14-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycanda işsizlik:Dünya İqtisadi Forumu 5 faizlik rəqəmi haradan alıb?

24 Oktyabr 2018, 11:43
Manşet
A A
Azərbaycanda işsizlik:Dünya İqtisadi Forumu 5 faizlik rəqəmi haradan alıb?

“Azərbaycanda işsizlik 5 faizdir”. Dünya İqtisadi Forumunun (DİF) hesabatında belə deyilir. Müstəqil ekspertlər isə bu rəqəmin daha böyük olduğunu bildirir.

DİF-in Azərbaycanda işsizliyin 5 faiz olması barədə məlumatı Prezident İlham Əliyevin ilin əvvəlində Nazirlər Kabinetinin ilin yekunlarına dair iclasında dediklərilə üst-üstə düşür.

Azərbaycan Prezidenti İlham Əliyev bu ilin əvvəlində Davosda etdiyi çıxışında Azərbaycanda işsizlik səviyyəsinin aşağı olduğunu demişdi: “Qeyd etməliyəm ki, ilin yekunlarına görə, Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Hesab edirəm ki, bu da dünya miqyasında ən yaxşı nəticələrdən biridir”. 

Görəsən, DİF bu hesabatı prezident İlham Əliyevə və yaxud Statistika Komitəsinə istinadlamı hazırlayıb? Elədirsə, bu, DİF-in obyektivliyini şübhə altına almırmı?

 

“Bir neçə mənbə”

 

Dünya İqtisadi Forumunun iqtisadçısı Roberto Krotti “BBC News Azərbaycanca”-ya deyib ki, hesabat bir neçə mənbədən olan məlumatlar əsasında hazırlanıb. Buna 140 ölkədən olan tərəfdaşların məlumatları və sorğular da daxildir.

Onun sözlərinə görə, DİF Azərbaycanda işsizlik səviyyəsinin 5 faiz olması haqda məlumatları Beynəlxalq Əmək Təşkilatının məlumat bazasından götürüb və digər məlumatları əlavə edib.

“Beynəlxalq Əmək Təşkilatı iş statistikası üzrə dünyada ən etibarlı beynəlxalq bazadır. Bundan başqa, Dünya Bankı və dünya inkişaf göstəricilərinə və statistikalarına etibar edirik”.

İqtisadçının sözlərinə görə, onlar ölkə səviyyəsindəki statistikalara baxır:“Biz sorğu keçirə biləcək etibarlı tərəfdaşlarla işləyirik, onlara sorğumuzu təqdim edirik, onlar da şirkətlərdən cavabları toplayaraq bizə göndərirlər”.

Azərbaycanla bağlı məlumatları toplayan cənab Krotti qeyd edir ki, Dünya İqtisadi Forumunun sözügedən hesabatı ölkələrdəki vəziyyəti göstərmək üçün hazırlanır və bu məlumatlar təkcə yerli tərəfdaşlardan gəlmir: “Biz lazım olan məlumatların kateqoriyasından asılı olaraq müxtəlif mənbələrdən istifadə edirik. Məsələn, işsizlik statistikası üzrə əsas mənbəyimiz Beynəlxalq Əmək Təşkilatı və Dünya Bankıdır. Digər göstəricilərdə isə məsələn, terrorizm haqqında məlumatları Terrorizmi Araşdırma və Terrorla Mübarizə üzrə Milli Konsorsiumdan, sosial kapital haqda Legatum İnstitutundan, büdcə şəffaflığı haqda Dünya Bankından, mətbuat azadlığı haqda Sərhədsiz Reportyorlar təşkilatından alırıq. 97 göstərici haqda məlumatların hər biri fərqli mənbələrdən əldə edilir”.

 

Azərbaycan üzrə tərəfdaşlar kimlərdir?

 

Hesabatda Azərbaycan üzrə tərəfdaşların Azərbaycan Marketinq Cəmiyyəti olduğu göstərilir.

Azərbaycan Marketinq Cəmiyyətinin məlumatında deyilir ki, onlar 2006-cı ildən etibarən Dünya İqtisadi Forumunun hesabatı üçün Azərbaycanda şirkət sahibləri arasında sorğu keçirir.

Cəmiyyətin keçmiş sədri, mərhum Rəhim Hüseynov İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzi və nazirliyin Antiinhisar Siyasəti Departamentinin direktoru, İqtisadi İnkişaf Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun müşaviri olub.

Bundan başqa, müxtəlif illərdə BMT, Böyük Britaniya Marketinq Akademiyasının və Amerika Marketinq Assosiasiyası, Beynəlxalq İqtisadi Əməkdaşlıq Təşkilatı, Ümumdünya Ticarət Təşkilatı Beynəlxalq Ticarət Mərkəzi ilə əməkdaşlıq edib.

 

“İşsizliyin səviyyəsinin ölçülməsi üzrə alternativ məlumat yoxdur”

 

İqtisadi təhlilçi Rövşən Ağayev hesab edir ki, DİF-in Azərbaycanla bağlı hesabatı həmişə müstəqil iqtisadçılar tərəfindən tənqid olunub. Onun sözlərinə görə, iqtisadçılar dəfələrlə Qlobal Rəqabətlilik İndeksində Azərbaycanın yerinin ölkədəki real vəziyyətə adekvat olmadığını bildiriblər.

