17-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycanda ildə 21 mindən çox nikahdankənar uşaq – Səbəb nədir?

03 Fevral 2021, 15:22
Cəmiyyət
A A
Azərbaycanda ildə 21 mindən çox nikahdankənar uşaq – Səbəb nədir?

“Azərbaycanda hazırda ildə 21 mindən çox nikahdankənar uşaq doğulur”.

Reportyor.info xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib. Onun sözlərinə görə, 20 il əvvəl isə nikahdan kənar doğulanlar 6,6%, yəni, 7318 uşaq təşkil edib.

İlqar Məmmədov uşaqların sayında 3 dəfə artımın bir neçə səbəbinin olduğunu vurğulayıb.
Həmin səbəblər aşağıdakılardır:

1. Sosial yardımın quruluşu. Ailələr bilir ki, valideyn uşağını tək böyüdürsə, 8 yaşına çatana qədər ona dövlət yardımı verilir. Nəticədə insanlar ya nikahlarını qeydə aldırmır, ya da doğuşdan əvvəl yalandan boşanır ki, dövlətdən pul qopara bilsin. Amma bir yerdə yaşamağa davam edirlər. Bu davranış ildə minlərlə uşağın valideyninə aiddir. Boşanma sayının 20 il ərzində 3-4 dəfə artaraq 17 mindən çox təşkil etməsinin səbəblərindən biri budur və nikahdankənar doğuş sayını da artıran budur.

2. Erkən nikahlar. Qızları 18 yaşından tez ərə verənlər bunun məsuliyyət yaratdığını bilərək nikahı qeydə aldırmır. Doğulanlar isə nikahdankənar doğulan sayılır. Problemin miqyası haqda təsəvvürünüz olsun deyə rəqəmlərə baxın: 2019-cu ildə 15-17 yaşlı qızlar 2320 uşaq doğub, amma həmin qızlardan ancaq 188 nəfərinin ərə getməsi rəsmən qeydə alınıb.

3. İnsanların nikahın dövlət qeydiyyatına laqeyd yanaşması. Bu amilin çəkisi nisbətən azdır və son dərəcədə aşağı-yuxarı təhsil səviyyəsinə və son dərəcə yoxsulluq-zənginliyə bağlıdır.

4. Ailənin vacib ictimai təsisat kimi gözdən salınması istiqamətində davam edən dünya miqyaslı təbliğat. Bu amilin də təsiri hələ çox deyil, amma hər yerdə olduğu kimi Azərbaycanda da artır”.

İlqar Məmmədov qeyd edib ki, ilk dəfədir Azərbaycanda nəsilvermə əmsalı 2.1-dən aşağı düşüb:

“Artıq 4 ildir Azərbaycanda nəsilvermə əmsalı 1.8 təşkil edir. Əmsal 2.1-dən aşağı düşəndə bu əhalinin getdikcə öz sayını nəinki artırmaq, hətta eyni səviyyədə saxlamaq qabiliyyətində olmadığından xəbər verir. Problemi çözməkdən ötrü ayrı-ayrı sahələrə aid tədbir görmək az nəticə verəcək. Odur ki, ilk növbədə insanları sabit və qazanclı iş yeri ilə təmin edəcək özəl sərmayənin qapısını açmaq lazımdır ki, ölkəyə gəlsin. Onda vətəndaş dövlət yardımına bu qədər göz dikməz və saxta boşanma kimi hərəkətlərlə dövləti aldatmağa çalışan az olar.
Amma bəzi dar çərçivəli tədbirlər də görmək vacibdir. Məsələn, doğulan ikinci uşağa görə ailəyə müavinət təklif etmək – ailənin bütöv ya da təkvalideynli olmasına baxmayaraq. Bundan başqa, erkən nikaha görə cinayət məsuliyyəti həqiqi məna daşımalıdır. Yoxsa 15-17 yaşlı qızlar ildə 2320 uşaq doğursa, deməli, qanundan qorxan yoxdur. Güc strukturları bu vəziyyətə rüşvət müqabilində göz yumursa, daha da pis”.

Sədr bildirib ki, qız doğuşlarının qarşısını alan abortlar sözdə yox, əməldə cinayət məsuliyyəti yaratmalıdır.

Əvvəlki yazı

Bu kəndin şəhidlərinə 4 aydır başdaşı qoyulmayıb

Sonrakı yazı

Türkiyə Azərbaycana 10 minaaxtaran it hədiyyə edib

Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

16 Avqust 2025, 12:12
Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

16 Avqust 2025, 11:15
Trampdan görüşlə bağlı AÇIQLAMA

Tramp: “Razılığa gəlməmişik, lakin müəyyən irəliləyiş əldə etmişik”

16 Avqust 2025, 10:54
Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

16 Avqust 2025, 10:51
DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

16 Avqust 2025, 10:43
ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

16 Avqust 2025, 10:37
“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

16 Avqust 2025, 10:34
Messinin zədəsi sağalıb

Messinin zədəsi sağalıb

16 Avqust 2025, 10:31
Bu gün “Qafqazinfo”nun 15 yaşı tamam olur

Bu gün “Qafqazinfo”nun 15 yaşı tamam olur

16 Avqust 2025, 10:29
Goranboyda yanğına səbəb olan şəxs saxlanıldı

Goranboyda yanğına səbəb olan şəxs saxlanıldı

16 Avqust 2025, 10:26
Biləsuvarda dava: 31 yaşlı kişi evinə qonaq gələn xalası oğlunu dəhrə ilə vurdu – TƏFƏRRÜAT

Biləsuvarda dava: 31 yaşlı kişi evinə qonaq gələn xalası oğlunu dəhrə ilə vurdu – TƏFƏRRÜAT

16 Avqust 2025, 10:24
Trampdan görüşlə bağlı AÇIQLAMA

Trampdan görüşlə bağlı AÇIQLAMA

16 Avqust 2025, 10:21
Putin jurnalistlərin sualları qarşısında özünü eşitməzliyə vurdu – VİDEO

Putin jurnalistlərin sualları qarşısında özünü eşitməzliyə vurdu – VİDEO

16 Avqust 2025, 10:20
Bakıda yaşayış binasında yanğınla nəticələnən partlayış olub

Bakıda yaşayış binasında yanğınla nəticələnən partlayış olub

16 Avqust 2025, 10:18
Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

14 Avqust 2025, 11:55
Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

14 Avqust 2025, 11:51
Zelenski bu gün Starmerlə görüşəcək

Zelenski bu gün Starmerlə görüşəcək

14 Avqust 2025, 11:46
Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

14 Avqust 2025, 11:41
İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

14 Avqust 2025, 11:34
DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

14 Avqust 2025, 11:00

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.