“Bugünkü gündə hər hansı ciddi şəkildə sərtləşmə olacaq, yoxsa yox, buna qərar verəcək ciddi dəyişikliyimiz yoxdur”.
Reportyor.info baku.ws-ə istinadən xəbər verir ki, bu sözləri Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
O əlavə edib ki, belə bir məsələ olarsa, əlbəttə ictimaiyyətə açıqlanacaq: “Həqiqətən də bu gün biz az da olsa artmaya meyilliliyi görürük. Ona görə də bəzi qərarların qəbul olunması müzakirə ediləcək. Biz bu məsələyə ciddi yanaşmalıyıq”.




















