27-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

AZƏRBAYCANDA HANSI ŞİRKƏT GENİ DƏYİŞDİRİLMİŞ YEMLƏ TOYUQ YETİŞDİRİR? – “İnsanları xərçəngə düçar edirlər”

16 Yanvar 2019, 22:44
Seçmə
A A
AZƏRBAYCANDA HANSI ŞİRKƏT GENİ DƏYİŞDİRİLMİŞ YEMLƏ TOYUQ YETİŞDİRİR? – “İnsanları xərçəngə düçar edirlər”

Türkiyədə fəaliyyət göstərən Qida Məhsulları və İstehlakçı Mallarının Sertifikasiyası və Nəzarəti Assosiasiyasının (GIMDES) sədri Hüseyn Kami Böyüközer Azərbaycanın tanınmış broyler şirkətlərindən birinin bəslədiyi toyuqlara geni modifikasiya olunmuş (GMO) qarğıdalı yedirtməsi ilə bağlı qalmaqallı açıqlama ilə çıxış edib. Virtualaz.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, H. K.Böyüközər açıqlamasında hazırda mövcud olan peyvənd və bir sıra dərmanların beynəlxalq dərman mafiyasının əlində olduğunu deyib. O, qeyd edib ki, yerli toxumu qalmayan, xaricdən buğda toxumu almaq məcburiyyətində qalan bir çox ölkələr belə problemlərlə üzləşirlər. Belə ölkələri aclıqla təhdid edilərək onlara GMO  toxumlar verilir.

Böyüközər həmçinin bir neçə il əvvəl Azərbaycanın tanınmış broyler şirkətlərindən birinin də yetişdirdiyi toyuqlara GMO yemlər yedirtdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanın yerli broyler şirkətlərindən biri GIMDES-ə müraciət edərək halal sertifikatı almaq istəyib. Prosedura uyğun olaraq bir qrup nümayəndə heyəti araşdırma aparmaq üçün Azərbaycana yola düşüb. Kəsim otağından tutmuş toyuqların yetişdirildiyi fermaya qədər hər yerə baş çəkilib, toyuqlara verilən yemlər yoxlanılıb.

“Azərbaycan ölkəyə GMO məhsullar buraxmayan nadir ölkələrdən olsa da, toyuqlara verilən qarğıdalıdan nümunələr götürülərək İstanbula gətirdik. Nümunələr GMO testi üçün labarotoriyaya göndərildi. Elə həmin ərəfədəTürkiyədən bir telefon zəngi gəldi. Bizdən çox kobud tonda nümunələri nə edəcəyimizi soruşdu, cavablandırdıq. Bu dəfə “sizə yanlış nümunə veriblər, doğru nümunəni firma sizə göndərəcək” dedi. Ona “biz lazımi nümunələri götürmüşük, siz niyə işimizə qarışırsınız?” dedikdə isə tanınmış bir şirkətin Türkiyə təmsilçiliyindən olduqlarını deyib bizi təhdid etməyə başladı”, – deyə H. K.Böyüközər qeyd edib.

GIMDES sərdi deyir ki, bütün lazımi təhlillər aparıldıqdan sonra nəticədə Azərbaycanda broyler firmasında toyuqlara verilən qarğıdalının GMO-lu olduğu ortaya çıxıb.

“Azərbaycana GMO-lu məhsulların gətirilməsi qadağan olsa da, demək həmin şirkət saxtakarlıq edərək həmin GMO-lu qarğıdalıları ölkəyə keçirib”, – deyə Böyüközər bildirib.

Qida Məhsulları və İstehlakçı Mallarının Sertifikasiyası və Nəzarəti Assosiasiyası  (GIMDES) Türkiyədə 2005-ci ildən fəaliyyət göstərir. İndiyə qədər Azərbaycanın bir çox broyler şirkətləri bu sertifikatı almaq üçün Assosiasiyaya müraciət ediblər.

Virtualaz.org-un məlumatına görə, Azərbaycandan Assosiasiyaya ilk müraciət edən şirkətlərdən biri “Səba” (“Dəvəçi broyler”) olub. Lakin şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən virtualaz.org-a bildirildi ki, fabrikin məhsulları bir neçə il dalbadal bu sertifikatı alıb, şirkət imtina cavabı almayıb: ““Səba” şirkəti illərdir GIMDES-in halal sertifikatını alır və hər il də yenilənir. Digər tərəfdən isə “Səba” şirkəti toyuqların bəslənməsində özünün istehsal etdiyi qarğıdalıdan istifadə edir. Məhz bu səbəbə görə, 2008-ci ildən, dünyada quş qripi yayılmağa başlayanda xaricdən gətirilən qarğıdalıdan imtina olunub. 2011-ci ildən isə qarğıdalı əkininə başlanılıb və 2012-ci ildən toyuqlara yerli istehsal olan yem verilir. “Səba” GIMDES-ə də yalnız özünün istehsal etdiyi yemdən göndərib”, – deyə şirkətdən bildirdilər.

