Azərbaycanda məktəbli bilik olimpiadasında finala çıxıb.
Trend-in məlumatına görə, Avropa Azərbaycan Məktəbinin şagirdi Nərgiz Quliyeva İspaniyanın Barselona şəhərində keçirilmiş Dünya Alimlər Kuboku (World Scholar’s Cup) olimpiadasında finala vəsiqə qazanıb.
İngilis dilində keçirilən yarışmada ölkəmizi ilk dəfə olaraq Avropa Azərbaycan Məktəbinin şagirdi Nərgiz Quliyeva təmsil edib.
N.Quliyeva dünyanın 60-dan çox ölkəsinin 2100 şagirdinin qatıldığı beynəlxalq bilik müsabiqəsinin yarımfinalında müvəffəqiyyətlə iştirak edərək final mərhələsinə vəsiqə qazanıb.