20-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycanda müdhiş dələduzluq olayı – Qazaxıstanda yaşayan sahibkarı necə aldadıblar?

07 May 2021, 17:15
Manşet
A A
Azərbaycanda müdhiş dələduzluq olayı – Qazaxıstanda yaşayan sahibkarı necə aldadıblar?

Azərbaycanda dələduzluq əməli ilə üzləşən iş adamı Sakin Ağayev mətbuat konfransı keçirib. REPORTYOR.info-nun məlumtına görə,  Sakin Ağayev bildirib ki, Qazaxstan Respublikasında yaşayan Azərbaycan vətəndaşı Rəhimli Vüsalə Mahmud qızı özünə məxsus olan «Töleş Manğıstau» MMC-nin 51 faiz hissəsini 14 iyun 2014-cü il tarixdə Aktau şəhərində imzalanan 14-02 saylı alqı-satqı müqaviləsi əsasında 1.250.000 (Bir milion iki yüz əlli min) ABŞ dollarına digər Azərbaycan vətəndaşı İbrahimov Fikrət Vəli oğluna satıb. Müqavilənin şərtlərinə görə Fikrət İbrahimov aldığı pay hissəsinin dəyərini 2014-cü ilin sonuna qədər ödəməliymiş. Lakin göstərilən vaxtda vəd edilən məbləğ ödənilməyib.

2015-ci ilin fevral ayında Fikrət İbrahimov iki dəfəyə hər birində 350.000 ABŞ dolları olmaqla ümumi 700.000 ABŞ dollar müqavilədə göstərilən bank hesabına köçürmüş, hesaba köçürülən pulu hesaba mədaxil etmək üçün bankdan müqavilə tələb olunduqda Vüsalə Rəhimli yuxarıda göstərilən 14-02 saylı müqavilənin nüsxəsini banka təqdim etsə də, bank müəyyən edib ki, vəsait həmin müqavilə əsasında deyil, metal tədarükü məqsədi ilə ödənilib.mişdir. Vüsalə Rəhimlidə metal tədarükü təyinatlı bir müqavilə olmadığına görə, ödəniş səbəbi yanılış göndərildiyi üçün bank vəsaiti hesaba mədaxil etmədən geri qaytarıb. Bu barədə Fikrət İbrahimov məlumatlandırılıb və ödənişin təyinatını düzgün, yəni tərəflər arasında bağlanan (yuxarıda göstərilən) müqavilə əsasında yenidən köçürülməsi xahiş olunub.

Sakin Ağayev deyir ki, bir müddət sonra Fikrət İbrahimov ona zəng vuraraq bildirib ki, pulu bank hesabına göndərə bilmir və onu nəğd olaraq Bakıda vermək istəyir. Qazaxstanda banka olan borclarını tezliklə bağlamaq üçün Vüsalə Rəhimli buna razılıq verib.

Bakıdakı bank hesabından əməlyatlar aparmağa Sakin Ağayevin birinci nigahından olan qızı Ağayeva Dilarədə etibarnamə mövcud olduğunu nəzərə alaraq onun vasitəsi ilə bu əməliyyatı həyata keçirməyə qərar verilib.

Fikrət İbrahimov iki dəfə 20 fevral 2015-ci il və 25 fevral 2015-ci il tarixlərində hər dəfə 349000 ABŞ dolları olmaqla ümümi 698000 ABŞ dolları Dilarə Ağayeva vasitəsi ilə Sakin Ağayevin bank hesabına köçürüb.

O, hər iki əməliyyatla bağlı Dilarə Ağayevadan bu pulun qəbul edilməsinə dair qəbz alıb. Birinci dəfə ödənişi Fikrət İbrahimov, ikinci dəfə isə onun oğlu Şahin İbrahimov həyata keçirib. Ancaq qalan 550000 ABŞ dolları hissəsi isə ödənilməmiş qalıb.

 

Bundan sonra Fikrət İbrahimov zənglərə cavab verməyib və onunla uzun müddət əlaqə saxlamaq mümkün olmayıb. Sonradan məlum olub ki, Fikrət İbrahimov 550000 ABŞ dollarını ödəməkdən yayınmaq üçün müxtəlif vasitələrlə qarşı tərəfə təzyiqlər göstərməyə başlayıb. Ona görə Vüsalə Rəhimli 2016-cı ilin iyun ayında Qazaxstan Respublikasının 2 saylı Aktau şəhər Məhkəməsində «borcun ödənilməsi» tələbi ilə bağlı Fikrət İbrahimova qarşı iddia qaldırıb. Qazaxstanda məhkəmə prosesləri uzun müddət davam edərək Ali Məhkəməyə qədər çıxıb və sonda Qazaxıstan Respublikası Mangistau vilayət Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 20 aprel 2018-ci il tarixdə Fikrət İbrahimovun 14 iyun 2014-cü il tarixli 14-02 saylı alqı-satqı müqaviləsi əsasında Vüsalə Rəhimliyə olan 1.250.000 (Bir milion iki yüz əlli min) ABŞ dollar məbləğində borcdan qalan 550.000 ABŞ dolları və 68.000 ABŞ dolları məhkəmə xərclərinin ödənilməsinə dair 4799-18-00-2a/547 saylı Qətnamə çıxarılıb.

