Keçmiş Sovet İttifaqı ölkələrində kartof istehsalı və ixracında ciddi disbalans qeydə alınıb. Son aylarda Ukraynada kartof istehsalının azalması və daha ucuz olan Rusiya və Belarus məhsullarının ixracının artması Qazaxıstanda (Pavlodar vilayətində) kartofun həddən artıq istehsalı və məhsul itkisi müşahidə edilib.
Azərbaycan da bu sahədə çətin vəziyyətlə üzləşir. Kartof istehsalının daxili bazarın ehtiyaclarını üstələməsinə baxmayaraq, istehsal xərclərinin artması və aqrotexniki tədbirlərin həmişə effektiv olmaması səbəbindən yerli məhsulların qiymətlərində artım müşahidə edilib. Azərbaycanda bazar qiymətlərini sabitləşdirmək üçün əsasən Rusiya, İran və Pakistandan kartof idxalı artır. Ancaq bu tədbirlər yerli istehsala mənfi təsir göstərir, fermerlərin marağını azaldır.
İxracatın artırılmasına (2019-cu ilin 9 ayı ərzində Azərbaycan kartof ixracını 7,2% azaltdı), eləcə də tədarükün şaxələndirilməsi (bu gün kartofun 90% -dən çoxu Rusiyaya gedir) üçün hansı tədbirlər görülməlidir? Yerli məhsulların satışında vəziyyət 2020-ci ildə daha da çətinləşə bilər, çünki istehsalın artımı 1 milyon ton proqnozlaşdırılır. Vəziyyətdən çıxış yolu emal müəssisələrinin sayının, yem, kartofunu və nişasta, çipsi, hazır qablaşdırılan ərzaq (kartof püresi) və digər məhsulların istehsalı və ixracının artırılması ola bilər, bu da təzə məhsulların ixracından asılılığı azaltmaqla emal olunan məhsulların payını artıracaq. Bəs emalla bağlı Azərbaycanda hansı imkanlar mövcuddur?
Bununla bağlı kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli ilə əlaqə saxladıq. “Yeni Sabah”a danışan N. Nəsirli qeyd edib ki, hər şeydən öncə biz öz milli kartofçuluq təsərrüfatımızı qumalıyıq:
“Bizdə ölkənin illik tələbatı təxminən 887 min tondur. Buna qarşılıq bizdə 1 milyon tondan daha çox kartof istehsalı baş verir. Tələbatımıza yetəcək hissəni 2 səbəbə görə ölkədə o ehtiyyatı yarada bilmirik. Burda birinci ixtisaslaşma məsələsi var. Digər bir səbəb kartofun çox həssas tərəvəz növü olması və saxlanma şəraiti tələb olunan rejimdə olmasının vacibliyidir. Həmçinin daxili bazarda rəqabət mühiti güclüdür.
Məsələn qonşumuz İrandan bizə təxminən ildə 50 min tona yaxın kartof gəlir. İran sənayələşdiyinə və torpaq, su resursları yaxşı olduğuna görə oranın məhsulu bizim bazara bizdə istehsal olunan məhsulun maya dəyərindən daha ucuz başa gəlir. Buna görə də bizim kartoflarımız rəqabət mühitinə tab gətirə bilmir. Nəzərə alsaq ki, bazarda kifayət qədər fırıldaqçılar, alverçilər, vasitəçilər var, həmin insanlar da İran, Ukrayna, Pakistandan gələn kartofu Gədəbəy, Cəlilabad adı ilə camaata satırlar. Ümumilikdə vəziyyət budur ki, biz ildə təxminən oktyabr ayından aprel ayınadək təxminən 15-160 min ton kartof xarici ölkələrdən alırıq. Bizim kartof bazarımızı formalaşdıran İran və 7 ölkədən kartof alırıq. İranın payına 50-60 min ton kartof düşür.
Digər problem isə milli kartofçuluq sisteminin olmamamsı ilə bağlıdır. Bizim il ərzində 150 min ton toxumluq kartofa ehtiyacımız olur. Toxum gətirildikdən sonra əsas problem – fitosanitar problemi başlayır. O qədər məhsula necə nəzarət olunur, hansı torpaqlarda əkiləcək, toxumdan torpağa və ya əksinə hansı xəstəliklər keçir və s. Əsas strateji hədəf odur ki, biz heç bir ölkədən toxum almayaq, çünki biz bunu etdikdə baltanı öz ayağımıza vururuq. Toxumda xəstəlik olduğu zaman sürətlə həmin xəsətəlik yayılır. Bu heyvandarlıqda da belədir.