İlk GIMDES sertifikatı “Səba” şirkətinə 2014-cü ildə verilib və hazırda sertifikatın bitmə müddəti 2019-cu ilin sentyabr ayıdır. Bu barədə GIMDES-in saytında məlumat verilib. Sertifikat verilməyən və müddəti bitən şirkətlərin adları qeyd olunsa da, bunlar son 1 və ya 2 il ərzində müraciət edən şirkətlər olduğundan H.K. Böyüközərin haqqında danışdığı broyler barəsində məlumat qeyd olunmayıb.

Ancaq “AzPolitika.info”xatlrladaq ki, ekspertlər bur neçə il əvvəl “Səba” toyuqlarının insan sağlamlığı üçün təhlükəıli ola biləcəyinə dair xəbərdarlıq etmişdilər. Bunun səbəbini isə  “Səba” şirkətinin  toyuqların yemlənməsi üçün becərdiyi qarğıdalı toxumu ilə bağlamışdılar.

1442560166_1fe6d823f10eBelə ki,  “Səba” ASC toyuqlar üçün xaricdən alınan yemin çox baha başa gəldiyini nəzərə alaraq “Monsanto” şirkətinin hibrit qarğıdalı sortunun yetişdirilməsinə başlayıb. Məlumata görə, ABŞ-ın “Monsanto” şirkətinin hibrit qarğıdalı sortu “Səba” istehsalat müəssisəsinin sifarişi əsasında “Qarabağ-taxıl” MMC tərəfindən əkilib. “Səba” şirkətinin bu layihəsinin maliyyələşdirilməsi üçün Sahibkarlığa Kömək Milli Fondundan 5 milyon manat güzəştli kredit ayrılıb.

Məsələnin narahatlıq doğuran tərəfi isəodur ki,  ABŞ-ın “Monsanto” şirkəti dünyada genetik modifikasiya olunmuş (GMO) məhsulların əsas istehsalçısı kimi tanınıb. Bu şirkətin hazırda dünyanın 71 ölkəsində, o cümlədən də region ölkələrindən – Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Ukrayna və Belarusda nümayəndəlikləri fəaliyyət göstərir. Ölkəmizdə “Monsanto” şirkətinin fəaliyyət göstərməməsinə əsas səbəb kimi Azərbaycana GMO-lu məhsulların gətirilməsinin qadağan edilməsi göstərilir. Ekspertlər “Səba” şirkətini bu məhsulu başqa ad altında ölkəyə gətirməkdə itiham ediblər.

eyyub_huseynov_00Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bir qrup  mütəxəssislər birlikdə təşkil etdiyi mətbuat konfransında GMO tərkibli yemləyetişdirilən toyuqların insanların sağlamlığını təhlükə altında qoyduğunu bəyan edib.

Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov isə bildirib ki,  Fransa, Rusiya və digər Qərbi Avropa alimləri “Monsanto” şirkəti ilə işləməyi qadağan ediblər: “Onların istehsal etdiyi qarğıdalını yiyən siçovul ölür, insanlar da cürbəcür xəstəliklərə, əsasən də xərçəngə düçar olurlar. Mən şəxsən iki ay yarım Türkiyədə oldum, bir çox xəstəxanaları gəzdim. Sizi inandırım ki, oradakı Azərbaycandan və digər xarici ölkələrdən gələn xəstələrin 99 faizinin hamısı xərçəng xəstəsi idi. Bunun da səbəbi yediyimiz bu GMO məhsullarıdır.”.

1472755387_8“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin direktoru İradə Yaqubova da çıxışında “Səba”nın toyuqların yemlənməsində istifadə etdiyi GMO tərkibli soyaların zərərlərindən danışıb. Bildirib ki, “Səba”dan onaz toyuqlara yem kimi həmdə  soya unu verildiyini deyiblər: “Dedim, salamün-əleyküm, gəlib çıxdıq mətləbə, soyanı haradan gətirirsiniz. Dedi ki, Argentinadan. Argentinada isə yalnız GMO tərkibli soya istehsal edilir. Sizə sübut edə bilərəm ki, yediyiniz hər hansı soya tərkibli ərzaqlar, hətta ət məhsulları belə genetik təsirlərə məruz qalır. Adicə bitki yağlarına da soya yağı qatılır ki, bu da onun qiymətinin ucuz olmasına gətirib çıxarır. Həmin ucuzluq da başımıza oyun açır… Çox istərdik ki, bizə yedizdirilən məhsulun haradan gətirildiyini və tərkibini dəqiq bilək. Fikir verin, ölkədə kitab mağazaları yoxdur, amma istənilən binanın altında 2-3 aptek var. Nəyə görə, ona görə ki, yediklərimiz bizi gətirib apteklərə çıxarır”.

Qeyd edək ki, “Səba” İstehsalat Birliyinin nümayəndəsi  istehsal etdikləri qarğıdalıların GMO tərkibli olmadığını iddia edib.  Ancaqyayılan son məlumatlar, istər-stəməz ekspertlərin narahatçılığını  yada salır. 

Vaqif
AzPolitika.info

Əvvəlki yazı

Fikrət Məmmədov Ali Məhkəmənin hakimlərini topladı:”Qanunun aliliyi, məhkəmə qərarlarının ədalətliliyi təmin olunsun”

Sonrakı yazı

MİLLİ MƏCLİS ƏHLİ KEYF ELƏYİR! – Biri çəkir, biri içir, ağsaqqal da rəqs eləyir! (VİDEO)

Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.