Məhkəmə qərarı elan olunduğu gündən qüvvəyə minib və Qazaxstan Respublikası Aktau şəhər Məhkəmə İcraçıları tərəfindən icraya yönəldilib. Vüsalə Rəhimliyə olan borcu ödəmədiyinə görə hal-hazırda Fikrət İbrahimov Qazaxstanın hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır.

Fikrət İbrahimov açıq məhkəmə çəkişməsində sübuta yetirilmiş borcunu ödəməkdən yayınaraq Azərbaycana qaçdığı üçün Vüsalə Rəhimli AR Ali Məhkəməsinə müraciət edərək qanuni qüvvəyə minmiş Qazaxıstan Respublikası Manqistau Vilayət məkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 20 aprel 2018-ci il tarixli, 4799-18-002a/547 saylı qətnaməsinin AR ərazisində tanınması və məcburi icraya yönəldilməsi barədə Beynəlxalq Konvensiya qanunlarına uyğun şəkildə vəsadət qaldırıb.

Ali Məhkəmənin Mülki Kollegiyası (hakimlər Hacıyev Sənan Firudin oğlu – sədrlik edən, Əsgərov Qurbət Ağa oğlu və Vəliyevə Elşanə Rafiq qızı) Fikrət İbrahimov havadarlarnın təsiri altında heç bir qanuni əsas gətirmədən 27.12.2018 -ci il tarixdə 10(102)-142/2018 saylı Qərardadları ilə bu vəsadətin təmin edilməsindən imtina etməklə nəinki Azərbaycan qanunlarını, hətda ölkəmizin qoşulduğu Beynəlxalq Konvensiya qanunlarınıda kobudcasına tapdalayaraq dövlətmiz adına ləkə gətirən qərar qəbul ediblər. Bu qanunsusluğu aradan qaldırmq üçün Vüsalə Rəhimli Avropa məhkəməsinə müraciət etmək məcburiyyətində qalmış və Avropa məhkəməsi tərəfindən bu iş artıq icraata qəbul olunaraq qovluq nömrəsi verilib.

 

Sahibkarın sözlərinə görə, Qazaxstan məhkəmələrində fırıldaqçılığı ifşa olunan Fikrət İbrahimiv 2017-ci ildə Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu ilə birgə Vüsalə Rəhimli və onun ailə üzvlərinə qarşı saxta məhkəmə qətnaməsi çıxardırmaq barəsində sövdələşib.

“Bununla əlaqədar Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun həmsədrliyi ilə fəaliyyət göstərən İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu, yəni 11 nəfər tanınmış hüquq müdafiəçisi  dövlət rəhbərliyinə müraciət ünvanlanıb. Ardınca Qazaxıstanda Almatı şəhər Hüquq Məsləhətçiləri Palatasının üzvü Batırbayev Kanat Asimbekoviç Azərbaycanın Baş Prokuroru Kamran Əliyevə və Qazaxıstanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Abdulkadirov Serjan Omanbayeviçə müraciət edib.

Bütün bunlara baxmayaraq Sakin Ağayev və ailəsinə qarşı dələduzluq etmiş Fikrət İbrahimovla bağlı heç bir addım atılmayıb. İndiyə qədər Pirallahı rayon məhkəməsinin saxta müqaviləyə istinad edərək çıxardığı sifarişli qətnamə, bu qərarı qüvvədə saxlayan Ali Məhkəmə, habelə mənim barəmdə əsassız yerə cinayət işi başlayan Ədliyyə Nazirliyi, Fikrət İbrahimovu himayə edən qüvvələrlə bağlı heç bir reaksiya verilməyib”, – deyə Sakin Ağayev bildirib.

Sahibkar bildirib ki, Pirallahı Rayon Məhkəməsinin qanunsuz qərarı  onun və qızı Dilarə Ağayevanın Azərbaycandan çıxışına qadağa qoyulmasını şərtləndirib.

Sakin Ağayev baş verənlərlə bağlı Avropa Məhkəməsinə müraciət etmək məcburiyyətində qalıb. Artıq Sakin Ağayevin iddiası icraata götürülüb.

 

 

Əvvəlki yazı

Bakıda qanunsuz aksiyanın qarşısı alındı

Sonrakı yazı

Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçunun nəşi tapıldı

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48
“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

20 Avqust 2025, 14:41
İlham Əliyev xanımı ilə Gəncəyə getdi

İlham Əliyev xanımı ilə Gəncəyə getdi

20 Avqust 2025, 14:29
Roza Cəlilova qızını polisə verdi – Video

Roza Cəlilova qızını polisə verdi – Video

20 Avqust 2025, 12:33
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

20 Avqust 2025, 12:30
Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

20 Avqust 2025, 11:52
“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

20 Avqust 2025, 11:51
TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

20 Avqust 2025, 11:49
“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

20 Avqust 2025, 11:38
“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

20 Avqust 2025, 11:32
Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

20 Avqust 2025, 11:30
FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

19 Avqust 2025, 11:44
Pezeşkian Göy məsciddə namaz qıldı

Pezeşkian Göy məsciddə namaz qıldı

19 Avqust 2025, 11:43
Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

19 Avqust 2025, 11:41
“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

19 Avqust 2025, 11:39
Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

19 Avqust 2025, 11:37
Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

19 Avqust 2025, 11:35
Paşinyan Pezeşkianla görüşdü

Paşinyan Pezeşkianla görüşdü

19 Avqust 2025, 11:33
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

19 Avqust 2025, 11:32
Evində yıxılıb öldü

Evində yıxılıb öldü

19 Avqust 2025, 11:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.