Təhsil İnstitunun şöbə müdiri Könül Aydın maraqlı statusu ilə gündəmə gəlib.
Reportyor.info yenisabah.az-a istinadla xəbər verir ki, tanınmış ziyalı özünün Facebook hesabında bu məzmunda paylaşım edib:
“Mən ölkəmdə niyə zülm çəkməliyəm? Niyə bu ölkənin problemini qaldıranda mən linç olunmalıyam, mən təqib olunmalıyam, sıxışdırılmalıyam? Niyə günahkarlar deyil, mən? Niyə mənim sağlamlığıma təcavüz olunmalıdır bütün bu şiddətlərlə?”
Könül Aydın kimdən və nədən narazı olduğunu, nəyə etiraz etdiyini açıqlamayıb.