“Məsələn, işsizlik üzrə göstərici. Biz bilirik ki, Azərbaycanda əhalinin məşğulluqla bağlı çox ciddi problemi var və ölkədə qeyri-rəsmi məşğulluğun miqyası həddən artıq böyükdür. İnsanların əhəmiyyətli hissəsi aşağı maaşlı işlərdə çalışır. Üstəgəl, əmək şərtlərini göstərən müqavilə ilə işləyənlərin sayı ümumi məşğulluqda həddindən artıq azdır“, – Rövşən Ağayev deyib.

O bildirib ki, Azərbaycanda məşğulluqla bağlı ciddi problemlər var və ölkə iqtisadiyyatının durumunu çox yaxşı analiz edənlər, yerli təhlilçilər belə hesabatları təəccüblə qarşılayır. Şərhçi onu da əlavə edib ki, Azərbaycanda işsizliyin səviyyəsinin ölçülməsi üzrə alternativ məlumat yoxdur.

 

“İqtisadiyyat iki dəfə pisləşib”

 

DİF-in hesabatında Azərbaycan iqtisadiyyatı haqqında məlumatlar var. Azərbaycan iqtisadiyyatı ötən illə müqayisədə iki dəfəyə yaxın pisləşib. 140 ölkə arasında keçən il 35-ci yeri tutan Azərbaycan bu hesabatın nəticələrinə görə indi 69-cu yerdədir. İlk beşliyə ABŞ, Sinqapur, Almaniya, İsveçrə və Yaponiya daxil olub.

Rusiya siyahıda 43-cü, Türkiyə 61-ci, Gürcüstan 66-cı, Ermənistan isə 70-ci yerdədir. Hesabatda rəqabətlilik qurumlar, siyasət və məhsuldarlığın səviyyəsini müəyyən edən amillər əsasında hesablanıb. Göstəricilərdə 1 ən yaxşı, 140 isə ən pis qəbul olunur.

 

Terrorizm aşağı, korrupsiya yuxarı səviyyədədir

 

Azərbaycanda terrorizm səviyyəsi çox aşağı (100 təhlükəsiz baldan 99.7), korrupsiya halları isə yüksək qiymətləndirilib. Bundan başqa, Azərbaycan polis xidmətlərinə inam indeksinə görə 53-cü, mətbuat azadlığına görə 133-cü, büdcə şəffaflığına görə 116-cı yeri tutub. Bu, polis xidmətlərinə görə orta, mətbuat azadlığı və büdcə şəffaflığına görə aşağı göstərici hesab edilir. Hesabatda Azərbaycan yollarının keyfiyyətinə görə 34-cü, internet istifadəçilərinin say nisbətinə görə 36-cı yerdədir.

 

Neft, əmək bazarı, iqtisadi sabitlik

 

Hesabatda deyilir ki, 2017-ci ilin sonlarından neftin barelinin 60 dollardan yuxarı səviyyədə qalması Azərbaycan və Qazaxıstan iqtisadiyyatının böyüməsinə səbəb olub. Sənəddə qeyd olunur ki, Ermənistan, Azərbaycan, Gürcüstan və Qazaxıstan kimi ölkələr əmək bazarında islahatlar apararsa, ixtisaslı işçilərin təyinatı və saxlanmasını təkmilləşdirə bilər.

Qlobal Rəqabətlilik İndeksi həmçinin makroiqtisadi sabitlik və infrastruktur baxımından Avrasiya regionunda diqqətçəkən bərabərsizlikləri qeyd edir. Azərbaycan və Ukraynanın bu baxımdan fəaliyyəti ikirəqəmli inflyasiya, artan və ya yüksək dövlət borcuna görə regionun orta göstəricisindən xeyli aşağı dəyərləndirilir.

Azərbaycan makroiqtisadi stabilliyə görə 126-cı, səhiyyə üzrə 91-ci, əmək bazarına görə 40-cı, maliyyə sisteminə görə 96-cı yerdə qərarlaşıb.

 

Elektrik enerjisi üzrə 1-ci yer

 

Hesabatda deyilir ki, Azərbaycan əhalinin elektrik enerjisi ilə təminatına görə 1-ci yeri digər 65 ölkə ilə paylaşıb. Azərbaycan elektrikləşdirmə indeksi üzrə müəyyən edilmiş maksimum 100 baldan hamısını toplayıb.

Sənəddə Azərbaycanda işsizlik səviyyəsinə də toxunulub. Bu, 5 faiz olaraq göstərilib. Müstəqil təhlilçilər isə Azərbaycanda işsizlik səviyyəsinin daha yüksək olduğunu deyirlər.

(BBC Azərbaycanca)

Əvvəlki yazı

Xarici dövlətlərə verilmiş kreditlərdən gələn ilin dövlət büdcəsinə daxilolmalar artacaq

Sonrakı yazı

İranın məşhur generalı ABŞ -ın terrorçular siyahısında

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.