi sığorta işləməyə başlayıb. İcbari tibbi sığortada hər bir şəxsin sığorta kartı olacaq. O sığorta kartında onun bütün tibbi göstəriciləri yazılacaq, o cümlədən əgər şəxs sağlığında vəsiyyət edibsə ki, “mən öləndən sonra orqanlarımı bağışlayıram və yaxud da orqanlarımın götürülməsinə etiraz etmirəm”, bu onun həmin kartında yazılacaq. O kartın nömrəsi isə vətəndaşın şəxsiyyət vəsiqəsinin nömrəsi ilə eyni olacaq. Yəni vətəndaşın kartına baxdıqdan sonra daha onun qohumlarını gözləmək lazım deyil. Elektron qaydada vətəndaşın kartına baxıb görəcəklər ki, vətəndaş orqanlarını bağışlayıb, yoxsa yox. Əgər etirazı yoxdursa, orqanlar götürüləcək, lakin etiraz edibsə, təbii ki, onun orqanlarını götürmək olmaz. Yəni burada əsas məqsəd orqanın götürülməsinin tezliyini təmin etməkdir. Tutaq ki, bir şəxs rayonda qəzada dünyasını dəyişir, yaxını isə Bakıdadır. O gəlib razılıq verənə qədər ölmüş şəxsin orqanları artıq sıradan çıxacaq”.

Deputat vurğulayıb ki, Azərbaycanda hər il 1500-ə qədər insanın donorluğa ehtiyacı olur, ancaq meyitdən donor götürülə bilmədiyinə görə canlı insandan insana ildə 100-120 donorluq əməliyyatı keçirilə bilir: “Deməli, bundan təxminən 10 dəfə artıq ehtiyac ödənilməlidir. Ona görə də qanuna bu dəyişikliklərin edilməsinə ehtiyac var. İnsanlarımız da anlamalıdır ki, onsuz da bunun əzizi dünyadan köçüb, geri qaytarmaq mümkün deyil, heç olmasa orqan köçürməsi ilə digər insana kömək etməklə rəhmət qazanır”. (trend)

Əvvəlki yazı

Yeni başçı kimdir? – “Zəhər Mamed”

Sonrakı yazı

Bu gün AMEA prezidenti və Rəyasət Heyətinin yeni tərkibi seçiləcək

Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.