Məsələn bir müddət öncə gördük ki, bağlarda kütləvi quruma baş verdi. Səbəb o idi ki, münbit torpaqda əkilib, aqrotexniki qulluqları olub, amma xaricdən gətirilən tinglərdə müxtəlif viruslar olub. Bu çox ciddi məsələdir. Bununla bağlı müxtəlif elmi tədqiqat işləri görülür. Artıq yeni subsidiya qaydalarında da qırmızı xətt kimi qoyuılub ki, serifikatı olmayan toxumlardan istifadə olunmamalıdır. Əgər bu qaydaya əməl olunmasa, subsidiya məsələsinə fermerlərimizin əli çatmayacaq. Bu heyandarlıq üçün də keçərlidir. Artıq yaxın illərdə birinci elmi araşdırmaların nəticələri açıqlanacaq. Çünki biz istənilən tərəvəz üçün toxumçuluq sistemimizi qurmalıyıq”.

Mövzu ilə bağlı saytımıza danışan iqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, Azərbaycanda kartofla bağlı istehsalın həcmi o qədər də böyük deyil:
“Biz hələ idxaldan asılıyıq. Təəssüf ki, istehsalın həcmi o səviyyədə deyil. Kartof sahələrinin genişləndirilməsi üçün müəyyən stimullaşıdırıcı tədbirlər keçirilə bilər. Fermerlərə müəyyən dəstəklər göstərilə bilər. Azərbaycanda belə bir problem var ki, aqrar sahə priotitet sahə elan edilsə də, bir elmi araşdırma aparılmayıb”.
Qeyd edək ki, cari ilin sentyabr ayında Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, Azərbaycanda yetişdirilən kartofun bu il 8 ölkəyə ixracı həyata keçirilib. Qeyd olunub ki, Azərbaycan bu il Belarusa 120,3 ton, Gürcüstana 2821,7 ton, Moldovaya 199,3 ton, Qazaxıstana 59 ton, Rusiyaya 55 min 786,8 ton, Türkmənistana 62 ton, İraqa 23,3 ton, Ukraynaya isə 2 483,2 ton yerli kartof göndərib.
Bununla yanaşı, bu il Azərbaycan Almaniyadan 440 ton, Fransadan 0,6 ton, Belarusdan 391,7 ton, Gürcüstandan 2759,2 ton Niderlanddan 388,9 ton, Pakistandan 8352,7 ton, Rusiyadan 43176,6 ton, Türkiyədən 171,7 ton, Ukraynadan 181,5 ton, İrandan isə 359 666,6 ton kartof idxal edib.
Məlumata görə, ümumilikdə bu il Azərbaycana xaricdən 23 milyon 976 min ABŞ dolları məbləğində 91 830,3 min ton kartof idxal edilib. Nazirlikdən onu da əlavə ediblər ki, kartof ixracı və idxalı ilə bağlı ölkə üzrə statistika mövsümdən asılı olaraq dəyişir. Ölkədə əkilən kartofa gəlincə isə, əsasən yerli toxumdan istifadə ediliyi vurğulanib:
“Ümumiyyətlə Azərbaycanda bu il kartof istehsalı artıb. Belə ki, 2019-cu ilin yanvar-iyul aylarında 34 min hektar sahədən 576,3 ton kartof yığılıb. Bu isə əkilən ümumi sahənin 60,1 faizinin yığılması deməkdir. Hazırda isə kartof yığımı hələ davam edir. 2019-cu ilin yanvar-iyul ayında kartof yığımı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz, sahəyə düşən məhsuldarlıq isə 7 faiz artıb”.
Qeyd edək ki, müstəqillik əldə olunandan sonra respublikada 1996-cı ilədək kartofun əkin sahəsi və istehsalı azalıb, sonra tədricən artmışdır. Sonrakı illərdə ən çox kartof əkini 2008-ci ildə 71,2 min hektar sahədə aparılıb və 1037,3 ton məhsul istehsal edilib.
Azərbaycanda kartofun orta tez yetişən “Nevski”, “Oqanyol”, “Laymdots”, “Əmiri-600”, “Sevinc” sortları yetişdirilir. Bütün bölgələrdə il ərzində bir neçə dəfə yetişdirilən kartof məhsulu daha çox Tovuz-Gədəbəy, Astara-Lerik və Quba-Qusar rayonlarında becərilir və yüksək məhsul verir.